Humanitar kollec tələbələrinin ADMİU-da təcrübəsi yekunlaşıb

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin Kitabxana-informasiya təminatı ixtisası üzrə 3-cü kursda təhsil alan 8 tələbəsinin ADMİU Kitabxana-İnformasiya Mərkəzində diplomqabağı təcrübəsi başa çatıb. Cari ilin fevral ayının 16-dan iyulun 7-dək baş tutan təcrübədə iştirak edən hər bir tələbə müvafiq qaydada təlimatlandırılıb, onlara mərkəzin iş şəraiti və fəaliyyət istiqamətləri ilə bağlı ətraflı məlumat […]

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin fəaliyyətə başlamasının 100 illiyi tamam olur. Dövrün görkəmli ədəbi simalarının və məşhur sənət adamlarının tədrisə cəlb edildiyi Bakı Teatr Məktəbinin bazasında təşkil olunmuş Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ölkənin zəngin ənənələrə malik ali təhsil müəssisələrindəndir. Ötən müddət ərzində Universitet milli mədəniyyətin və incəsənətin tərəqqisi işinə mühüm […]

Bakı beynəlxalq multikulturalizm mərkəzinin növbəti kitab hədiyyəsi

Kitabxana-İnformasiya Mərkəzinin fonduna yeni çap olunmuş “Həqiqətin onomastikası-2: Qarabağ və Şərqi Zəngəzur” adlı kitab daxil olub. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin hədiyyə etdiyi nəşr Prezident İlham Əliyevin tövsiyələri əsasında tərtib edilib. Kitabda 1988-ci ilin fevral ayından başlayaraq Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrinin erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində oykonimlər, oronimlər və hidronimlər haqqında ensiklopedik […]

Kinematoqrafiyaya dair yeni nəşrlər ADMİU-da

Azərbaycan Kinematoqrafçılar İttifaqının layihəsi olan “Fokus” jurnalının yenicə çapdan çıxmış 12-ci sayı və “Rakurs” rüblük informasiya bülleteni ADMİU-ya hədiyyə olunub. “Fokus” jurnalının nəfis tərtibatda nəşr olunmuş bu sayında üz qabığının dizaynında istər yerli, istərsə də xarici kino sənayesi barədə olduqca maraqlı fikirlər və fərqli baxış bucaqları ilə tanış olmaq mümkündür. 2023-cü ilin yanvar, fevral, mart […]

ADMİU-nun müəlliminin yeni tərcümə kitabı çap olunub

ADMİU-nun Dram rejissoru və səhnə plastikası kafedrasının baş müəllimi, Əməkdar mədəniyyət işçisi Esmiralda Osmanovanın tərcüməsində Deklan Donnellanın “Aktyor və hədəf” adlı kitabı çapdan çıxıb. Görkəmli ingilis teatr rejissoru Deklan Donnellan “Çik bay Coul” teatr kompaniyası çox tanınmayan klassik pyeslərin yeni səhnə həlli ilə məşhurlaşıb. Öz mühazirələrində rejissor dünyanın müxtəlif ölkələrinin teatrlarında qarşılaşdığı aktyorlarla işindən, pyes […]

Xalq yazıçısı Elmira Axundovanın yeni kitabları ADMİU-da

Azərbaycan Respublikasının Xalq yazıçısı, Əməkdar jurnalist, “Şöhrət” ordenli, Dövlət mükafatı laureatı, filologiya üzrə fəlsəfə doktoru Elmira Axundova yeni nəşr olunmuş kitablarını ADMİU-ya hədiyyə edib. Universitetin Kitabxana-informasiya Mərkəzində oxucuların istifadəsinə verilən ilk kitab “Zərifə və Heydər Əliyevlər – Əbədiyaşar məhəbbət” adlanır. Kitabda xalqımızın tarixində müstəsna yeri olan iki parlaq şəxsiyyətin – Zərifə və Heydər Əliyevlərin boya-başa […]

Kitabxana-İnformasiya Mərkəzinin fondu şəxsi kitab kolleksiyaları ilə zənginləşib

ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzinin sənəd-informasiya resursları fonduna müxtəlif incəsənət xadimləri və professor-müəllim heyətinin yeni şəxsi kitab kolleksiyaları hədiyyə olunub. ADMİU-nun İnstrumental ifaçılıq kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Cəmalə Nəsirova, Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının dosenti, Əməkdar İncəsənət xadimi Ayaz Salayev və Musiqi sənəti fakültəsinin mərhum əməkdaşı Natella Bayramovanın övladı tərəfindən təqdim edilən materiallar incəsənətin […]

Kitabxanaçılıq və informasiya ixtisası üzrə təhsil alan tələbələrin təcrübəsi yekunlaşıb

ADMİU Kitabxana-İnformasiya Mərkəzinin fonduna teatrşünaslığa dair yeni “Teatr və proto-teatr” adlı elmi nəşr daxil olub. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun Estetika şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor Adil Əsədovun müəllifi olduğu kitabda teatrın mahiyyəti və təşəkkül xüsusiyyətləri ilə bağlı irəli sürülən yeni konsepsiyası oxucuların müzakirəsinə təqdim edilir. Teatrın yeni fəlsəfi məzmununu […]

Kitabxanaçılıq və informasiya ixtisası üzrə təhsil alan tələbələrin təcrübəsi yekunlaşıb

16 fevral – 24 may 2023-cü il tarixində ADMİU-nun Kulturologiya fakültəsinin Kitabxanaçılıq və informasiya ixtisası üzrə IV kurs tələbələri Kitabxana-İnformasiya Mərkəzində istehsalat təcrübəsi keçiblər. Təcrübədə iştirak edən 4 tələbənin hər biri müvafiq qaydada təlimatlandırıldıqdan sonra mərkəzin iş şəraiti və fəaliyyət istiqamətləri ilə bağlı ətraflı məlumatlandırılıblar. Tələbələr, mərkəzdə kitabxana-biblioqrafiya və informasiya proseslərinin elektronlaşdırılması və rəqəmsal kitabxananın […]

İxtisas profilli yeni dəyərli nəşrlər ADMİU-da

ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzinin sənəd-informasiya resursları fondunun komplektləşdirilməsində Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən hazırlanan müxtəlif nəşrlərin mühüm rolu vardır. Mütəmadi olaraq çap etdirdiyi kitabları universitetə hədiyyə edən muzey 2022-ci ildə tərtib olunan yeni 13 adda 26 nüsxə nəşrini ADMİU-nun oxucularının istifadəsinə təqdim edib.Muzeyşünaslıq, etnoqrafiya və sənətşünaslıq sahəsinin mütəxəssisləri üçün nəzərdə tutulan bu çap məhsullarının əksəriyyəti Milli […]

ADMİU nəzdində humanitar kollec kitabxanasının rəqəmsallaşdırılmasına metodik dəstək göstərilirv

ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzi ADMİU nəzdində Humanitar Kollecdə müasir təhsil prosesinin kitabxana-informasiya təminatının optimallaşdırılması, innovasiyaların tətbiqi və tələbatçıların sorğularının operativ yerinə yetirilməsi məqsədilə müəssisənin kitabxanasının elektron kataloq sisteminin və rəqəmsal kitabxanasının yaradılmasına dəstək göstərir. Kitabxana-biblioqrafiya və informasiya axtarış proseslərinin elektronlaşdırılması, sənəd resurslarının tipoloji və mövzu təsnifatına əsasən fondun səmərəli formalaşdırılması və nəşrlərdən istifadənin dolğunluğunu təmin etmək […]

Rus dilində profilə uyğun yeni nəşrlər fondumuzda

Kitabxana-İnformasiya Mərkəzinin fondu yeni nəşrlərlə zənginləşib. ADMİU-da həyata keçirilən mədəniyyət və incəsənət sahələri üzrə ixtisas hazırlığı proqramlarına uyğun olan bu kitablar rus dilində çap edilmiş nəşrlərdir. Daxil olan hər bir kitab müvafiq qaydada “İRBİS-64” Avtomatlaşdırılmış Kitabxana Sistemində elektron kataloqa daxil edilərək oxucuların istifadəsinə verilib. Bunlardan – Станиславский К.С., Гиппиус С.В. “Полный курс актерского мастерства”, Толстой, […]