Admiu-nun əməkdaşları Hindistanda keçirilən “Ruhiyyat” adlı sufi və mistik musiqi festivalında

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşları Hindistanın Mumbai və Dehli şəhələrində keçirilən “Ruhiyyət” adlı Sufi və Mistik Musiqi Festivalında iştirak edib.Artıq 18 ildir ki, mütəmadi olaraq hər il Hindistanın 10-dan çox şəhərlərində (Kolkata, Dehli, Mumbayi, Banglaur və digər) keçirilən festival Türkiyə, Azərbaycan, Misir, Afrika, Kəşmir, Rusiya, Hindistan və digər ölkələrdən tanınmış musiqiçilər dəvət olunur.Festivalın […]

Admiu-da tələbələrarası “Poliqon” intellektual yarışı keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə tələbələrarası “Poliqon” intellektual yarışı keçirilib. “Kəşfiyyat”, “Hədəf”, “Girov” və “Zəfər” mərhələlərindən ibarət olan yarışda Aktyor sənəti, Musiqi sənəti, Kino və televiziya, Rəssamlıq, Kulturologiya fakültələrinin tələbələrindən ibarət 6 kamanda iştirak edib.Yarışın əsas məqsədi gənclərdə vətənpərvərlik ruhunun aşılanmasına həsr olunub. Sonda Kino və televiziya fakültəsinin tələbələri […]

Admiu-da “İdarəetmədə səmərəlilik və motivasiya” mövzusunda seminar keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “İdarəetmədə səmərəlilik və motivasiya” mövzusunda seminar keçirilib. Kulturologiya fakültəsinin Sosiologiya ixtisasının I, II və Sosial iş ixtisasının I, II, III kurs tələbələrinə hazırda sosial idarəetmə sahəsində kifayət qədər aktual səslənən, hər kəsin diqqətini çəkən mühüm məsələlərə aydınlıq gətirilib.İnteraktiv seminar xarakteri daşıyan tədbirdə təlimçi və mühazirəçi Universitetin müəllimi, sosioloq-menecer, sosial […]

Admiu-da teatr rejissoru Karin Çapmanın ustad dərsi keçirilir

30 noyabr və 4 dekabr tarixində British Council Azerbaijan-ın təşkilatçılığı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ustad dərsi keçirilir. Universitetin SABAH qrupu Aktyor sənəti ixtisası üzrə təhsil alan tələbələrinin və fiziki məhdudiyyətli gənclərin iştirak etdiyi ustad dərsi Birləşmiş Krallıqların teatr rejissoru Karin Çapman tərəfindən aparılır.Layihənin əsas məqsədi həm sağlam, həm də fiziki məhdudiyyətli istedadlı […]

Admiu tələbəsinin ilk qısametrajlı filmi Nizami kino mərkəzində nümayiş olunub

Nizami Kino Mərkəzində ötən il baş vermiş qəzada itgin düşən neftçilərə həsr olunmuş “Ümid” qısametrajlı filmi nümayiş olunub. Filmin ssenari və ideya müəllifi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino və televiziya fakültəsinin II kurs tələbəsi Hökümə Sadıq qızına məxsusdur.Universitetin professor-müəllim və tələbə heyətinin, eləcə də tanınmış simaların iştirak etdiyi tədbirdə həmçinin qəza zamanı itgin […]

Admiu-nun əməkdaşı Gürcüstanda keçirilən “Azərbaycan fotoqrafiyası günləri”nin iştirakçısı olub

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı, Rəssamlıq fakültəsinin müəllimi Arzu Mürvətova Gürcüstan Fotoqrafları Assosiasiyası tərəfindən təşkil olunan “Azərbaycan Fotoqrafiyası günləri”ndə iştirak edib. Gürcüstan Milli Parlament Kitabxanasında baş tutan sərgidə Azərbaycan və Gürcüstan fotoqraflarının 120-dən çox fotoları nümayiş olunub.Tədbirdə Azərbaycan Fotoqrafları Birliyinin sədri Mirnaib Həsənoğlu və Gürcüstan Fotoqrafları Assosiasiyasının sədri […]

