Milli rəssamlıq məktəbinin təbliğinə yeni töhfə

Təbiət mənzərəsinin, hərhansı hadisənin və yaxud insan portretinin sadəcə təsviri deyil, həm də bədii ifadə vasitələrinin köməyi ilə dövrün əsl simasını, ahəngini, xarakterini əks etdirən tarixi sənədlər olan rəngkarlıq, qrafika, heykəltaraşlıq və digər sənət əsərlərinin təbliği məqsədilə yeni layihə həyata keçirilib. BP şirkətinin incəsənət mərkəzləri, muzeylər, qalereyalar və kitabxanalar, habelə sənətsevərlərə hədiyyəsi olan layihə çərçi­və­sin­də […]

Başsağlığı

“Azərbaycan Hava Yolları” şirkətinə məxsus Bakı-Qroznı istiqamətində uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə dərin hüznlə baş sağlığı verir, xəsarət alanlara Allahdan şəfa diləyirik.

ADMİU-nun tələbəsi Kazanda qalib oldu

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Teatr sənəti fakültəsinin Aktyor sənəti ixtisası üzrə 1-ci təhsil ili tələbəsi Leyla Məmmədova Tatarıstanın paytaxtı Kazan şəhərində keçirilən beynəlxalq bədii qiraət müsabiqəsində iştirak edib. Müsabiqəyə Xalq şairi Səməd Vurğunun “Leyla” şeiri ilə qatılan tələbəmiz 200 iştirakçı arasından 1-ci yerə layiq görülərək diplomla təltif olunub.

ADMİU-nun tələbəsi beynəlxalq müsabiqədə 1-ci yerə layiq görülüb

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) “İnstrumental ifaçılıq” kafedrasının III təhsil ili tələbəsi Safura Mürsəliyeva Fransada keçirilən müsabiqədə ölkəmizi təmsil edib. Onlayn şəkildə keçirilən “Of the Gabriel Faure Music World” müsabiqəsində S.Mürsəliyeva 1-ci yerə layiq görülərək diplomla təltif olunub.

Naxçıvan Dövlət Milli Dram Teatrının rəhbərliyi ADMİU-nun tələbələri ilə görüşüb

Dekabrın 23-də Naxçıvan Dövlət Milli Dram Teatrının baş rejissoru və direktor əvəzi Mirqabil Əkbərov və direktor müavini Səməd Canbaxşıyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tələbələrlə panel görüş keçiriblər. Tədbirin məqsədi teatr sənətinin gənc nəslə aşılanması, peşəkar inkişaf və təcrübə mübadiləsi olub.   Görüşdə qonaqlar tələbələrlə teatrın inkişaf istiqamətləri, müasir aktyor sənətinin tələbləri və gənc aktyorların […]

ADMİU-nun tələbələri Mirzə İbrahimov adına I Beynəlxalq Gənclər Müsabiqəsinin qalibi olublar

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbələri “Mirzə İbrahimovun irsinin qorunması və təbliği” Fondunun layihəsi olan Mirzə İbrahimov adına I Beynəlxalq Gənclər Müsabiqəsinin qalibi olublar. Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natavan Klubunda keçirilən qaliblərinin mükafatlandırılma mərasimində açılış nitqi ilə çıxış edən AYB-nin birinci katibi, “Mirzə İbrahimovun irsinin qorunması və təbliği” Fondunun Himayəçilik Şurasının sədri, Xalq […]

Gender bərabərliyi mədəniyyətinin təbliği mövzusunda elmi seminar keçirilib

24 dekabr 2024-cü il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllimlər və tələbələr üçün “Gender bərabərliyi mədəniyyətinin təbliği və beynəlxalq təcrübə” adlı elmi seminar keçirilib.    Universitetin Elm və yaradıcılıq işləri üzrə prorektoru, əməkdar mədəniyyət işçisi, dosent Sədaqət Əliyeva seminarı giriş sözü açaraq, dövrümüzün aktual problemlərinə toxunub, gender bərabərliyi mədəniyyətinin təbliği istiqamətində tədbirlərin davamlı […]

ADMİU-nun əməkdaşları “Strateji kommunikasiya” təlimində iştirak ediblər

Dekabrın 20-də Elm və Təhsil Nazirliyi (ETN) və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) təşkilatçılığı ilə elm və ali təhsil üzrə ictimaiyyətlə əlaqələr və kommunikasiya işinin təşkilinə dair “Strateji kommunikasiya” mövzusunda təlim keçirilib. Təlimdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən (ADMİU) mətbuat katibi Şəhanə Mahmudzadə və sosial media mütəxəssisi Sabir Abbaszadə iştirak ediblər. […]

ADMİU-da Tələbə Elmi Cəmiyyəti Forumu keçirilib

Dekabrın 20-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Tələbə Elmi-Yaradıcılıq Cəmiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə Tələbə Elmi Cəmiyyəti Forumu keçirilib. Forumda müxtəlif universitetlərin Tələbə Elmi Cəmiyyətlərinin (TEC) sədrləri, nümayəndələri iştirak ediblər. Forumda çıxış edən ADMİU-nun rektoru professor Ceyran Mahmudova qonaqları salamlayıb, universitetin fəaliyyətində, tələbələrin fərdi inkişafında, biliklərinin artırılmasında Tələbə Elmi Cəmiyyətlərin əhəmiyyətini vurğulayıb, Forumun […]

Füzulinin 530 illik yubileyinə həsr olunmuş “Vətənimdir, Vətənim…” konsert-kompozisiyası keçirilib

Dekabrın 18-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Musiqi sənəti fakültəsinin təşkilatçılığı ilə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş “Vətənimdir, Vətənim…” konsert-kompozisiyası keçirilib. Konsertdə millət vəkilləri, Azərbaycanın müxtəlif ali təhsil ocaqlarının rəhbərləri, ADMİU-nun professor-müəllim heyəti və digər tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbiri giriş nitqi ilə Azərbaycan […]

ADMİU-nun əməkdaşı İsveçdə beynəlxalq tədbirdə iştirak edib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Beynəlxalq layihələr və əcnəbilərlə iş şöbəsinin müdiri Namiq Kərimov İsveçin Kral Texnologiya İnstitutunda (Royal Institute of Technology, KTH) baş tutan beynəlxalq tədbirdə iştirak edib.  Tədbirin əsas məqsədi Azərbaycanın ali təhsil müəssisələrində sahibkarlıq ekosisteminin gücləndirilməsi, akademik heyətin və tələbələrin sahibkarlıq düşüncəsinin inkişaf etdirilməsi, eyni zamanda innovativ yanaşmanın təkmilləşdirilməsi olub. Görüşün ilk […]

ADMİU-nun əməkdaşları COP29 perspektivindən qlobal təcrübənin öyrənilməsi ilə bağlı seminarda iştirak ediblər

Dekabrın 19-da “Müxtəliflik, inklüzivlik və dayanıqlıq – COP29 perspektivindən qlobal təcrübənin öyrənilməsi” təşəbbüsü çərçivəsində üçüncü seminar keçirilib. Bu təşəbbüs “Women In Tech Azərbaycan” təşkilatı tərəfindən COP29, “Azerconnect Group”, “SOCAR Cape” MMC, “Procter & Gamble” və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) tərəfdaşlığı ilə həyata keçirilir. Qeyd edək ki, təşəbbüsün əsas məqsədi müxtəliflik, inklüzivlik və dayanıqlıq […]