Admiu-da “Sosial iş və maddə asılılığı” mövzusunda seminar keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Azərbaycan Sosial İş İctimai Birliyinin növbəti seminarı keçirilib. Kulturologiya fakültəsinin Sosial iş tələbələrin iştirak etdiyi seminar “Sosial İş və Maddə Asılılığı”na həsr olunub.Təqdimatçı Sənubər Heydərova tərəfindən əsasən narkotik maddələrin növləri, aludəçiliyin səbəbləri, aludəçinin ailəsi, ətrafı və sosial işçinin vəzifələri haqqında məlumat verilib. Seminarın əsas məqsədi müasir dövrdə sosial problemlər […]

Polşanın Adam Miskeviç institutunun nümayəndələri Admiu-da

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin növbəti qonağı Polşanın Adam Miskeviç İnstitutunun nümayəndələri olub. Qonaqları ilk olaraq Universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva qəbul edib.Görüşdə rektor Universitetin Kino və televiziya, Aktyor sənəti fakültələri, SABAH Mərkəzi, tədris olunan ixtisaslar, beynəlxalq əməkdaşlıq, tələbələrimizin müxtəlif beynəlxalq festivallarda, müsabiqələrdə iştirakı və uğurları haqqında ətraflı məlumat verib.Adam Miskeviç […]

Admiu-da “Next level Azerbaijan” proqramının təqdimatı

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin təşəbbüsü ilə “Next Level Azerbaijan” proqramının təqdimatı keçirilib. Tədbirdə Universitetin Beynəlxalq işlər üzrə prorektoru professor Gülşən Əliyeva və Səfirliyin nümayəndəsi, mədəniyyət proqramları üzrə direktor, mütəxəssis Fərqani Əliyev tələbə heyətinə “Next Level Azerbaijan” proqramı haqqında ətraflı məlumat verib.Görüşdə amerikalı mütəxəssislər tələbələrə MC, Beatbox, Graffiti, Hip-Hop […]

Admiu-nun professoru Bayram Hacızadənin “Kirpi”nin rəssamları adlı dərs vəsaiti işıq üzü görüb

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının professoru, Əməkdar incəsənət xadimi Bayram Hacızadənin üç cilddən ibarət “Kirpi”nin rəssamları (1925-1969 I cild, 1980-1991 II cild, 1970-1979 III cild) Rəssamlıq təmayüllü ali təhsil müəssisələri üçün dərs vəsaiti işıq üzü görüb.“Kirpi”nin rəssamları adlı dərs vəsaiti Azərbaycan incəsənətinin ayrılmaz tərkib hissəsi olan karikatura sənətinin […]

Admiu-nun rektoru litvalı rejissor Audrius Stonis ilə görüşüb

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə şəhərimizin qonağı olan Litvanın tanınmış rejissoru Audrius Stonis, İttifaqın sədri, xalq artisti Şəfiqə Məmmədova və Litvanın Azərbaycandakı səfiri cənab Valdas Lastauskas oktyabr ayının 16-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin qonağı olublar.Ənənəvi olaraq ilk öncə qonaqları Universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva qəbul edib. Görüşdə rektor Universitetdə […]

Admiu tələbələri “I am Jazzman” müsabiqəsində

Rotuna Jazz klubda gənc caz ifaçılarının iştirak etdiyi “I am Jazzman” müsabiqəsi keçirilib. 2017 Jazz Festivalı çərçivəsində keçirilən, üç turdan ibarət olan müsabiqədə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri də iştirak edib.Musiqi sənəti fakültəsi Estrada kafedrasının II kurs tələbəsi Şəfiqə Abbasova “Estate”, “Taking a chance on love”, İnstrumental ifaçılıq kafedrasının II kurs tələbəsi Nurlan […]

Admiu-nun müəllimi, bəstəkar-pianoçu Pikə Axundovanın konserti

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Mədəniyyət” kanalının, Azərbaycan radiosunun təşkilatçılığı ilə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, bəstəkar-pianoçu Pikə Axundovanın əsərlərindən ibarət müəllif konserti keçirilib.Gecədə bəstəkarın əsərlərini Əməkdar artistlər Zaur Əmiraslanov, Aygün Bəylər, Lalə Məmmədova, Aqşin Abdullayev, Zabitə Alıyeva, Səbinə Ərəbli, Orxan Cəlilov və Vüsal Hacıyev ifa ediblər. İfaçıları […]

Qazaxıstanın professor heyəti Admiu-da

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bu dəfəki qonağı Kurnaqazi adına Qazaxıstan Milli Konservatoriyasının professoru, “Musiqi təhsili və pedaqogika” kafedrasının müdiri Kaliakbarova Lyalya Tokenova və kafedranın baş müəllimi Şabdenova Dariya Raximalievna olub.Belə ki, Qazaxıstan Milli Konservatoriyasının əməkdaşları 9-13 oktyabr tarixləri ərzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində və Bakı Musiqi Akademiyasında […]

Admiu-da litvalı rejissor Audrius Stonisin ustad dərsi

Tanınmış rejissorun ADMİU-nun “Heydər Əliyev: Mədəniyyət və İncəsənət Məktəbi”ndə “Kino-televiziya sənətləri” kafedrasının müdiri professor Rafiq Quliyevin bələdçiliyi ilə ustad dərsi keçirilib. Kino və televiziya, Teatr sənəti fakültələrinin müxtəlif kurs tələbələrinin və Universitetin professor-müəllim heyətinin iştirak etdiyi dərsdə əvvəlcə Audrius Stonis tələbələrə özü haqqında – sənədli film sahəsində nə zamandan çalışdığı, fəaliyyəti ilə bağlı ətraflı məlumat […]

Admiu-nun rektoru litvalı rejissor Audrius Stonis ilə görüşüb

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə şəhərimizin qonağı olan Litvanın tanınmış rejissoru Audrius Stonis, İttifaqın sədri, xalq artisti Şəfiqə Məmmədova və Litvanın Azərbaycandakı səfiri cənab Valdas Lastauskas oktyabr ayının 16-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin qonağı olublar.Ənənəvi olaraq ilk öncə qonaqları Universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva qəbul edib. Görüşdə rektor Universitetdə […]

Admiu-nun rektoru 3 nömrəli uşaq-gənclər inkişaf mərkəzinin yeni bazasının açılış mərasimində

3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin yeni bazasının açılış mərasimi keçirilib. Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva və digər ali təhsil ocaqlarının rektorları, yazarlar, mədəniyyət xadimləri iştirak edib.Qonaqlar Mərkəz ilə yaxından tanış olub, burada fəaliyyət göstərən kursların modullar əsasında tədrisi və “Multiart”, “Multimusic”, “Robotics”, […]

Admiu tələbə gənclər təşkilatı tələbələrlə görüşüb

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Tələbə Gənclər Təşkilatının sədri, Kulturologiya fakültəsinin II kurs tələbəsi İman Sadıqov tələbələr ilə görüşüb. Görüşdə bütün fakültələr üzrə TGT sədrləri seçilib.Belə ki, Kulturologiya fakültəsi üzrə II kurs tələbəsi Nərgiz İdrisova, Rəssamlıq fakültəsi üzrə I kurs tələbəsi Nərmin Bayramova, Teatr sənəti fakültəsi üzrə II kurs tələbəsi Əlizaman Abbasov, Kino və […]