ADMİU-nun Teatr sənəti fakültəsinin təşkilatçılığı ilə Xalq şairi, dramaturq, akademik Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş “Düşüncələr işığında” bədii-qiraət müsabiqəsinin I mərhələsi keçirilib və uğurla yekunlaşıb. Müsabiqə Azərbaycan Respublikası Prezidentinin 21 fevral 2025-ci il tarixli Sərəncamı əsasında böyük şairin 100 illik yubileyinin qeyd olunması məqsədilə təşkil edilir. Layihə Bəxtiyar Vahabzadənin zəngin yaradıcılıq irsinin tanıdılması, […]
ADMİU tələbələrinin iştirakı ilə Bakı Reabilitasiya Mərkəzində tədbir keçirilib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbələri Bakı Reabilitasiya Mərkəzində Beynəlxalq Əlillər gününə həsr olunmuş tədbirdə iştirak ediblər.ADMİU-da tətbiq olunan“Musiqi terapiyası” layihəsi çərçivəsində keçirilən tədbirdə Bakı Reabilitasiya Mərkəzinin direktoru Vüsalə Kazımova, mərkəzin pasiyentləri və ADMİU-da “Musiqi terapiyası” fənnini tədris edən Aysel Əzizova günün anlam və önəmi ilə bağlı çıxış ediblər.Daha sonra ADMİU-nun “Xalq çalğı […]
ADMİU Azərbaycanın qeyri-maddi mədəni irsinə həsr olunan dəyirmi masada təmsil olunub
Azərbaycanın qeyri-maddi mədəni irsinə həsr olunan dəyirmi masa keçirilib.UNESCO Baş Konfransının 2023-cü ildə (7-22 noyabr) Parisdə keçirilən 42-ci sessiyasında 17 oktyabr tarixi Beynəlxalq Qeyri-Maddi Mədəni İrs Günü elan edilib.Bu münasibətlə dekabrın 3-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində (BMM) dəyirmi masa keçirilib.Tədbirdə müvafiq qurumların nümayəndələri, sahə üzrə ekspertlər, o cümlədən Azərbaycan Dövlət […]
“Rəsm sehrinin altında: barokkodan bu günə…” adlı konsert keçirilib
Dekabrın 2-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Musiqi sənəti fakültəsinin İnstrumental ifaçılıq kafedrası tərəfindən “Rəsm sehrinin altında: barokkodan bu günə…” adlı konsert proqramı təqdim olunub.Azərbaycan Milli İncəsənət Muzeyinin İtalyan zalında baş tutan tədbir çərçivəsində XVII-XXI əsr bəstəkarlarının əsərləri səsləndirilib. Müəllim və tələbələrin ifaları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.Konsert musiqi sənətinin müxtəlif dövrlərinə nəzər […]
“TGT nədir?” adlı tədbir keçirilib
Dekabrın 2-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Tələbə Gənclər Təşkilatının (ADMİU TGT) idarə heyətinin, universitetin rəhbərliyinin, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının idarə heyəti nümayəndələrinin və universitet tələbələrinin iştirakı ilə “TGT nədir?” adlı bədii- informativ tədbir proqramı keçirilib.Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunub və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Rəsmilərin çıxışları […]
Beynəlxalq Əlillər Gününə həsr olunmuş satış sərgisi keçirilib
3 Dekabr – Beynəlxalq Əlillər Günü münasibəti ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) müxtəlif inkişaf məhdudiyyətli, şəxslərin, o cümlədən uşaqların əl işlərindən ibarət satış- sərgisi keçirilib.Tədbirdə “Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyinin nümayəndələri, universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.ADMİU-nun Elm və Yaradıcılıq işləri üzrə prorektoru, dosent Sədaqət Əliyeva öz çıxışında […]
ADMİU-nun tələbələri Kamal Abdullanın yubileyində “Bir, iki, bizimki” tamaşasını oynayıblar
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə Xalq yazıçısı, akademik Kamal Abdullanın 75 illik yubileyi münasibətilə “Sözün sehrinə sığınan adam” adlı tədbir keçirilib.Tədbirdə çıxış edən Əməkdar artist, professor Azad Şükürov Kamal Abdullanın zəngin elmi, ədəbi və ictimai fəaliyyətindən söz açıb.Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov, […]
ADMİU-da Strateji İnkişaf Proqramının hazırlanması ilə bağlı Təlim və tədris istiqaməti üzrə işçi altqrupunun iclası keçirilib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 2026-2030-cu illər üzrə Strateji İnkişaf Proqramının (SİP) hazırlanması çərçivəsində Təlim və tədris istiqaməti üzrə işçi altqrupunun iclası keçirilib. İclas universitetin İşçi qrupunun sədri, rektor, professor Ceyran Mahmudovanın rəhbərliyi ilə 25 noyabr 2025-ci il tarixində baş tutan ümumi iclasın nəticəsi olaraq formalaşdırılmış fəaliyyət istiqamətləri əsasında təşkil olunub. 1 dekabr […]
ADMİU-nun növbəti beynəlxalq uğuru…
Bu günlərdə ADMİU-nun “Mədəniyyətin ekoloji dayanaqlığa töhfəsi” mövzusunda keçirilmiş elmi-nəzəri konfransın məqalələrindən ibarət kitab “Atlantis Press” nəşriyyatında çap olunub. Belə ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin razılığına əsasən, 10 dekabr 2024-cü il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunmuş “Mədəniyyətin […]
ADMİU Gələcəyin Peşələri Sammitində təmsil olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə ikinci “Gələcəyin Peşələri Sammiti: Bakı-2025” keçirilib.“Gələcəyə Tərəf” şüarı ilə keçirilən sammitdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini (ADMİU) Tədris şöbəsinin Ömürboyu təhsil, karyera və məzunlarla iş bölməsinin rəhbəri Gülnarə Məmmədova təmsil edib. “Peşələrin gələcəyi bizdən nə tələb edir?”, “Gələcəyin bacarıqları” və “Gələcəyin iş […]
ADMİU-nun müəllimləri “Geniş düşün” festivalında…
Noyabrın 28-də Zaman Art Gallery-də “Geniş düşün” incəsənət festivalının açılış mərasimi keçirilib.Mərasimdə qeyd olunub ki, festivalda 30-dan çox azərbaycanlı rəssamın 90 əsəri nümayiş olunur.Həmin rəssamlar arasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin müəllimləri – Əməkdar rəssam Vüqar Əli və baş müəllim Mirazər Abdullayev də var.Festival 2026-cı ilin 31 yanvarına qədər davam edəcək.
ADMİU-nun prorektoru Qarabağ Universitetində seminar keçib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Beynəlxalq əlaqələr üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sevil Kərimova Qarabağ Universitetinin İncəsənət fakültəsində “Müasir geyim dizaynında etno üslub” adlı seminar keçib.Seminarda fakültə rəhbərliyi və tələbələr iştirak ediblər.Seminarda müxtəlif mədəniyyətlərin etno üslublarından, etno üslubun müasir geyim dizaynına inteqrasiyasından danışılıb.Daha sonra S.Kərimova tələbələrin və seminar iştirakçılarının suallarını cavablandırıb.













