Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Teatr sənəti fakültəsinin payız semestri üzrə baxış imtahanları davam edir. Silsilə şəkildə keçirilən imtahanlarda tələbələr müxtəlif mövzularda tamaşalar ilə çıxış edəcəklər.27 dekabr tarixində Dram teatrı və kino aktyoru kafedrasının müdiri Əməkdar artist, professor Gülşad Baxşıyevanın rəhbərliyi ilə III kurs Teatr və kino aktyorluğu ixtisasının tələbələrinin ifasında C.Cabbarlının “Almaz” əsəri […]
ADMİU TƏLƏBƏLƏRİNİN DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ GÜNÜNƏ VƏ YENİ İL BAYRAMINA HƏSR OLUNMUŞ KONSERTİ
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən elan edilmiş X qrant müsabiqəsində yer alan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi İsmayıl Cəmillinin “Şəhidlər Ölməz Vətən Bölünməz” adlı layihəsi baş tutub. Layihə Beyləqan rayonunda Xaliq Məmmədov adına orta məktəbdə və Bakı şəhər Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli orta məktəbdə keçirilib.Hər iki məktəb şəhid […]
Rəssamlıq fakültəsi tələbələrinin işlərindən ibarət sərgi
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Rəssamlıq fakültəsinin tələbələrinin əsərlərindən ibarət payız semestri üzrə yekun sərgi keçirilib. Universitetin “Vernisaj” salonunda baş tutan sərgidə tələbələrin 50-ə yaxın qrafika, yağlı boya, akvarel, bədii tekstil texnikasında işlənmiş əsəri nümayiş edilib. Müxtəlif ixtisas və kursslarda təhsil alan tələbələrin formalaşmasında mühüm rolu olan ustad müəllimlər tərəfindən seçilən əsərlərdə onların akademik […]
ADMİU TƏLƏBƏSİNİN “ŞƏHİDLƏR ÖLMƏZ VƏTƏN BÖLÜNMƏZ” ADLI LAYİHƏSI BAŞ TUTUB
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən elan edilmiş X qrant müsabiqəsində yer alan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi İsmayıl Cəmillinin “Şəhidlər Ölməz Vətən Bölünməz” adlı layihəsi baş tutub. Layihə Beyləqan rayonunda Xaliq Məmmədov adına orta məktəbdə və Bakı şəhər Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli orta məktəbdə keçirilib.Hər iki məktəb şəhid […]
Admiu beynəlxalq sosial iş məktəbləri assosiasiyasına (SİMBA) üzv seçilib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Sosial İş İctimai Birliyi ilə əməkdaşlığı çərçivəsində Beynəlxalq Sosial İş Məktəbləri Assosiasiyasına (SİMBA) üzv seçilib. Bu ölkəmizdə sosial iş sahəsində yeni addımlardan biridir. Qeyd edək ki, ADMİU Azərbaycandan SİMBA-ya üzv olan ilk universitetdir.
