Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rejissorluq təhsilinin tarixi 1945-ci ilin iyun ayında Bakıda Azərbaycan Dövlət Teatr İnstitutunun yaradılması ilə bağlıdır.
İnstitutda aktyorluq, rejissorluq və teatrşünaslıq istiqamətləri üzrə mütəxəssis hazırlığına başlanılmışdır. Tədris prosesinə Aleksandr Tuqanov, Rza Təhmasib, Kazım Ziya, Əli Sultanlı, Mikayıl Rəfili, Fuad Qasımzadə, Almurad Muradov və digər tanınmış teatr xadimləri, alimlər və pedaqoqlar cəlb olunmuşlar.
1946–1947-ci illərdə görkəmli rejissorlar Ədil İsgəndərov, Mehdi Məmmədov və Məhərrəm Haşımov institutda pedaqoji fəaliyyətə başlamışlar. Əsas ixtisas fənlərini birləşdirən kafedraya xalq artisti Rza Təhmasib rəhbərlik etmişdir. 1948-ci ildə “Rejissorluq” kafedrası müstəqil struktur kimi fəaliyyət göstərməyə başlamışdır. Bu hadisə Azərbaycanda peşəkar teatr rejissorlarının ali təhsil səviyyəsində hazırlanmasının inkişafında mühüm mərhələ olmuşdur.
1945-ci ildə rejissorluq ixtisası üzrə 15 nəfər tələbə qəbul edilmişdir. Sonrakı illərdə bu istiqamət üzrə kadr hazırlığı genişlənmiş, institutun məzunları Azərbaycan teatr sənətinin inkişafında mühüm rol oynamışlar. Onların arasında xalq artisti Gülcahan Güləhmədova, əməkdar incəsənət xadimləri Ulduz Əliyeva, Əşrəf Quliyev, Yusif Bağırov, Nəsir Sadıqzadə, Rüfət Şabanov və Adil Babayev kimi tanınmış sənətkarlar yer alırlar.
İnstitutun müxtəlif illərdə rejissorluq ixtisasını bitirmiş məzunları sırasında Fikrət Sultanov, Zəminə Hacıyeva, Azər Paşa Nemətov, Yusif Əkbərov, Fuad Hacıyev, Rafiq Atakişiyev, Vaqif Şərifov, Zülfüqar Abbasov, Əliqismət Lalayev, İranə Tağızadə, Bəhram Osmanov, Mehriban Ələkbərzadə və Firudin Məhərrəmov da vardır. Onların yaradıcılıq fəaliyyəti Azərbaycan teatr rejissorluğunun inkişafına əhəmiyyətli töhfələr vermişdir.
Kafedraya müxtəlif illərdə Mehdi Məmmədov, Fikrət Sultanov, Ağakişi Kazımov, Bəhram Osmanov, Sevda Teymurova və İsrafil İsrafilov rəhbərlik etmişlər.
Kafedranın tarixində digər mühüm mərhələ 1968-ci ildə “Səhnə hərəkəti” kafedrasının yaradılması olmuşdur. Kafedra səhnə hərəkəti və plastika sahələri üzrə tədrisin təşkili, gələcək teatr mütəxəssislərinin fiziki ifadə imkanlarının, səhnə davranışı və hərəkət mədəniyyətinin inkişafı istiqamətində fəaliyyət göstərmişdir. 2002-ci ilə qədər “Səhnə hərəkəti” adı ilə fəaliyyət göstərən kafedra 2006-cı ildən “Xoreoqrafiya sənəti və səhnə plastikası” adlandırılmışdır. Bu dəyişiklik onun fəaliyyət istiqamətlərinin xoreoqrafiya və səhnə plastikası sahələrini də əhatə etməsi ilə bağlı olmuşdur.
2017-ci ildə “Dram rejissoru” və “Xoreoqrafiya sənəti və səhnə plastikası” kafedraları birləşdirilərək “Dram rejissoru və səhnə plastikası” kafedrası yaradılmışdır. Bu birləşmə rejissorluq, səhnə hərəkəti, xoreoqrafiya və səhnə plastikası istiqamətlərinin vahid tədris və yaradıcılıq müstəvisində əlaqələndirilməsinə imkan yaratmışdır. Beləliklə, rejissorluq sənətinin nəzəri və praktiki əsasları ilə səhnə hərəkəti və plastika vasitələrinin qarşılıqlı əlaqəsi kafedranın fəaliyyətinin əsas istiqamətlərindən birinə çevrilmişdir.
