ADMİU-da Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

Dekabrın 9-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Mərasimdə universitet rəhbərliyi, professor-müəllim heyəti və qonaqlar iştirak ediblər. Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Ulu Öndər Heydər Əliyevin, o cümlədən, ölkəmizin müstəqilliyi və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik […]

ADMİU-nun Rəssamlıq fakültəsinin müəllimləri beynəlxalq festivalda…

ADMİU-nun Rəssamlıq fakültəsinin Təsviri sənət kafedrasının müəllimləri Finlandiyanın Helsinki şəhərində keçirilən “Eyni Günəş altında” Beynəlxalq İncəsənət Festivalında uğurlar qazanıblar.Belə ki, Rəssamlıq fakültəsinin Təsviri sənət kafedrasının müdiri, Əməkdar rəssam, dosent Rəşad Cabarovun “Stilizə olunmuş rəngkarlıq” nominasiyası üzrə “Abşeron” adlı əsəri I yerə layiq görülüb. Eyniadlı incəsənət festivalında “Göyərçin” adlı əsəri isə “Stilizə olunmuş rəngkarlıq” portret nominasiyası […]

ADMİU-da Təlim və tədris istiqamətinə dair işçi alt qrupun növbəti iclası keçirilib

09 dekabr 2025-ci il tarixində ADMİU-da 2026-2030-cu illər üzrə Strateji İnkişaf Proqramının (SİP) hazırlanması ilə bağlı Təlim və tədris istiqaməti üzrə növbəti iclas keçirilib. Universitetin Tədris işləri üzrə prorektoru, dosent Nigar Rüstəmova və alt qrup üzvlərinin iştirak etdiyi iclasda ADMİU-nun Fəaliyyət Planına (FP) əsasən 2025-ci ilə dair Təlim və tədris istiqamətində görülmüş işlər haqqında məlumat […]

Mənsum İbrahimovun 65 illik yubileyi ADMİU-da qeyd edilib

Dekabrın 8-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) tanınmış xanəndə, Xalq artisti, “Şöhrət” ordenli Mənsum İbrahimovun 65 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Mərasimdə ADMİU rəhbərliyi, professor-müəllim heyəti, tanınmış incəsənət xadimləri və tələbələr iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Əməkdar artist, professor Azad Şükürov Mənsum İbrahimovun həyat və yaradıcılığı haqqında geniş məlumat verib, […]

ADMİU-da “Balet Rəqqasları Kəndi” sənədli filmi nümayiş olunub

Dekabrın 8-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) XVI Bakı Beynəlxalq Film Festivalı çərçivəsində, Beynəlxalq Qısametrajlı Film Müsabiqəsi proqramına daxil olan “Balet Rəqqasları Kəndi” sənədli filmi nümayiş olunub.Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə nümayişi keçirilən film Türkiyənin Çorum bölgəsində yerləşən bir kənddən çıxan 13 kişi balet rəqqasının həyat hekayələrini əhatə edir və incəsənət, kimlik […]

“Bərabər Həyat: Əlillik və Sosial İnteqrasiya” adlı dəyirmi masa keçirilib

Beynəlxalq Əlillər Günü münasibətilə Kulturologiya fakültəsinin Sosial-mədəni fəaliyyət kafedrasında “Bərabər Həyat: Əlillik və Sosial İnteqrasiya” adlı dəyirmi masa keçirilib. Tədbirin əsas məqsədi əlilliyi olan şəxslərin sosial mühitə inteqrasiyası, bərabər imkanların təşviqi və inklüziv yanaşmanın əhəmiyyətinin vurğulanması olub.Tədbiri kafedranın müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sevinc Əskərova açaraq, 3 Dekabr gününün önəmini və əlilliyi olan insanların […]

ADMİU-da “Suverenliyin zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər” adlı kitab təqdim olunub

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyəti sədrinin müavini, hüquq üzrə fəlsəfə doktoru Vəfaddin İbayevin “Suverenliyin zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər” adlı kitabının təqdimat mərasimi keçirilib.       Tədbiri giriş sözü ilə universitetin Elm və Yaradıcılıq işləri üzrə prorektoru, kulturologiya üzrə fəlsəfə doktoru, dosent Sədaqət Əliyeva […]

“Şəbi-hicran” adlı konsert-tamaşa keçirilib

Dekabrın 5-də R. Behbudov adına Mahnı Teatrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) müəllim və tələbələrinin ifasında “Şəbi-hicran” adlı konsert-tamaşa keçirilib.Dahi bəstəkar, musiqişünas, pedaqoq Ü. Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş tədbirin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, xormeyster Əməkdar müəllim Təranə Yusifova, vokalçıları hazırlayan Xalq artisti Gülyaz Məmmədovadır.Konsert-tamaşada solistlər Fidan Süleymanzadə, Toğrul […]

ADMİU-da “Suverenliyin zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər” adlı kitab təqdim olunub

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyəti sədrinin müavini, hüquq üzrə fəlsəfə doktoru Vəfaddin İbayevin “Suverenliyin zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər” adlı kitabının təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə universitetin Elm və Yaradıcılıq işləri üzrə prorektoru, kulturologiya üzrə fəlsəfə doktoru, dosent Sədaqət Əliyeva ADMİU-nun […]

Animasiyaya həsr olunmuş infosessiya keçirilib

ADMİU-nun Audiovizual Sənətlər və Rəssamlıq fakültələrinin təşkilatçılığı ilə “Animasiyanın gələcəyi: peşə, texnologiya və trendlər” adlı infosessiya keçirilib. Animasiya sahəsinin inkişafı, peşə imkanları, yeni texnologiyalar və qlobal trendlər haqqında məlumat verən tədbirdə Azərbaycan animasiyasının nüfuzlu nümayəndələri spiker qismində çıxış ediblər. Tədbirdə animasiyaya marağı olan gənclər, tələbələr, yaradıcı mütəxəssislər və media nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü […]

ADMİU-da inklüziv təhsil mövzusunda təlim keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) inklüziv təhsil mövzusunda maarifləndirici görüş və təlim keçirilib. Təlimdə Sosial-mədəni fəaliyyət kafedrasının müəllimləri də fəal şəkildə iştirak ediblər.Təlim UNEC İnklüziv Təhsil Mərkəzinin direktoru, inklüziv təhsil üzrə mütəxəssis Sevinc Məhsimova tərəfindən aparılıb. Tədbir zamanı ali təhsildə inklüzivliyin tətbiqi, əlilliyi olan tələbələrin psixoloji xüsusiyyətləri, tədris prosesində diqqət edilməli məqamlar və […]

2026-2030-cu illər üzrə Strateji İnkişaf Proqramının hazırlanması ilə bağlı yaradılmış İşçi Qrupun altqruplarının iclasları davam edir

Dekabrın 4-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru, professor Ceyran Mahmudovanın sədrliyi ilə ADMİU-nun 2026-2030-cu illər üzrə Strateji İnkişaf Proqramının hazırlanması ilə bağlı yaradılmış İşçi Qrupun İdarəetmə və İnfrastruktur istiqamətləri üzrə altqrupunun iclası keçirilib.İclasda müvafiq altqrupun fəaliyyət planı ilə bağlı məsələlər öz əksini tapıb. Gündəliyə uyğun olaraq idarəetmə sistemi, yeni texnologiyaların idarəetmədə istifadə […]