ADMİU-da “Hüseyn Cavid və dünya romantizmində şərq-qərb təmasları” mövzusunda beynəlxalq tədbir təşkil olunub

Noyabr ayının 30-da ADMİU-da Azərbaycanın dahi dramaturqu, filosof-şair Hüseyn Cavidin 140 illik yubleyinə həsr olunmuş “Hüseyn Cavid və dünya romantizmində Şərq-Qərb təmasları” adlı konfrans keçirilib. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Hüseyn Cavidin Ev Muzeyi ilə birgə təşkil edilən beynəlxalq konfransa Azərbaycan, Özbəkistan və Türkiyəli alim və tədqiqatçılar böyük ədibin zəngin həyat və yaradıcılığına həsr olunmuş məruzərlə […]

“Paşa Həyat Sığorta” şirkətinin yeni kitab hədiyyəsi

ADMİU-ya “Paşa Həyat Sığorta” ASC tərəfindən yeni çapdan çıxmış 4 adda 235 nüsxə nəşr hədiyyə olunub. Kitabxana-İnformasiya Mərkəzinin müraicəti əsasında təqdim olunan kitablar Mədəniyyət Nazirliyi, “Paşa Həyat Sığorta” ASC, “Azərbaycan Hava Yolları” QSC və “IRS Publishing House”un birgə həyata keçirdiyi “İRS” silsiləsi layihəsi çərçivəsində ərsəyə gəlib. Azərbaycan, rus və ingilis dillərində “Salam, Azərbaycan!”, “Qarabağın qara […]

ADMİU-ya ədəbiyyatşünaslığa dair monoqrafik nəşrlər hədiyyə olunub

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” şöbəsinin baş elmi işçisi filologiya elmləri doktoru, professor Salidə Şərifova əsərlərini ADMİU-ya hədiyyə edib. Ədəbiyyatşünaslıq sahəsindən bəhs edən, Azərbaycan və rus dillərində nəşr olunmuş “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında Qarabağ mövzusunu əks etdirən əsərlərin janr xüsusiyyəti, problematikası, obrazları və bədii dili” (2022), […]

Kitabxananın fonduna yeni daxil olan nəşr

Azərbaycan alimi, ictimai xadim, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü Kamal Abdullanın yeni çoxcildli kitabları ADMİU-ya hədiyyə olunub. Xalq yazıçısının 7 cilddən ibarət “Seçilmiş əsərləri”nin 1-ci cildinə onun üç romanı və haqqında məlumat, 2-ci cildinə bir romanı, bir povesti və hekayələri, 3-cü cildinə şeirləri, esseləri, pyesləri, 4-cü cildinə “Kitabi-Dədə Qorqud” tədqiqatları, […]

“Fokus” kino jurnalının yeni nəşri

Azərbaycan Kinematoqrafçılar İttifaqının maliyyə və təşkilatı dəstəyilə nəşr olunan, kino peşəkarları və kino həvəskarlarının maraqla izlədiyi “Fokus” analitik kino jurnalının 11-ci sayı çap olunub. Jurnalın bu nəşrində yeni müəlliflərdən Rəhman Bədəlov, Nadir Bədəlov, Aygün Aslanlı, Sevda Sultanova, Hacı Səfərov, Elxan Xanəlizadə, Aliyə Dadaşova ilə yanaşı, artıq öz imzaları ilə tanınmış kinoşünaslardan Qismət Rüstəmov, Elçin Şamili […]

Yeni not nəşrləri oxucuların istifadəsinə verilib

Kitabxana-İnformasiya Mərkəzinə Azərbaycan Milli Kitabxanası tərəfindən xalqımızın zəngin musiqi xəzinəsini özündə əks etdirən yeni not nəşrləri hədiyyə olunub. İncəsənət tariximizdə özünəməxsus sənətkarlıq yolu keçmiş 15 müxtəlif tanınmış bəstəkarın ayrı-ayrılıqda yaradıcılığından nümunələrin, eləcə də Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət pyeslərin toplandığı bu nəşrlər “Milli musiqi xəzinəmizdən” adlı layihəsi çərçivəsində çapdan çıxıb.ADMİU-da Musiqi sənəti fakültəsində təhsilin sənəd-informasiya təminatında […]