Hazırda “Dram rejissoru və səhnə plastikası” kafedrasına Əməkdar incəsənət xadimi, dosent Hafiz Quliyev rəhbərlik edir. Kafedranın professor-müəllim heyəti tədris və yaradıcılıq fəaliyyəti vasitəsilə milli teatr ənənələrinin qorunmasına, inkişafına və müasir teatr sənətinin tələblərinə cavab verən mütəxəssislərin hazırlanmasına töhfə verir.
Kafedrada Əməkdar incəsənət xadimi, pedaqogika üzrə fəlsəfə doktoru, məsləhətçi-professor Fikrət Sultanov, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əsəd Rzayev, Əməkdar incəsənət xadimi, dosent Bəhram Osmanov, Əməkdar incəsənət xadimi, Naxçıvan MR-in Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayev, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ofeliya Zeynalova, dosent Sahib Novruzov, Əməkdar mədəniyyət işçisi, baş müəllim Esmiralda Osmanova, baş müəllim Gümrah Ömərov, Əməkdar artist, müəllim Nigar Şahmuradova, müəllimlər Mirzə Abasov, Hilal Dəmirov, Nurlan Rüstəmov, Tural Mustafayev və Elnur İsmayılov, Lamiyə İsrafilova, konsertmeysterlər Zülfiyyə Muxtarova və Səriyyə İsayeva, eləcə də böyük laborant Lamiyə İsrafilova fəaliyyət göstərirlər.
Kafedranın professor-müəllim heyəti 18 nəfərdən ibarətdir. Heyətdə 1 məsləhətçi-professor), 6 dosent, 2 baş müəllim və 7 müəllim, 2 konsertmeyster fəaliyyət göstərir.
Əmək fəaliyyətinin təşkili və ştat bölgüsünə görə, 5 nəfər tam ştat vahidi, 3 nəfər 0,5 ştat vahidi, 5 nəfər 0,5 ştat vahidi üzrə əvəzçiliklə, 3 nəfər isə saathesabı əsaslarla çalışır. Bundan əlavə, 2 nəfər 0,5 ştat vahidi üzrə əvəzçiliklə konsertmeyster vəzifəsini yerinə yetirir.
Kafedranın əsas məqsədi yüksək peşə hazırlığına və yaradıcı təfəkkürə malik teatr mütəxəssisləri yetişdirmək, rejissorluq sənətinin nəzəri və praktiki əsaslarını mənimsətmək, səhnə hərəkəti və plastika sahələrinin ifadə imkanlarını inkişaf etdirmək, milli teatr ənənələrini müasir yaradıcılıq təcrübəsi ilə uzlaşdırmaqdır.
Professor-müəllim heyətinin tərkibi:
- Hafiz Quliyev – Əməkdar incəsənət xadimi, dosent
- Fikrət Sultanov- Əməkdar incəsənət xadimi, pedaqogika üzrə fəlsəfə doktoru, məsləhətçi-professor
- Bəhram Osmanov – Əməkdar incəsənət xadimi, dosent
- Əliqismət Lalayev –Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
- Əsəd Rzayev – sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
- Ofeliya Zeynalova – sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
- Sahib Novruzov – dosent
- Esmiralda Osmanova – Əməkdar mədəniyyət işçisi, baş müəllim
- Gümrah Ömərov – baş müəllim
- Nigar Şahmuradova – Əməkdar artist, müəllim
- Tural Mustafayev – müəllim
- Mirzə Abasov – müəllim
- Nurlan Rüstəmov – müəllim
- Hilal Dəmirov – müəllim
- Elnur İsmayılov – müəllim
- Zülfiyyə Muxtarova – konsertmeyster
- Səriyyə İsayeva – konsertmeyster
- Lamiyə İsrafilova – böyük laborant,müəllim
Kafedrada bakalavriat təhsil səviyyəsi üzrə 6003015-Rejissorluq ixtisasının “Teatr rejissoru” ixtisaslaşması, magistratura təhsil səviyyəsi üzrə isə 7003015-Rejissorluq ixtisası üzrə “Teatr rejissoru” və “Mədəni-kütləvi tədbirlər rejissoru” ixtisaslaşmaları üzrə kadr hazırlığı həyata keçirilir. Kafedra üzrə ümumi ixtisas fənləri çərçivəsində bakalavriat təhsil səviyyəsində 55, magistratura təhsil səviyyəsində isə 40 fənn, Qiyabi təhsilalma forması üzrə 15 fənn tədris olunur.
