Magistratura səviyyəsində yeni təhsil proqramlarının hazırlanması üzrə Mədəniyyət ixtisasları üzrə İşçi Qrupun alt qrupunun növbəti iclası keçirilib. ADMİU-nun təsdiq olunmuş İş Planına müvafiq olaraq rektor professor Ceyran Mahmudovanın sədrliyi ilə 12 mart 2025-ci il tarixində Dekorativ-tətbiqi sənət, Rəngkarlıq, Qrafika, Heykəltəraşlıq və Sənətşünaslıq ixtisasları üzrə iclasları baş tutub. Çoxsaylı mütəxəssisin iştirakı ilə baş tutan iclaslarda Ali […]
Yeni təhsil proqramlarının hazırlanması üzrə Dizayn və Musiqi ixtisasları üzrə altqrupların iclasları keçirilib
Yeni təhsil proqramlarının hazırlanması üzrə 18 mart 2025-ci il tarixinədək mədəniyyət sahəsi üzrə hər bir ixtisas daxilində ixtisaslaşmaların siyahısı müəyyən edilib Elm və Təhsil Nazirliyinə təqdim edilməlidir. ADMİU-nun təsdiq olunmuş İş Planına müvafiq olaraq rektor professor Ceyran Mahmudovanın həmsədri olduğu Mədəniyyət ixtisasları üzrə İşçi Qrupunun iclasları davam edir.Martın 10-da rektor Ceyran Mahmudovanın sədrliyi ilə Dizayn […]
ADMİU-da Azad Mirzəcanzadə İnkişaf Proqramının təqdimatı keçirilib
Martın 11-də “Regional İnkişaf” İctimai Birliyinin həyata keçirdiyi Azad Mirzəcanzadə İnkişaf Proqramının Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təqdimatı baş tutub.Tələbələrin və universitet əməkdaşlarının iştirak etdiyi təqdimatda Azad Mirzəcanzadə İnkişaf Proqramının koordinatoru Leyla Seyidzadə çıxış edərək proqramla bağlı geniş məlumat verib.Tədbir çərçivəsində iştirakçılar proqramın məqsədləri, seçim prosesi və iştirak şərtləri barədə ətraflı məlumat alıb, suallarına […]
Təhsil Tələbə Krediti Fondunda ADMİU-nun tələbələrinə təlim keçirilib
10-11 mart tarixlərində Təhsil Tələbə Krediti Fondu və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkil etdiyi “Yumşaq bacarıqlarla əmək bazarına addımla” layihəsi baş tutub. Bu layihə, tələbələrin əmək bazarının tələblərinə uyğun yumşaq bacarıqlara yiyələnmələrinə dəstək vermək, onların peşəkar inkişafını gücləndirmək məqsədi daşıyıb. İki gün ərzində keçirilən təlimlər tələbələrə önəmli bacarıqlar qazandırıb. “Liderlik və komanda […]
ADMİU-nun tələbəsi “Mədəniyyətin pərdəarxası: jurnalistikanın sirləri” adlı yeni layihədə çıxış edib
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) “Mədəniyyətin pərdəarxası: jurnalistikanın sirləri” adlı yeni layihəyə başlayıb.Azərbaycan milli mətbuatının 150 illiyinə həsr olunan layihənin məqsədi gənc jurnalistlərin mədəniyyət jurnalistikasına marağını artırmaq, bu istiqamətdə fəaliyyətlərini genişləndirmək və praktiki biliklər qazandırmaqdan ibarətdir.“Mədəniyyətin pərdəarxası: jurnalistikanın sirləri” adlı layihənin ilk seminarı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin dəstəyi […]
ADMİU-da Milli Teatr Günü qeyd edilib
Martın 10-da Milli Teatr günü münasibəti ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) bir sıra tədbirlər keçirilib.Günün ilk yarısında ADMİU-nun Teatr sənəti fakültəsində 1-ci kurs magistr tələbələrinin ifasında Kamal Abdullanın “Bir, iki-bizimki” tamaşası oynanılıb. Tamaşanın quruluşçu rejissoru, Əməkdar artist, dosent Yaqut Paşayeva, Aktyor sənəti müəllimi Əməkdar artist Qurban Məsimov, Səhnə danışığı müəllimi Əməkdar müəllim, […]