Admiu-da YAP-ın 25-illiyi ilə bağlı tədbir keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və Incəsənət Universitetinin Heydər Əliyev Məktəbində Yeni Azərbaycan Partiyasının 25 illik yubileyi ilə bağlı görüş keçirilib. YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, Millət vəkili Gövhər Baxşəliyeva, YAP Yasamal rayon GB-nin sədri Bəxtiyar Nəbiyev, Universitetin professor-müəllim və tələbə heyətinin iştirakı ilə keçən görüşdə Universitetin rektoru professor Fərəh Əliyeva qonaqları salamlayaraq, YAP-ın 25 […]

Admiu-da “Web of Science” platformasından istifadə qaydaları mövzusunda seminar keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dünyada ən nüfuzlu elmi-analitik informasiya platforması olan “Web of Science”dan istifadə qaydaları ilə mövzusunda seminar keçirilib. “Clarivate Analytics” təşkilatının Azərbaycan üzrə nümayəndəsi Aygün Babazadə çıxış edərək, “Web of Science” sistemi, ondan istifadə qaydaları, o cümlədən bu şəbəkəyə məqalələr təqdim etmək, xarici nəşrləri oxumaq və digər imkanlar barədə məlumat verib. […]

Noyabr ayının 28-i Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Bakı Milli Geyim Evinin təlim-tədris mərkəzinin açılış mərasimi keçirilib

Açılış mərasimində Universitetin rektoru professor Fərəh Əliyeva çıxış edərək müasir təhsildə tələb olunan, təcrübənin xüsusi rolundan, bu təlim-tədris mərkəzinin bütün imkanlarından istifadə edərək tələbələrə dərs və dərsdən kənar zamanlarda nəzəriyyə ilə təcrübəni bir araya gətirə biləcəklərini deyib. O, belə bir təlim- tədris mərkəzinin təşəbbüsünün ilk dəfə olduğunu bildirərək, hamıya uğurlar arzu edib. Daha sonra Bakı […]

Admiu-da “Romantizm: tarixi və əhəmiyyəti” mövzusunda elmi-praktiki seminar keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Musiqi sənəti fakültəsinin təşkilatçılığı ilə “İncəsənət tarixi: XXI əsrdən baxış” silsiləsindən “Romantizm : tarixi və əhəmiyyəti” mövzusunda Elmi-praktiki seminar keçirilib. “Musiqi sənəti” fakültəsinin təşkil etdiyi seminarda müxtəlif fakültələrin tələbələri bir araya gəlib. III kurs Musiqişünas tələbə Səmərə Qafarova “Romantizm dövrünün səciyyəsi”, Nigar Yusubova “Romantizm musiqidə”, IV kurs rəssamlıq fakültəsi […]

Admiu-nun təşkilatçılığı ilə Tofiq Quliyev-100 və Emin Sabitoğlu-80 konserti baş tutub

Noyabr ayının 23-ü Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı ilə görkəmli bəstəkarlarımız Tofiq Quliyevin 100, Emin Sabitoğlunun 80 illik yubileyi münasibəti ilə konsert proqramı baş tutub. Universitetin professor-müəllim və tələbə heyətinin iştirak etdiyi konsertdə Musiqi fakültəsinin tələbələri hər iki bəstəkarın ölməz mahnılarını ifa ediblər.Xüsusi zövqlə seçilmiş, zəngin repertuarlı gecə ADMİU-nun xor […]

Admiu “Bir” tələbə-könüllü tələbələri sabah xaricdə təhsil

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “BİR” Tələbə-Könüllü proqramının könüllüləri Azərbaycan Respublikası Təhsil Nazirliyi və SABAH qrupları layihəsinin təşkilatçılığı ilə keçirilən SABAH Xaricdə Təhsil Sərgisində iştirak edib.Universitet üzrə koordinator, SABAH qrupu II kurs tələbəsi Toğrul Qasımovun rəhbərliyi ilə Rəssamlıq fakültəsinin I kurs tələbələri Cəmilə Cəlilzadə, Təhminə Rzazadə, Əfruz Əliverdiyeva və Aysel Abdullayeva fəal iştirakına görə […]