1923-cü ildə Azərbaycan Dövlət Teatr texnikomu yaradılıb. 1945-ci ildə onun əsasında Teatr İnstitutu yaranıb.
İnstitutun yaşıdı olan “Aktyor sənəti” kafedrası da 1945-ci ildən fəaliyyət göstərir. Kafedra universitetin texnikum vә institut dövründәn fәaliyyәt göstәrib, ancaq adlarında müәyyәn dәyişikliklәr olub. Kafedra təşkil olunduğu gündən incəsənətin bu və ya digər sahələri ilə yaradıcılıq əlaqəsində olmuş, ildən-ilə püxtələşərək öz bədii səviyyəsini yüksəltmişdir. “Aktyor sənəti” kafedrası yaradılanda onun ştatında cəmi bir nəfər laborant olmuşdur. Yaradıldığı ilk günlərdə yeganə müəllimi və müdiri görkəmli sənətkar, SSRİ-xalq artisti Rza Təhmasib olmuşdur. Sonralar kafedraya bir sıra professional aktyor və rejissorlar dəvət olunub. Onların arasında Aleksandr Tuqanov, Ədil İsgəndərov, Mehdi Məmmədov, Məhərrəm Haşımov, Tofiq Kazımov, Rza Sarabski, Ağəli Dadaşov, Kərim Həsənov, Zəfər Nemətov var idi. Daha sonralar Məlik Dadaşov, Şəfiqə Məmmədova, Cənnət Səlimova, Eldar Quliyev, rejissor – pedaqoq Nəsir Sadıqzadə, Rafiq Atakişiyev, Vaqif Əsədov, Vaqif İbrahimov, Yaşar Nuri, Azərpaşa Nemətov, Firəngiz Mütəllimova, Zenfira Nərimanova, Elmira Şabanova, Fuad Poladov, Rafiq Əzimov, Kamal Xudaverdiyev və başqa sənət ustaları da kafedraya dəvət olunaraq yeni aktyor kadrlarının hazırlanması işində fəal iştirak ediblər. Böyükağa Kazımov, Fikrәt Sultanov, Ağakişi Kazımov vaxtilә bu kafedrada çalışıblar. Həmin illərdə kafedranın müəllimləri arasında 6 nəfər Azərbaycan Respublikasının Xalq artisti, iki nəfər mədəniyyət və incəsənət xadimi var idi. Müəllimlərin nəzəri və praktik hazırlığının yüksəldilməsi daim kafedranın diqqət mərkəzində olub.
1945-ci ildə İnstitutda pedoqoji fəaliyyətə başlayan Rza Təhmasib uzun illər “Aktyor sənəti” kafedrasına rəhbərlik edərək Azərbaycanda bütöv bir aktyor nəslinin yetişməsində əvəzsiz rol oynamışdır.
Görkəmli rejissor, aktyor və təcrübəli pedoqoq Mehdi Məmmədov 1940-cı ildə A.V.Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutunu bitirdikdən sonra ömrünün axırına kimi Azərbaycan teatrının inkişafı naminə gərgin və səmərəli fəaliyyət göstərmişdir.
İstedadlı rejissorlar, xalq artistləri, professorlar Tofiq Kazımov və Cənnət Səlimova da kafedraya yüksək xidmət göstəriblər. Onlar teatr aləminin əvəssiz sənətkarlar cərgəsindədirlər.
Kafedrada çalışmış müəllimlərdən biri də Azərbaycanın xalq artisti, SSRİ Dövlət mükafatı laureatı, professor Şəfiqə Məmmədova olub. O, “Aktyor sənəti” kafedrasında baş müəllim, dosent, daha sonralar kafedra müdiri – professor kimi fəaliyyət göstərmişdir.
2013-cü ildәn kafedraya Əmәkdar artist, professor Gülşad Baxşıyeva rәhbәrlik edir.
Professor-müəllim heyətinin tərkibi:
- Gülşad Baxşıyeva – Əmәkdar artist, professor. Kafedra müdiri
- Cәnnәt Sәlimova – Xalq artisti, professor
- Bәsti Cәfәrova – Xalq artisti, professor
- Mәmmәdsәfa Qasımov – Xalq artisti, professor
- Vidadi Hәsәnov – Xalq artisti, dosent
- Fәrhad İsrafilov – Əmәkdar artist, dosent
- Sonaxanım Mikayılova – Əmәkdar artist, dosent
- Yaqut Paşayeva – Əmәkdar artist, dosent
- Nofәl Vәliyev – Əmәkdar artist, baş müәllim
- Fikrәt Mәlikov – dosent
- Ruslan İsmayılov – baş müәllim
- İradə Gözəlova – müəllim
- Leyli Vəliyeva – müәllim
- Mikayıl Mikayılov – müәllim
- Qasımova İradə Yaşar – laborant
- Səfərova Günel Rövşən – laborant
Tədris Olunan Fənlər:
Bakalavriat üzrə:
- Aktyor sənəti 1
- Aktyor sənəti 2
- Aktyor sənəti 3
- Aktyor sənəti 4
- Aktyor sənəti 5
- Aktyor sənəti 6
- Aktyor sənəti 7
- Aktyor sənəti(əməli təlim) 1
- Aktyor sənəti(əməli təlim) 2
- Aktyor sənəti(əməli təlim) 3
- Aktyor sənəti(əməli təlim) 4
- Aktyor sənəti(əməli təlim) 5
- Aktyor sənəti(əməli təlim) 6
- Aktyor sənəti(əməli təlim) 7
- Aktyor sənəti 1 (kino rejissoru, televiziya rejissoru)
- Aktyor sənəti 2 (kino rejissoru, televiziya rejissoru)
- Bakalavrda İstehsalat təcrübəsi
- Diplomqabağı təcrübə
Magistratura üzrə:
- Aktyor sənəti
- Rol üzərində iş
- Aktyor sənətinin müasir problemləri
- Aktyor sənətinin tarixi və metodologiyası
- Teatrda aktyor texnikası və başqalaşma fenomeni
- Aktyorun öz üzərində işinin metodikası
- İxtisasın tədris metodikası
- Aktyorun rol üzərində işinin metodikası
- Universal aktyor tipinin yetişdirilməsi metodları
- Magistrda Pedaqoji təcrübə
- Diplomqabağı təcrübə