ADMİU məzunları və müəllimi “Her Art in Action 2025” sərgisində iştirak edir
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) məzunları və müəllimi bu il keçirilən “Her Art in Action 2025” sərgisində iştirak edir. Martın 9-dan aprelin 6-dək davam edəcək festivalda ADMİU-nun Dekorativ sənət: Bədii xalça ixtisası üzrə magistr məzunu Kafiyə Eyvazova, Qrafik dizayn ixtisası məzunu Fidan Əbilova və ADMİU-nun müəllimi, eyni zamanda VarYox platformasının təsisçisi Sitara İbrahimbəyli […]
ADMİU-da “Qadın nuru” adlı sərgi keçirilib
İlahi nurdur, tükənməz işıqdır Qadın… Yanar, nur saçar və sevgisinin yolunda damla-damla əriyər, öz ömrünü əridər. Öz işığı ilə toxunduğu bütün həyatları gül-çiçəyə qərq edər, bahar təravəti ilə ətirləndirər, Günəş hərarəti ilə isidər. Nə xoş ki, ona həsr olunan gün də baharın ilıq nəfəsinin duyulduğu, Günəşin bütün istiliyi ilə bəşəriyyəti qucmağa hazırlaşdığı bir dövrə- yazın […]
ADMİU-da Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib
Martın 7-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə ADMİU Həmkarlar İttifaqının təşkilatçılığı ilə tədbir keçirilib. Tədbirdə universitet rəhbərliyi, ADMİU-nun xanım əməkdaşları, tələbələr iştirak ediblər. ADMİU-nun kafedra müdiri Əməkdar İncəsənət Xadimi Əli Əmirli, ADMİU “SABAH” qruplarının rəhbəri, Əməkdar artist Nofəl Vəliyev, ADMİU Həmkarlar İttifaqının sədri, Kulturologiya fakültəsinin dekanı […]
Magistratura səviyyəsində Mədəniyyət ixtisasları üzrə yeni təhsil proqramlarının yaradılması işi davam edir
Yeni təhsil proqramlarının yaradılması ilə bağlı işlər davam edir. Bu məqsədlə 6 mart 2025-ci il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Mədəniyyət ixtisasları üzrə İşçi Qrupun həmsədri, rektor professor Ceyran Mahmudovanın sədrliyi ilə iclas keçirilib. İclasın gündəliyindəki məsələ istiqamətlər üzrə altqrupların yaradılması və iclasların tarixlərinin müəyyənləşdirilməsi olub.7 mart 2025-ci il tarixində ADMİU-da Aktyor […]
Özbək rektor ADMİU-da qonaq olub
Özbəkistanın Turan Beynəlxalq Universitetinin təsisçisi və rektoru Ahadxon Najmitdinov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) qonaq olub və rektor Ceyran Mahmudova ilə görüşüb. Görüşdə iki universitet arasında əməkdaşlıq, xüsusən müəllim-tələbə mübadiləsi müzakirə edilib. Qeyd edilib ki, Turan Beynəlxalq Universiteti 2022-ci ildə Özbəkistan Respublikasının Namanqan şəhərində yaradılıb. Universitet özbək, rus və ingilis dillərində əyani, qiyabi və axşam […]
ADMİU-nun tələbələri təhsil sərgisində iştirak ediblər
Martın 4-də Respublika İdman Sarayında Azərbaycan və Qazaxıstan, dövlətlərarası təhsil sahəsində əməkdaşlıq münasibətlərinin genişdirilməsi ilə bağlı sərgi keçirilib. Sərgidə Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstanın elm və təhsil naziri Sayasət Nurbek və Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel cənabları iştirak ediblər. Nazirlər və səfir çıxış edərək sərgidə iştirak edən müəllim və tələbə heyətinə […]