Tədris Olunan Fənlər:
Bakalavriat təhsil səviyyəsi üzrə tədris olunan fənlər:
- Rejissor sənəti 1,2,3,4,5,6,7
- Rejissor sənətinin əsasları
- Rejissor sənəti (əməli təlim) 1,2,3,4,5,6
- Rejissorun aktyorla işi (Rejissorluq ixtisasında) 1,2,3,4,
- Rejissorun aktyorla işi (Aktyor sənəti ixtisasında) 1,2
- Tamaşada rəssam işi
- İxtisasa giriş
- Opera sinfi
- Aktyor sənəti 1,2
- Səhnə texnikası
- Səhnə döyüşü
- Səhnə hərəkətinin əsasları
- Səhnə plastikası
- Səhnə hərəkəti (Kino və Televiziya rejissoru)
- Səhnə hərəkəti (Teatr rejissoru)
- Səhnə hərəkəti 1,2,3,4
- Rəqs (Aşıq sənəti)
- Rəqs (Solo oxu)
- Rəqs 1,2,3
- Rəqs 1,2
- Qılınc təlimi
- Azərbaycan və dünya xalq rəqsləri
- Ritmika
- Tarixi məişət və müasir bal rəqsi
- Modern rəqslər
- Azərbaycan milli rəqsləri
- Dünya xalq rəqsləri
- Kompleks rəqslər
- Plastika və pantomima
- Ədəbi materialın səhnələşdirilməsi
- Musiqili əsərlərinin səhnələşdirilməsi
- Səhnə texnikası
- Səhnənin texniki quruluşu
Aktyor sənəti ixtisası üzrə qiyabi təhsilama forması üzrə
- Ritmika
- Azərbaycan milli rəqsləri
- Rəqs 1,2,
- Tarixi məişət və müasir bal rəqsi
- Dünya xalq rəqsləri
- Səhnə hərəkəti 1,2,3,4
- Səhnə döyüşü
- Qılınc təlimi
- Plastika və pantomima
- Rejissorun aktyorla işi 1,2
Magistratura təhsil səviyyəsi üzrə tədris olunan fənlər:
- Rejissor sənətinin yaradıcılıq xüsusiyyətləri
- Aktyorla işinin nəzəri-pedaqoji əsasları
- Musiqili tamaşada rejissor işi
- Rejissor sənətinin nəzəri və tətbiqi məsələləri
- Rejissor dramaturgiyası
- Tamaşanın təcəssüm problemləri
- Dramaturji əsərin səhnə təcəssümü prosesi
- Yaradıcılıq psixologiyası
- Rejissorla iş (Solo oxu)
- Musiqili tamaşada rejissor işi
- Səhnə hərəkətinin plastik həlli
- Ritmika və ansambl uyğunluğu
- Səhnə plastikası
- Ritmika
- Texniki vasitə və istehsalat texnologiyaları
- Tamaşada məşqlərin təşkili metodikası
- Rejissor sənətinin nəzəri əsasları
- Rejissor dramaturgiyası (Teatrşünaslıq ixtisası)
- Aktyorla yaradıcılıq əməkdaşlığının aspektləri
- Rejissorun aktyorla iş tandemi
- Rejissorun rəssam və bəstəkarla yaradıcılıq əməkdaşlığı
- Tamaşanın plastik və bədii həlli
- Teatr rejissorluğunun tədris metodikası
- Səhnə işinin sinkretik xüsusiyyətləri
- Rejissor sənətinin nəzəri əsasları
- Rejissor dramaturgiyası
- Mədəni-kütləvi tədbirlər rejissorluğunun nəzəri əsasları
- Mədəni-kütləvi tədbirlər rejissorluğunun yaradıcılıq xüsusiyyətləri
- Mədəni-kütləvi tədbirlər rejissorluğu
- Aktyorla kütləvi səhnələrdə iş üsulları
- Festival, bayram və s. tədbirlərin quruluşu
- Rejissor layihəsinin hazırlanması və təcəssüm prosesi
- Mədəni-kütləvi tədbirlərin təcəssüm mərhələləri
- Yekun Buraxılış layihəsi üzərində iş
- Mədəni-kütləvi tədbirlərin dramaturgiyası və ssenari ustalığı
- Mədəni-kütləvi tədbirlərdə səhnə məkanı, dekorasiya və texniki dizayn əsasları
- Mədəni-kütləvi tədbirlərdə musiqi və səs dramaturgiyası
- Aktyorla yaradıcılıq əməkdaşlığının aspektləri
- Mədəni-kütləvi tədbirlər rejissorluğunda müasir (işıq, multimedia və rəqəmsal) texnologiyaların funksiyası və rejissor işi
- Mədəni-kütləvi tədbirlərin plastika və bədii həlli

