Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, eyni zamanda Universitetin “Mətbuat və ictimaiyyətlə əlaqələr” şöbəsinin müdiri Nərmin Qaralova may ayının 1-dən 31-nə kimi keçirilən 23-cü İstanbul Türk Musiqi Günləri çərçivəsində təşkil edilən “Müzikte Metodoloji ve Müzikle İletişim Uluslararası Sempozyumu”nda çıxış edib. İstanbul Türk Müziği Dernek ve Vakıfları Dayanışma Konseyi və […]
ADMİU-nun tələbələri Şəkidə olublar
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Kulturologiya fakultəsinin “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması” üzrə təhsil alan I kurs tələbələri Muzeyşünaslıq kafedrasının dosenti Elfira Məlikovanın rəhbərliyi ilə Şəki şəhərinin tarixi mədəniyyət abidələrini və muzeylərini ziyarət ediblər. Universitetin nümayəndə heyətini Şəki şəhər M.F.Axundzadə adına mədəniyyət mərkəzinin direktoru, ADMİU-nun məzunu Ağaəli Cəlilov qarşılayıb. Tələbələr Mədəniyyət Mərkəzinin fəaliyyəti, […]
Ümumrusiya Dövlət Kinomatoqraflar İnstitutunun professoru ADMİU-da tələbələrlə görüşüb
Ümumrusiya Dövlət Kinomatoqraflar İnstitutunun (ВГИК) Prodüserlik və iqdisadiyyat fakültəsinin dekanı, professor Pavel Konstantinoviç Oqurçikov C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının direktor müavini Azər Quliyev ilə birlikdə Azərbaycam Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbələri ilə görüş keçirilib. Görüşdə qonaq tələbələri maraqlandıran sualları cavablandırıb, Universitetlər arasında əlaqələrin möhkəmlənməsi, müştərək layihələrin hazırlanması haqqında söhbətlər aparılıb.
YAP Yasamal rayon təşkilatında Ulu öndər Heydər Əliyev anılıb
Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı Gənclər Birliyi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə bağlı tədbir keçirib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə çıxış edən YAP Yasamal Rayon Təşkilatı Gənclər Birliyinin sədri Bəxtiyar Nəbiyev xalqımızın Ümummilli Lideri Heydər Əliyevin gənclər siyasətindən söz açıb. O qeyd edib ki, Azərbaycanın müstəqilliyi və ərazi […]
“Müəllif kuklaları” art-studiyasının bədii rəhbəri ADMİU-da olub
Azərbaycan Rəssamlar İttifaqı və Müəllif Kuklaları Beynəlxalq Təşkilatının üzvü, “Müəllif kuklalar” art-studiyasının bədii rəhbəri, Moskva Beynəlxalq sərgisinin (2011), I və II “Fusion Doll” Beynəlxalq Bakı Kukla Biennalesinin (2011, 2013) iştirakçısı rəssam Fərəh Əliyeva Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinın “Rəssamlıq” fakültəsinin tələbələrinə ustad dərsi keçib. Dərsdə rəssam ona aid kuklaları sərgiləyib və kuklaların hazırlanmasını mərhələ […]
ADMİU-nun müəllim və tələbə heyəti Gəncə şəhərində konsert verib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbə heyəti may ayının 7-də Gəncə şəhəri Musiqi kollecində Azərbaycan, qərb və rus bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı ilə çıxış edib.
Milli Kitabxanada “Kitabxana-informasiya elmi: tədris və təcrübədə yeni çağırışlar” adlı beynəlxalq elmi konfrans keçirildi
Mayın 5-də Azərbaycan Milli Kitabxanasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə “Kitabxana-informasiya elmi: tədris və təcrübədə yeni çağırışlar” adlı beynəlxalq elmi konfrans keçirildi. Konfrans Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Milli Kitabxananın birgə təşkilatçılığı gerçəkləşdi. Tədbir iştirakçıları əvvəlcə kitabxanada ulu öndərə həsr edilən kitab sərgisi ilə […]
Sevda Axundovanın sinif konserti
May ayının 4-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqi sənəti” fakültəsinin “İnstrumental ifaçılıq” kafedrasının müəllimi Sevda Axundovanın sinif konserti keçirilib. Sevda Axundova öz işgüzarlığı və işinə məsuliyyətli yanaşması, o cümlədən kafedranın hər il verdiyi hesabat konsertlərində hazırladığı tələbələrin çıxışı ilə müvəffəqiyyət qazanmışdır. Həmçinin 2015-ci ildə Macaristanın Boloton və Vesperm şəhərlərində “Renessans” başlığı altında keçirilən 15-ci […]
ADMİU-nun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş beynəlxalq konfrans keçirilib
May ayının 5-i Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatşılığı ilə Milli Kitabxananın konfrans zalında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Kitabxanaçılıq-İnformasiya Elmi: tədris və təcrübədə yeni çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib. Tədbir iştirakçıları əvvəlcə kitabxanada ulu öndərə həsr edilən kitab sərgisi ilə tanış olublar. […]
“Səda” tədris teatrının repertuarında növbəti yeni tamaşa
4 may 2016-cı il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Səda” Tədris Teatrında “Teatr sənəti” fakültəsinin Musiqili teatr ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin ifasında Sabit Rəhman və Emin Sabitoğlunun “Hicran” tamaşası təqdim olunub. Tamaşanın quruluşçu rejissoru ADMİU-nun baş müəllimi Kəmalə Məmmədovadır. Tamaşada tələbələr Vüsalə Bədirli (Hicran), Murad İsmayıl (Orxan), İbrahim Fərzəliyev (Mitoş), […]
ADMİU-da “Marketri” dərsləri keçirilib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəssamlıq fakültəsinin dekorativ tətbiqi sənət (DTS) və dizayn ixtisası üzrə təhsil alan tələbələrinə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının IV kurs tələbələri Əsmər Nəcəfquliyeva və Aytən Quliyeva “Marketri” üzrə ustad dərsləri keçib.



