ADMİU-da “ulu öndər Heydər Əliyev – 100” mövzusunda tədbir keçirilib

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar tədbir təşkil edilib. Universitetin professor-müəllim heyəti və tələbələrinin iştirak etdiyi tədbir dövlət himninin səslənməsi ilə başlayıb. Tədbirdə giriş sözü ilə çıxış edən ADMİU-nun Tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nigar Rüstəmova müstəsna xidmətləri ilə əbədilik qazanan Ulu öndərimizin mənalı […]

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan dili” adlı tədbir keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Ədəbiyyat və dillər” kafedrasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan dili” adlı tədbir keçirilib.Millət vəkilləri, ictimai xadimlər, universitet rəhbərliyi, professor və müəllim heyəti, tələbələr və media nümayəndələrinin iştirak etdiyi tədbirdə öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü […]

Özbəkistanlı gənc rəssamın kataloqu

Özbəkistanın Kəmaləddin Behzad adına Milli Rəssamlıq və Dizayn İnstitutunun doktorantı Gulnoz Jalalova elmi tədqiqat işi ilə əlaqədar ADMİU-da araşdırma aparıb. Tədqiqat müddətdə gənc rəssam Rəssamlıq fakültəsinin kafedralarının fəaliyyəti ilə yaxından tanış olub. Araşdırma mövzusu üzrə universitetin Kitabxana-İnformasiya Mərkəzinin təsviri incəsənət sahəsinə dair zəngin kitabları, xüsusilə nadir nəşrləri G.Jalalovanın marağına səbəb olub. O, 2022-ci ildə çap […]

Magistrantlar üçün yeni metodik vəsait

ADMİU-nun Sosial-mədəni fəaliyyət kafedrasının müdiri, fəlsəfə elmləri doktoru, professor Mübariz Süleymanlı və Elm və yaradıclıq işləri üzrə prorektor, Əməkdar mədəniyyət işçisi, kulturologiya üzrə fəlsəfə doktoru, dosent Sədaqət Əliyevanın birgə tərtib etdiyi “Elmi-tədqiqat işinin metodikası” adlı metodik vəsait çap olunub. Universitetdə magistratura pilləsində təhsil alan tələbələrə elmi-tədqiqat işlərinin yazılması qaydalarının mənimsədilməsi və elmi araşdırma üzərində işləmək […]

Fondumuza daxil olan yeni not nəşrləri

Azərbaycan Milli Kitabxanası tərəfindən ADMİU-ya notlardan ibarət yeni nəşrlər hədiyyə olunub. Kitabxananın “Milli musiqi xəzinəmiz”dən layihəsi əsasında oxuculara təqdim etdiyi görkəmli bəstəkarlarımızın nadir not məcmuələrinin yeni nəşrləri “Azərbaycan bəstəkarlarının klarnet və fortepiano üçün köçürmələri”, “Azərbaycan bəstəkarlarının truba və fortepiano üçün köçürmələri”, “Azərbaycan bəstəkarlarının seçilmiş pyeslər”, Q.Qarayevin “Yeddi gözəl baletindən iki fraqment”, “Leyli və Məcnun simfonik […]

ADMİU-nun “İncə sənət” komandası tələbələrin III Respublika Elmi Konfransında qalib olub

Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin və Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Elektron kataloq – yüksək informasiya texnologiyalarının nəticəsi kimi” mövzusunda tələbələrin III Respublika elmi konfransı keçirilib. Konfransda ADMİU-nun Kitabxanaçılıq və informasiya fəaliyyəti ixtisasının tələbələri Kərimova Həcərxanım, Həsənov İsmayıl, Quliyeva Ləman, Əkbərov Zahid, […]

Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni nəşri ADMİU-da

Kino sənətinin müxtəlif sahələri üzrə ixtisas ədəbiyyatının tərtibi, nəşri və təbliği istiqamətində Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) ilə ADMİU arasında əməkdaşlıq çərçivəsində çapdan çıxan növbəti nəşr universitetin Kitabxana-İnformasiya Mərkəzinə hədiyyə olunub. Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının baş müəllimi Nadir Bədəlovun ssenari yaradıcılığına həsr olunmuş “Kino gözlə söz arasında” adlı bu yeni kitab AKİ-nin maliyyə dəstəyilə çap […]

“Texniki-populyar seriya”dan nəşrlər

ADMİU Kitabxana-İnformasiya Mərkəzinə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illik yubileyinə həsr olunmuş 16 kitabdan ibarət “Texniki-populyar seriyadan” nəşrlər daxil olub. Yüksək keyfiyyətə, maraqlı dizayna və nəfis bədii-texniki tərtibata malik olan kitablar İstanbul şəhərində çap olunub. Bu nəşrlər neft və sənaye elmlərinin müasir vəziyyəti, inkişafı, hədəfləri, yenilikləri və aktual problemlərindən bəhs edir. Perspektivli elmi […]

“Magistr dissertasiyalarında plagiat problemi və onunla mübarizə üsulları” mövzusunda təlim

ADMİU-nun Elm və yaradıcılıq işləri üzrə prorektorluğun nəzdində fəaliyyət göstərən Elmi-analitik Mərkəz növbəti təlim təşkil edib. Magistratura təhsil səviyyəsinin II kurs tələbələrinin iştirakı ilə baş tutan təlimi universitetin Kitabxana-informasiya Mərkəzinin biblioqrafı, Turizm və kitabxana-informasiya fəaliyyəti kafedrasının müəllimi, AMEA-nın doktorantı Natiq Mürsəlov keçib. Tədbiri Tədris işləri üzrə prorektor, filologiya üzrə fəlsəfə doktoru, dosent Nigar Rüstəmova açaraq […]

Kitabxana-İnformasiya Mərkəzinin şəxsi kitab kolleksiyası zənginləşir

ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzinə yeni şəxsi kitab kolleksiyası daxil olub. Universitetin Ədəbiyyat və dillər kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Esmeralda Bağırlının təqdim etdiyi nəşrlər Azərbaycan və xarici dillərdə ədəbiyyat, mədəniyyət və incəsənət sahələrinə dair maraqlı kitablardır. İxtisasyönümlü bu materialların elektron məlumat bazası yaradılıb və fondda komplektləşdirilib. Mərkəzin oxu zalında nəşrlər istifadəçilərin ixtiyarına verilib. Dəyərli kitab […]

ADMİU-da təcrübə keçən tələbələr “Oxu mədəniyyəti” layihəsi çərçivəsində təşkil olunan təlimdə iştirak ediblər

ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzində təcrübədə olan Kitabxanaçılıq və informasiya ixtisasının tələbələri UNEC Kitabxana-İnformasiya Mərkəzi tərəfindən “Heydər Əliyev İli”nə həsr edilmiş “Oxu mədəniyyəti” layihəsi çərçivəsində keçirilən təlimlərdə iştirak ediblər. “Elektron resurslardan istifadə bacarıqları” və “Kitabxana etikası” mövzularında təşkil olunan tədbirdə Kulturologiya fakültəsinin IV kurs, ADMİU nəzdində Humanitar Kollecin III kurs tələbələri peşə bacarıqları ilə bağlı yeniliklərlə tanış […]

Mərkəzin ölkə kitabxanaları ilə kitab mübadəsiləsi

ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzi kitabxanalararası sənəd-informasiya mübadiləsi çərçivəsində daha geniş oxucu auditoriyasının nəşrlərə əlçatanlığını təmin etmək məqsədilə son dövrlərdə fəaliyyətini genişləndirir. Hər il universitetin professor-müəllim heyətinin yeni çap olunmuş kitablarının ölkənin müvafiq kitabxanalarına göndərilməsi təşkil edilir. Mərkəz həmçinin, müəllimlərin dosent və professor elmi dərəcəsi almaq üçün Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının təlimatına uyğun olaraq […]