Admiu-da “Vətənim and yerim” musiqi müsabiqəsinin yekun mərhələsi
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və YAP Gənclər Birliyinin təşəbbüsü ilə həyata keçirilən “Vətənim and yerim” musiqi müsabiqəsinin yekun mərhələsi başa çatıb.“Səda” Tədris Teatrında Universitetin professor-müəllim və tələbə heyətinin iştirak ilə keçirilən tədbirdə 10 final iştirakçı tərəfindən vətənpərvərlik mövzusunda musiqi nümunələri səslənib. Daha sonra Aşıq sənəti […]
Admiu-da rəssamlıq fakültəsinin tələbələrinin əsərlərindən ibarət ingilis üslublu hərrac
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Rəssamlıq fakültəsinin Sənətşünaslıq və Dəzgah rəngkarlığı ixtisasının IV kurs tələbələrinin təşəbbüsü ilə ilk dəfə olaraq açıq ingilis üsulu “I Bədii Auksion” keçirilib.Hərracda “Rəngkarlıq və qrafika”, “Dizayn və dekorativ-tətbiqi sənət” kateqoriyaları üzrə Rəssamlıq fakültəsində təhsil alan tələbələrin müxtəlif mövzuda və texnikada 30-a yaxın əsəri iştirak edib.Universitetin rektoru, Əməkdar incəsənət xadimi, […]
Admiu-da “Müasir Azərbaycan animasiyası” mövzusunda konfrans
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində animasiya studiyalarının təmsilçiləri, rejissorlar, prodüserlər, rəssamlar və kinoşünasların iştirakı ilə “Müasir Azərbaycan animasiyası” mövzusunda konfrans keçirilib.Universitetin professor-müəllim və tələbə heyətinin iştirak etdiyi tədbirdə “Azərbaycan animasiyası” kitabının təqdimatı baş tutub. Kitabın tərtibatçısı Rəşid Ağamalıyev yerli və xarici ekspertlər tərəfindən ərsəyə gələn, Azərbaycanda ilk dəfə təqdimatı baş tutan bu kitab haqqında […]
Admiu-da təhsil alan əcnəbi tələbələrlə görüş
ADMİU Beynəlxalq əlaqələrini müstəqil dövlətimizin təhsil strategiyası və təhsil konsepsiyası əsasında qurur. Bədii təhsilin özəlliyi sivilizasiyalararası dialoqun, mədəni təhsil üçün əhəmiyyətini artırmaq kontekstində, təhsildə beynəlxalq əlaqələr konsepsiyası yaratmaqdadır. Biz təhsil və bədii yaradıcılıq sahəsində nailiyyətlərimizi beynəlxalq humanitar formada dünyaya təqdim edirik. Bu məqsədlə ADMİU-nun Beynəlxalq əlaqələr və əcnəbi tələbələrlə iş üzrə şöbəsi davamlı və çoxşaxəli […]
Admiu-nun müəllimi, tanınmış modelyer rəssam Fəxriyyə Xələfova ilə görüş
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının dosenti, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfovanın görüşü baş tutub. Universitetin professor-müəllim və tələbə heyətinin iştirak etdiyi görüşdə modelyer rəssamın “Şərq Cazibəsi” kolleksiyasından olan bir neçə geyiminin Sankt-Peterburq şəhərindəki dünya şöhrətli Ermitaj Muzeyinin daimi kolleksiyasında nümayişi haqqında ətraflı məlumat verilib.Tədbirdə Universitetin Tədris işləri üzrə prorektoru, […]
Admiu sabah qrupu tələbələrinin ifasında M.F.Axundzadənin məşhur pyesi
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti SABAH qrupu IV kurs tələbələrinin ifasında M.F.Axundzadənin “Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur” pyesi əsasında hazırladıqları bir hissəli tamaşa fərqli yanaşma ilə Beynəlxalq Muğam Mərkəzində tamaşaçılara təqdim olunub.Universitetin professor-müəllim və tələbə heyətinin iştirak etdiyi tamaşanın rejissoru, Əməkdar artist Nofəl Vəliyevin rəhbərliyi ilə Xədicə Məmmədova – […]
Admiu-nun müəllimi, dosent Fəxriyyə Xələfovanın “Şərq cazibəsi” Ermitaj muzeyinin daimi kolleksiyasında
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfovanın “Şərq Cazibəsi” kolleksiyasından olan geyimlər dünya şöhrətli Ermitaj Muzeyində yer alıb. Belə ki, muzeyinin direktoru akademik Mixail Piotrovski ilə imzalanmış razılaşmaya əsasən tanınmış modelyerin bir neçə işi muzeyə hədiyyə verilib.“Ermitaj Günləri” çərçivəsində modelyerin geyimləri qalereyanın daimi kolleksiyasında sərgilənib. “Ermitaj”ın Dostları Klubuna üzv seçilən […]


