Təsviri sənət kafedrası ADMİU-nun Rəssamlıq fakültəsinin tədris-elm struktur bölmələrindən biri olub, tələbələrin yetişməsində mühüm rol oynayır.
Bakalavriat səviyyəsi üzrə: (6003016) Rəngkarlıq, (6003010) Qrafika, (6001022) Təsviri incəsənət müəllimliyi ixtisasları üzrə kadr hazırlığını, tədris olunan bir sıra fənlər üzrə tədris, metodiki, elmi-tədqiqat fəaliyyətini həyata keçirir.
Magistratura səviyyəsi üzrə: (7003016) Rəngkarlıq, (7003010) Qrafika, ixtisasları üzrə kadr hazırlığını, tədris olunan bir sıra fənlər üzrə tədris, metodiki, elmi-tədqiqat fəaliyyətini həyata keçirir.
2014-2018-ci illərdə Təsviri sənət kafedrasının müdiri tanınmış Xalq rəssamı Xanlar Əhmədov olmuşdur.
2018-2019-cu illərdə sənətşünaslıq üzrə fəlsəfə doktoru Afət Aslanova Təsviri sənət kafedrasının müdiri vəzifəsində çalışmışdır.
2019-cu il 17 dekabr tarixinə əsasən Əməkdar rəssam Rəşad Cabarov Təsviri sənət kafedrasının müdiri vəzifəsinə təyin edilmişdir. Hazırda kafedra müdiri vəzifəsini icra etməkdədir.
Təsviri sənət kafedrasında tədris olunan fənlər:
Bakalavriat səviyyəsi üzrə: Rəsm, Rəngkarlıq, Kompozisiyanın əsasları, Heykəltəraşlıq, Plastik anatomiya (anatomik rəsm), Plastik anatomiya (nəzəri), Kurikulumun əsasları, Kompzisiya (Ümumi kurs), Rəngkarlıq (Ümumi kurs), Təsviri incəsənətin tədrisi metodikası, Dekorativ kompozisiya, Kitab kompozisiyası, Kitab qrafikasında rəngkarlıq, Kitab qrafikasında materialda iş, Material üzərində iş (ümumi kurs), Filmdə rəngkarlıq, Dəzgah kompozisiyası, Dəzgah rəngkarlığı, Dəzgah rəngkarlığında material texnologiyası, Rəngkarliq materaillarının texnika və texnologiyası, Dəzgah kompozisiyasında stilizə, Film rəngkarlığında kompozisiya, Film rəngkarlığı kompozisiyasında layihə, Dekorativ Tətbiqi sənət (Batika), Animasiyanın əsasları (2D), Animasiyada rəngkarlıq, Şriftin əsasları, Kitab tərtibatında şrift, Kalliqrafiya, Kitab tərtibatı, Məktəbdə bədii tərtibat;
Magistratura səviyyəsi üzrə: Akademik rəsm, Akademik rəngkarlıq, Dəzgah rəngkarlığında mürəkkəb quruluşlu kompozisiya, Rəngkarlıq əsərlərinin bərpası, Stilizə olunmuş rəngkarlıq, Audiovizual sənətdə kompozisiya, Səhnəqrafiyada kompozisiya, Səhnə dekorasiya rəngkarlığı, Kitab qrafikasında akademik rəsm, Kitab qrafikasında akademik rəngkarlıq, Kitab qrafikasında kompozisiya, Mətnin vizuallaşdırılması, Rəngkarlıq əsərlərinin texnika və texnologiyası, Rəngkarlıq əsərlərinin fiziki-kimyəvi bərpa metdoları, Rəngkarlıq əsərlərinin bərpası, Müasir bərpaçılıq üsulları və vasitələri, Dəzgah qrafikasında akademik rəsm, Dəzgah qrafikasında akademik rəngkarlıq, Dəzgah qrafikasında tematik kompozisiya, Qrafika əsərlərinin texnika və texnologiyası, Qrafika əsərlərinin bərpası, Qrafika əsərlərinin fiziki-kimyəvi bərpa metodları, Materialda işin texnologiyası, , Dəzgah qrafikasında ənənəvi çap üsulları, Bərpa və ekspertizanın sənədləşməsi,
Animasiyada kadr kompozisiyası və səhnələşdirilmə, Animasiyada səhnə quruluşu və rəng prinsipləri, Animasiya layihəsinin hazırlanması, Yaradıcılıq işinin hazırlanması.
Professor-müəllim heyətinin tərkibi:
- Cabarov Rəşad – Kafedra müdiri, Əməkdar rəssam, dosent
- Əhmədov Xanlar – Xalq rəssamı, professor
- Abdullayev Həmzə – Əməkdar rəssam, dosent
- Hacızadə Elşən – Əməkdar rəssam, dosent
- Məmmədova Xanımbacı – sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
- Əsədov Rəfail – Əməkdar mədəniyyət işçisi, müəllim
- Məmmədov Əziz – Əməkdar mədəniyyət işçisi, müəllim
- Səfərov Natiq – Ali dərəcəli bərpaçı, müəllim
- Rzaquliyeva Aytən – baş müəllim
- Cabbarov Zöhrab – baş müəllim
- Cəfərzadə Kəmalə – baş müəllim
- Şərifov Mətin – baş müəllim
- Əliyev Cavid – baş müəllim
- Abbasova Şəhla – baş müəllim
- Mirəliyeva Aynur – baş müəllim
- Qafarov Samir – baş müəllim
- Osmanov Şafiq – müəllim
- İsmayılov Coşqun – müəllim
- Ağadadaşova Təranə – müəllim
- Atababayev Səbuhi – müəllim
- Bayramov Asim – müəllim
- Quliyev Şahin – müəllim
- İnsanova Ayla – müəllim
- Ağayev Cəlal – müəllim
- Həsənova Röya- müəllim
- Xeyrulla-zadə Ülviyyə – tədris ustası
- Türkan Məmmədli – laborant
Tədris Olunan İxtisaslar:
Bakalavriat üzrə:
- Rəngkarlıq ixtisası (Dəzgah rəngkarlığı)
- Rəngkarlıq ixtisası (Kino və televiziya rəssamı)
- Rəngkarlıq ixtisası (Teatr dekorasiyasi rəngkarliğı)
- Qrafika ixtisası (Kitab tərtibatı və illüstrasiyası)
- Qrafika ixtisası
- (Animasiya rəssamı)
- Qrafika ixtisası (Dəzgah qrafikası)
- Təsviri incəsənət müəllimliyi ixtisası
Magistratura üzrə:
- Rəngkarlıq ixtisası (Dəzgah rəngkarlığı)
- Rəngkarlıq ixtisası (Audiovizual sahə üzrə rəssam)
Rəngkarlıq ixtisası (Səhnəqrafiya)
- Rəngkarlıq ixtisası (Rəngkarlıq əsərlərinin bərpası)
- Qrafika ixtisası (Kitab tərtibatı və illüstrasiyası)
- Qrafika ixtisası (Animasiya rəssamı)
- Qrafika ixtisası (Dəzgah qrafikası)
Qrafika ixtisası (Qrafika əsərlərinin bərpası)

