Admiu-da “Bir” tələbə-könüllü proqramının təqdimatı baş tutub

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Səda” Tədris Tetrında “BİR” Tələbə-Könüllü proqramının təqdimat mərasimi keçirilib. Tələbə heyətinin iştirak etdiyi tədbirdə Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektor, professor Gülşən Əliyeva və “BİR” Tələbə-Könüllü Proqramının koordinatoru Canoğlan İlyasov proqram və təklif olunan sosial aksiyalar, təlimlər, intellektual yarışlar və s. layihələr haqqında məlumat verib.Universitet üzrə proqramın aktiv […]

Admiu-nun əməkdaşları “Salam Orient”

Avstriya Teleradiosu (ORF), Azərbaycan Mədəniyyət Mərkəzi və “Salam Orient” festivalının birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti kafedrasının əməkdaşları Vyanada “Salam Orient” (“Salam Şərq”) festivalı çərçivəsində “ORF Radiokulturhaus” konsert zalında keçirilən “Muğam və klassik musiqinin görüşü” adlı konsertdə iştirak ediblər.Universitetin Muğam sənəti kafedrasının müəllimi, Əməkdar artist Nuriyyə Hüseynovanın rəhbərliyi ilə muğam […]

Admiu-nun doktorant və gənc tədqiqatçıların XXI respublika elmi konfransında

Azərbaycan Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakı Dövlət Universitetində keçirilən XXI Respublika Elmi konfransda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin doktorant və gənc tədqiqatçıları da iştirak edib.Təhsil naziri Mikayıl Cabbarov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva və digər ali təhsil müəssisələrinin rəhbərləri, tanınmış ziyalıların iştirak etdiyi konfransı giriş sözü […]

Amerikalı kamança ifaçısı Cefri Verbok Admiu-da

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin növbəti qonağı Amerika Muğam Cəmiyyətinin prezidenti, Azərbaycan muğamının tədqiqatçısı, kamança ifaçısı Cefri Verbok olub. Universitetin “Vernisaj” salonunda musiqiçi ilə təşkil olunan görüşdə Musiqi sənəti fakültəsinin professor-müəllim və tələbə heyəti iştirak edib. Cefri Verboku Azərbaycanın dostu, Azərbaycan musiqisinin dünyada böyük təəssübkeşi adlandıran Musiqi sənəti fakültəsinin dekanı professor Ceyran Mahmudova qonağı […]

Admiu tələbələri Soçidə keçirilən “XIX Ümumdünya festivalı”nda iştirak edib

14-22 oktyabr 2017 ci il tarixlərdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Rusiya Federasiyasının Soçi şəhərində keçirilən “XIX Ümumdünya Festivalı”nda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri də iştirak edib.Açılış mərasimində Rusiya prezidenti Vladimir Putin, Sergey Lavrov, eyni zamanda Rusiya və xarici ölkələrin rəsmilərinin iştirak etdiyi festivala 150 ölkədən 20000-dən artıq iştirakçının qatılıb. […]

Admiu-da “Müstəqillik dövründə Azərbaycan təsviri sənətinin inkişafı” mövzusunda konfrans keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Müstəqillik dövründə Azərbaycan Təsviri sənətinin inkişafı” mövzusunda I Respublika elmi-nəzəri konfrans keçirilib. Konfransı giriş sözü ilə Universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva iştirakçıları salamlayaraq uğurlar arzulayıb.İlk öncə Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının professoru, sənətşünaslıq üzrə elmlər doktoru Röya Tağıyeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Gülrəna Mirzə […]

Admiu-nun magistr tələbələri rəssam Arif Əzizin emalatxanasında

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin I kurs magistr tələbələri Xüsusi rəsm və Xüsusi rəngkarlıq dərslərini Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının rəhbəri, Əməkdar incəsənət xadimi, professor Arif Əzizin şəxsi emalatxanasında keçirlər. Xüsusi yaradıcı abı-havada, maraqlı keçən dərslərdə tələbələr fənnin texniki üsullarına yiyələnərək natürmort və gips fiquru fantaziya, estetik və bədii vasitənin köməyi ilə […]

Admiu-nun tələbə heyəti görkəmli dramaturq Hüseyn Cavidi anıb

Görkəmli dramaturq Hüseyn Cavidin 135 illik yubileyi ilə əlaqədar olaraq Azərbaycan Partiyasının nümayəndələri, ali təhsil ocaqları, eləcə də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri, YAP Gənclər Birliyi, Tələbə Gənclər Təşkilatı və “BİR” Könüllü Tələbə komandası Yasamal rayonunda yerləşən Hüseyn Cavid parkına ziyarət edib, ədibin heykəli önünə gül dəstələri və əkil qoyublar.Görüşdə Azərbaycan ədəbiyyatında romantizm […]

Admiu-da Hüseyn Cavidin 135 illik yubileyinə həsr olunan beynəlxalq elmi-praktik konfrans keçirilib

24-25 oktyabr 2017-ci il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində böyük dramaturq, görkəmli şair Hüseyn Cavidin anadan olmasının 135 illik yubileyinə həsr olunmuş “Hüseyn Cavidin sənət fəlsəfəsi” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.Konfransı giriş sözü ilə açan Universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva iştirakçıları salamlayaraq Hüseyn Cavidin Azərbaycan mədəniyyətinin, tarixinin və bu gününün […]

Admiu-nun “Bir” könüllü komandası tələbələrlə görüşüb

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “BİR” Könüllü proqramının oktyabr ayı ərzində nəzərdə tutulan iclası keçirilib.Tələbə heyətinin iştirak etdiyi iclasda Universitet üzrə “BİR” Könüllü komandasının koordinatoru, Aktyor sənəti ixtisasının II kurs tələbəsi Toğrul Qasımov tələbələr tərəfindən təklif olunan müxtəlif layihələri, təklif, iradları dinləyib və fakültələr üzrə sədrləri təqdim edib.Qeyd edək ki, iclas zamanı könüllü fəaliyyətində […]

Admiu-nun müəllimi Aytən Rzaquliyevanın “Əks” adlı fərdi sərgisi keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Rəssamlıq fakültəsinin müəllimi Aytən Rzaquliyevanın “Əks” adlı ekspozisiyası keçirilir. “Art PAYIZ 2017” festivalı çərçivəsində 21-31 oktyabr tarixinədək Port Baku Mall-da keçirilən sərgi 30-dan çox “Natürmort. Peyzaj. İnsan” konsepsiyası ilə seçilir.Qeyd edək ki, Aytən Rzaquliyeva Ə.Əzim-zadə adına Rəssamlıq məktəbinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunu, Azərbaycan Rəssamlar İttifaqının […]

Admiu-nun tələbələri “I am Jazzman” müsabiqəsinin qalibləri olub

Beynəlxalq Muğam Mərkəzində 2017 Bakı Caz Festivalı çərçivəsində “I am Jazzman” müsabiqənin final turu keçirilib. Final müsabiqəsinə vəsiqə alan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinin II kurs tələbələri Şəfiqə Abbasova, Nərmin Məmmədli, Nurlan Abdullazadə, III kurs tələbələri Məhəmməd Məmmədli, Ruslan Alişan, Polad Murtuzayev və digər ölkələrin caz ifaçıları iştirak ediblər.Müsabiqənin sonunda Bakı […]