Əməkdar artist Mehriban Zəki Admiu-da

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Heydər Əliyev Mədəniyyət və İncəsənət Məktəbi”ndə Əməkdar artist Mehriban Zəki ilə tələbələrin görüşü baş tutub.Universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyevanın, professor-müəllim və tələbə heyətinin iştirakı ilə keçən görüşdə Teatrşünaslıq kafedrasının müdiri, professor Aydın Talıbzadə qonaqları salamlayaraq, Mehriban xanımı yubileyi münasibətilə təbrik edib, yubilyar ilə bağlı xatirələrini paylaşıb.Mehriban […]

Admiu müəlliminin “İncə nəfəs” adlı fərdi sərgisi keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Vernisaj” zalında Rəssamlıq fakültəsi Təsviri sənət kafedrasının müəllimi Xanım Məmmədovanın “İncə nəfəs” adlı fərdi sərgisi keçirilib.Professor-müəllim və tələbə heyətinin iştirak etdiyi sərgini giriş sözü ilə Universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva açaraq, hər kəsi salamlayıb. Rektor Xanım Məmmədovanı sərgisi və ad günü münasibətilə təbrik edərək, ona uğurlar […]

Admiu “Gender problemi və müasir Azərbaycan” konfransında

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimləri “Gender problemi və müasir Azərbaycan” mövzusunda respublika konfransında iştirak ediblər. Azərbaycan Universitetinin ev sahibliyi etdiyi konfrans üç bölmədən ibarət olub: Gender tarixi, Ədəbiyyatda və dində gender problemi, Genderin hüquqi aspektləri olmaqla. Konfransda ADMİU-nun Kulturologiya kafedrasının rəhbəri, Dosent Sədaqət Əliyeva “Gender problematikasının Azərbaycan kulturologiyasında yeri” , Universitetin əməkdaşı dissertant […]

Qazaxıstan Milli İncəsənət Akademiyasının magistrları növbəti dəfə Admiu-da

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə T.K.Jurqenov adına Qazaxıstan Milli İncəsənət Akademiyası arasında imzalanan əməkdaşlıq müqaviləsinə əsasən 6-14 noyabr 2017-ci il tarixlərində akademiyanın müxtəlif ixtisasları üzrə təhsil alan magistr tələbələri növbəti dəfə ADMİU-da elmi təcrübə keçiblər.Teatr sənəti fakültəsində İzekenova Ulşat (xoreoqrafiya), Kinjembetova Tanşolpan (aktyor sənəti), Kabdıl Erkebulan (rejissor), Rəssamlıq fakültəsində Maxambetova Altın (geyim dizaynı), […]

“Qadın fenomeni” adlı monoqrafiya işıq üzü görüb

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kulturologiya kafedrasının müdiri, dosent Sədaqət Əliyevanın “Azərbaycan mədəniyyətində qadın fenomeni” adlı monoqrafiyası işıq üzü görüb. Kitabda Azərbaycan tarixində, mədəniyyətşünaslığında və ümumilikdə ictimai-siyasi həyatında qadının rolu və müstəsna xidmətlərindən danışılır. Tarixi inkişaf üzrə mərhələ-mərhələ xronoloji ardıcıllıqla Azərbaycanlı qadınların keçdiyi həyat yolunun əsas nüanslarına toxunulub, bu və ya digər səbəbdən indiyə […]

Admiu tələbələrinin sərgisi keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti üzrə “BİR” Tələbə-Könüllü koordinatorunun təşkilatçılığı ilə Universitetin Rəssamlıq və Kulturologiya fakültə tələbələrinin əl işlərindən ibarət sərgi keçirilib.Sərgidə Universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva çıxış edərək, bu təşəbbüsə görə tələbələri təbrik edib və onlara işlərində uğurlar arzulayıb. “BİR” Tələbə-Könüllü proqramının Ümumi işlər üzə koordinatoru Canoğlan İlyasov və Universitetin […]

Admiu-da “Türk filmləri həftəsi” çərçivəsində tələbələrlə görüş

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində artıq Bakıda 3-cü dəfə keçirilən “Türk Filmləri Həftəsi”çərçivəsində tələbələrlə görüş keçirilib. Türkiyənin “Yerli Düşüncə Dərnəyi”nin təşkilatçılığı, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Kino müdirliyi, səfirliyin Mədəniyyət və Tanıtma Müşavirliyinin dəstəyi ilə baş tutan layihənin ümumi koordinatoru, rejissor Öner Kılıç əvvəlcə Universitetin müəllim və tələbə heyətini salamlayaraq digər qonaqları aktyorlar – […]

Admiu-da “Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolu” mövzusunda tədbir keçirilib

Noyabrın 17-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolu” mövzusunda tədbir keçirilib.Tədbirdə öncə DQİDK-nın sifarişi ilə çəkilmiş Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinə həsr olunmuş “Şəhadət” sənədli filmi nümayiş etdirilib. Filmin nümayişindən sonra çıxış edən Azərbaycan Dövlət Mədəniyyət və […]

Admiu əməkdaşları və tələbə heyəti “Türk filmləri həftəsi”nin açılış mərasimində

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşları və tələbə heyəti Nizami Kino Mərkəzində keçirilən “Türk Filmləri Həftəsi”nin açılış mərasimində iştirak ediblər. Nizami Kino Mərkəzində baş tutan tədbirdə əvvəlcə iki qardaş ölkənin şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib, dövlət himnləri səsləndirilib.Açılış mərasimində çıxışlardan sonra türkiyəli rejissor Caner Erzincanın “Yeni dünya” adlı filmi nümayiş olunub. Sonda […]

Admiu-nun 23 nömrəli məktəblə əməkdaşlığı davam edir

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və T.Həsənov adına 23 nömrəli tam orta məktəbin qarşılıqlı əməkdaşlığı davam edir. Belə ki, Universitetin Rəssamlıq fakültəsinin müəllimləri Vüqar Əliyev, Mətin Şərifov və II kurs tələbəsi Ramin Səfərli Azərbaycan Rəssamlar İttifaqı ilə birlikdə təşkil olunan “23-ün rəssamları” sərgisi çərçivəsində məktəblilərə ustad dərsləri keçib.Ustad dərsində gənc rəssamlara rəngkarlıq, qrafika və […]

Admiu-da rəssam Fərəh Əliyevanın “Dünyəvi cizgilər” bədii kukla sərgisi keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Vernisaj” zalında rəssam Fərəh Əliyevanın “Dünyəvi cizgilər” bədii kukla sərgisi keçirilib. Fərdi sərgidə müəllifin 30-a yaxın müxtəlif mövzularda – “Nar budağı”, “Zümrüd”, “Edem”, “Sarı gəlin”, “Qız qalası”, “İlham”, “Şərq yuxuları”, “Cənnət mələyi”, “Qürurlu Xəzər”, “Modern trio”, “Nar qızı”, “DNA”, “Tıq-tıq xanım”, “Şopinq” və başqa kuklaları nümayiş olunub.Sərginin açılışında Dizayn […]

Admiu-da beynəlxalq tolerantlıq gününə həsr olunmuş konfrans keçirilib

16 noyabr Beynəlxalq Tolerantlıq günü ilə əlaqədar olaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Azərbaycan Tolerant Cəmiyyətin Nümunəvi Modeli kimi” adlı konfrans keçirilib.Universitetin Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, professor Gülşən Əliyeva 2016-cı ildə Respublikanın Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış sərəncam haqqında, “Multukultiralizm ili” ərzində müxtəlif yerli və beynəlxalq tədbirlərin keçirilməsi barədə məlumat […]