20 yanvar

Kitabxana-İnformasiya Mərkəzinin “20 Yanvar” ümumxalq hüzn günü ilə əlaqədar təşkil etdiyi sərgi.

Tofiq Kazımov-100

Bu gün Azərbaycanın tanınmış teatr rejissoru, Əməkdar incəsənət xadimi, Xalq artisti Tofiq Səməd Mənsur oğlu Kazımovun anadan olmasının 100 illiyi tamam olur. Bununla əlaqədar olaraq Azərbaycan Milli Kitabxanası tərəfindən virtual sərgi hazırlanıb. İnternet mühitində geniş oxucu auditoriyasının diqqətinə təqdim olunan sərgidə Tofiq Kazımovun müəllifi olduğu əsərlər, onun haqqında yazılan kitablar, dövri mətbuat səhifələrində dərc edilən […]

Rəqəmsal kitabxana – kinoşünaslıq və ekran dramutgiyasına dair nəşrlər

Kitabxana-İnformasiya Mərkəzinin rəqəmsal məlumat bazasında ADMİU-nun “Kinoşünaslıq və ekran dramaturgiyası” kafedrası üzrə tədris olunan fənlərə dair nəşrlərin elektron versiyası Sizə təqdim olunur. Bazaya daxil olan kitabları virtual mühitdə oxumaq üçün aşağıdakı link və ya QR-koddan istifadə edə bilərsiniz.https://bit.ly/3R9pjis

Xalq rəssamı Arif Əzizin 80 illik yubileyi münasibətilə virtual sərgi

ADMİU-nun “Dizayn və dekorativ tətbiqi sənət” kafedrasının müdiri, professor, “Şöhrət” ordenli, Əməkdar incəsənət xadimi, Xalq rəssamı Arif Əzizin 3 yanvar 2023-cü il tarixində 80 illik yubileyi qeyd olunacaq. Bununla əlaqədar olaraq universitetin Kitabxana-İnformasiya Mərkəzi “Rənglərin harmoniyası” adlı layihə çərçivəsində A.Əzizin yaradıcılığını əks etdirən nəşrlərdən ibarət virtual sərgi hazırlayaraq geniş oxucu auditoriyasına təqdim edir. Dəyərli müəllimimizi […]

Rəqəmsal kitabxana – səhnə danışığına dair nəşrlər

Kitabxana-İnformasiya Mərkəzinin rəqəmsal məlumat bazasında ADMİU-nun “Səhnə danışığı” kafedrası üzrə tədris olunan fənlərə dair tədris nəşrlərinin elektron versiyası informasiya tələbatçılarına təqdim olunur. Bazadan aşağıdakı link və ya QR-kod vasitəsilə tanış ola bilərsiniz. https://admiu.edu.az/kitabxana/kafedralar/Sehne_danishigi.pdf

Mədəniyyət sahəsinə dair yeni tədris nəşri

ADMİU-nun Kulturologiya fakültəsinin Sosial-mədəni fəaliyyət kafedrasının dosenti, kulturologiya üzrə fəlsəfə doktoru Aygün Eyvazlının yeni dərs vəsaiti çap edilmişdir. “Azərbaycanda gender problemi: yaranması və inkişaf xüsusiyyətləri” adlı tədris nəşri gender anlayışı, qadın hərəkatları, gender və mədəniyyət, tərbiyə prosesində gender xüsusiyyətlərinin nəzərə alınması, gender streotipləri və Azərbaycan mədəniyyətində gender problemi kimi mühüm və aktual mövzuları əhatə edir. […]

Emin Sabitoğlu – 85

ADMİU Kitabxana-İnformasiya Mərkəzi “Musiqi dünyamız” layihəsi çərçivəsində hazırladığı “Emin Sabitoğlu – 85” adlı videoçarxı geniş oxucu auditoriyasına təqdim edir. Burada Azərbaycanın görkəmli bəstəkarı və ifaçısı, «Şöhrət» ordenli Xalq artisti, bir sıra məşhur mahnıların və çoxsaylı Azərbaycan filmi və tamaşalarının musiqi müəllifi Emin Sabitoğlunun zəngin yaradıcılıq irsi işıqlandırılır. Bəstəkarın yaradıcılığını əks etdirən yeni nəşrlər və onun […]

Gülşad Baxşiyeva-70

Dekabr ayının 12-də ADMİU-nun “Dram teatrı və kino aktyoru” kafedrasının müdiri, Əməkdar artist, professor Gülşad Eynulla qızı Baxşıyevanın 70 illik yubileyi tamam oldu. Sevimli aktrisamız Gülşad xanım 1952-ci ildə Bakı şəhərində anadan olub. 1975-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda professor Mehdi Məmmədovun kursunu bitirib. 1975-1985-ci illər ərzində S.Rəhman adına Şəki Dövlət Dram Teatrında […]

Kitabxana-İnformasiya Mərkəzinin rəqəmsal məlumat bazaları zənginləşir

Dəyərli oxucular,ADMİU Kitabxana-İnformasiya Mərkəzi rəqəmsal məlumat bazalarını zənginləşdirməyə davam edir. Aşağıdakı link və ya QR-kod vasitəsilə ADMİU-nun “Ədəbiyyat və dillər” kafedrasında tədris olunan fənlər üzrə nəşrlərin elektron versiyası ilə tanış ola bilərsiniz. Digər kafedralar üzrə nəşrlərin rəqəmsal məlumat bazaları haqqında mütəmadi məlumatı Sizə təqdim edəcəyik.

Mədəniyyət Nazirliyi Hüseyn Cavidin ev muzeyinin kitab hədiyyəsi

Bugünlərdə ADMİU Kitabxana-İnformasiya Mərkəzinə dahi dramaturq, filosof-şair Hüseyn Cavidin yaradıcılığını əks etdirən kitablar hədiyyə olunub. Mədəniyyət Nazirliyi Hüseyn Cavidin Ev Muzeyi tərəfindən təqdim olunan Azərbaycan və rus dillərində Məmməd Cəfərin “Hüseyn Cavid” adlı monoqrafiyası 2019-cu ildə çap olunub.Kitab Hüseyn Cavid yaradıcılığının ilk monoqrafik tədqiqatçısı, akademik Məmməd Cəfərin 1960-cı ildə çap olunmuş eyniadlı monoqrafiyasının yeni tərtibatda […]

Ustad dərsləri

ADMİU-nun Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının müdiri, professor, Əməkdar incəsənət xadimi Əli Əmirlinin «Ustad dərsləri» adlı yeni kitabı çap olunub.

Kitabxanaçılıq və informasiya fəaliyyətinə dair yeni tədris nəşri

Kitabxana-İnformasiya Mərkəzinin fonduna ixtisasyönümlü yeni tədris ədəbiyyatı daxil olub. ADMİU-nun “Turizm və kitabxana-informasiya fəaliyyəti” kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Eldəniz Elman oğlu Məmmədovun ingilis dilində yeni çap edilmiş “History of books and libraries in Azerbaijan” (Azərbaycanda kitab və kitabxana tarixi) adlı dərs vəsaiti alimin uzunmüddətli elmi-pedaqoji və fundamental tədqiqatçılıq fəaliyyətinin nəticəsidir. Tədris nəşri E.Məmmədovun […]