ADMİU-ya hədiyyə olunan tədris nəşrləri

Kitabxana-İnformasiya Mərkəzinə AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən profilə uyğun tədris nəşrləri hədiyyə edilib. MEK tərəfindən 15 Sentyabr – “Bilik Günü” və 18 sentyabr – “Milli Musiqi Günü” münasibətilə həyata keçirilən kitab bağışlama aksiyası çərçivəsində ADMİU-ya təqdim olunan nəşrlər mədəniyyət və incəsənət sahələrinə dair dəyərli kitab və notlardan ibarətdir. Ümumilikdə, 83 adda 349 nüsxə ədəbiyyatı […]

ADMİU-nun kitabxanalararası sənəd-informasiya mübadiləsi

Respublikanın ali təhsil müəssisələri kitabxanalarının elmi-metodiki mərkəzi olan Bakı Dövlət Universitetinin Elmi Kitabxanası müvafiq kitabxana fondlarının çap məhsullarından daha səmərəli istifadənin təşkil edilməsi məqsədilə sənəd-informasiya resurslarının mübadiləsini uğurla davam etdirir. Bununla əlaqədar BDU-nun Elmi Kitabxanası tərəfindən ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzinin sənəd-informasiya resursları fonduna 50 nüsxə nəşr hədiyyə olunub. Dramaturgiyaya dair kitablar Azərbaycan, rus və dünya ədəbiyyatının […]

ADMİU-nun dosentinin yeni dərs vəsaiti nəşr olunub

Musiqi sənəti fakültəsinin dekan müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Mehriban Qasımovanın yeni “Dirijorluq texnikası” adlı dərs vəsaiti çapdan çıxıb. Kitabda dirijor sənətinin mahiyyəti açıqlanır, dirijorun ifa olunan əsərin interpretatoru, dinləyici kütləsinin zövqünün tərbiyəçisi, yerli və dünya musiqi mədəniyyətində bütün qabaqcıl, yüksək bədiiliyə malik elementlərin təbliğatçısı kimi missiyası hərtərəfli şəkildə təqdim edilir. Müəllif dirijorluq texnikası, […]

Kitabxana-İnformasiya Mərkəzinin şəxsi kitab kolleksiyaları

ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzinin sənəd-informasiya resursları fondunda müxtəlif incəsənət xadimlərinin və professor-müəllim heyətinin təqdim etdiyi şəxsi kitab kolleksiyaları xüsusi yer tutur. Şəxsi kitab kollek¬si¬ya¬ları fondlarının təşkili elmi biliklərin əldə edilməsinə, tətbiqinə və təbliğinə yönəlmiş inno¬va¬tiv prosesin tərkib hissəsi kimi oxucuların marağını cəlb edir. Mərkəzdə Gülşən Əliyeva-Kəngərli, Sevil Kərimova, Fatimat Məmmədova, Nadir Bədəlov, Sahib Novruzov, Zakir Abbas, […]

Mədəniyyət və incəsənətə dair yeni sənəd-informasiya resursları

ADMİU Kitabxana-informasiya Mərkəzinin sənəd-informasiya fondunun cari komplektləşdirilməsi uğurla davam edir. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən profilə uyğun 28 adda 155 nüsxə hədiyyə olunan yeni nəşr fondumuzu xeyli zənginləşdirib. Respublika Kitabxana Kollektoru tərəfindən bağışlanan ixtisas yönümlü Azərbaycan, rus və ingilis dillərində çap olunmuş kitablar mədəniyyət və incəsənətin müxtəlif sahələrini əhatə edir.Bu nəşrlərdən R.Bəhmlinin “Azərbaycanın qədim rəqs […]