“Pillə 4” Respublika Tələbə Tamaşaları Festivalının proqramı açıqlandı
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) “Pillə 4” Respublika Tələbə Tamaşaları Festivalının proqramı açıqlanıb.
Festivalın əsas tərəfdaşları Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, TEATRO.AZ sənət portalı, SAHIB Perfumery & Cosmetics və Dark Print MMC şirkətidir.
“Pillə 4” Tələbə Tamaşaları Festivalının açılış mərasimi 4 may tarixində, saat 10.00-da ADMİU-nun Kiçik səhnəsində baş tutacaq.
4-8 may tarixlərini əhatə edən festivalda nümayiş olunacaq 23 tamaşadan 12-si ADMİU-nun, 11-i isə digər ali təhsil müəssisələrinin tələbələrinin iştirakı ilə hazırlanıb. Festivalın əsas məqsədi tələbələri yaradıcılığa ruhlandırmaq, gənc istedadları aşkarlamaq, teatr mədəniyyətini təbliğ etmək və ali təhsil müəssisələri arasında yaradıcılıq mühiti formalaşdırmaqdan ibarətdir.
ADMİU-nun Teatrşünaslıq kafedrasının müəllimlərindən ibarət münsiflər heyətinin qiymətləndirməsi əsasında “Ən yaxşı tamaşa”, “Ən yaxşı kişi rolu”, “Ən yaxşı qadın rolu”, “Ən yaxşı ikinci plan kişi rolu”, “Ən yaxşı ikinci plan qadın rolu”, “Ən yaxşı tələbə-rejissor işi”, “Gənc ekspertlərin mükafatı” nominasiyaları üzrə qaliblərə diplom və mükafatlar təqdim olunacaq.
Festival 8 may tarixində saat 14.00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrda keçiriləcək bağlanış və mükafatlandırma mərasimi ilə yekunlaşacaq.
“Pillə 4” Respublika Tələbə Tamaşaları Festivalı tələbə teatr kollektivləri üçün mühüm yaradıcılıq platforması olmaqla yanaşı, həm də Azərbaycan teatrının gələcəyinə işıq salan bir sənət bayramıdır.
| 4 may | Proqram |
|---|---|
| 09:30 – 10:00 | Qeydiyyat Ünvan: İnşaatçılar pr. 39 |
| 10:00 – 11:00 | Açılış mərasimi Məkan: ADMİU, Kiçik səhnə Ünvan: İnşaatçılar pr. 39 |
| 11:15 – 12:45 | Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti V.Rasputin “Halallıq” Məkan: ADMİU, Böyük səhnə Ünvan: İnşaatçılar pr. 39 |
| 13:15 – 14:45 | Azərbaycan Tibb Universiteti V.Şekspir “Hamlet” Məkan: ADMİU, Kiçik səhnə Ünvan: İnşaatçılar pr. 39 |
| 15:00 – 15:45 | Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Ş.Xeyrulla “Evanın ayaqqabıları” (tələbə-rejissor işi) Məkan: ADMİU, Böyük səhnə Ünvan: İnşaatçılar pr. 39 |
| 16:00 – 16:45 | Azərbaycan Memarlıq və İnşaat Universiteti V.Səmədoğlu “Yaşıl eynəkli adam” Məkan: ADMİU, Kiçik səhnə Ünvan: İnşaatçılar pr. 39 |
| 17:30 – 18:45 | Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Y.Zoyfer “Vineta və ya sulara qərq olmuş şəhər” Məkan: ADMİU, Böyük səhnə Ünvan: İnşaatçılar pr. 39 |
| 5 may | |
|---|---|
| 10:00 – 11:00 | Tamaşaların müzakirəsi Məkan: ADMİU – H.Əliyev məktəbi, Vernisaj Ünvan: İnşaatçılar pr. 39 |
| 11:30 – 13:00 | Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti V.Şekspir “Hamlet” Məkan: ADMİU, Kiçik səhnə Ünvan: İnşaatçılar pr. 39 |
| 12:00 – 13:00 | Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Ə.Mehdizadə “Zəfərə gedən yol” Məkan: ADNSU, Əsas tədris binası, Akt zalı Ünvan: Azadlıq pr. 34 |
| 13:20 – 14:15 | Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti V.Krasnoqorov “Premyeradan sonra ziyafət” Məkan: ADMİU, Böyük səhnə Ünvan: İnşaatçılar pr. 39 |
| 14:00 – 15:00 | Azərbaycan Dövlət Pedaqoji Universiteti N.Vəzirov “Yağışdan çıxdıq, yağmura düşdük” Məkan: ADPU, Əsas tədris binası, Böyük akt zalı Ünvan: Üzeyir Hacıbəyli küç. 68 |
| 15:15 – 16:15 | Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti J.Anuy “Kral, kraliça və şahzadə” Məkan: ADMİU, Kiçik səhnə Ünvan: İnşaatçılar pr. 39 |
| 16:30 – 17:30 | Azərbaycan Texniki Universiteti Y.Abramov, L.Bəyim “Yarımçıq qalmış” Məkan: AzTU, Əsas tədris binası, Akt zalı Ünvan: Hüseyn Cavid pr. 25 |
| 17:30 – 18:30 | Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti İ.Əfəndiyev “Sən həmişə mənimləsən” (tələbə-rejissor işi) Məkan: M Teatr Ünvan: Tbilisi pr. 76 |
| 6 may | |
|---|---|
| 09:30 – 10:45 | Tamaşaların müzakirəsi Məkan: ADMİU – H.Əliyev məktəbi, Vernisaj Ünvan: İnşaatçılar pr. 39 |
| 11:00 – 12:00 | Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti C.Steynbek “Adamlar və siçanlar” Məkan: ADMİU, Kiçik səhnə Ünvan: İnşaatçılar pr. 39 |
| 12:30 – 13:30 | Naxçıvan Dövlət Universiteti N.Xəzri “Atillanın atlıları” Məkan: ADMİU, Böyük səhnə Ünvan: İnşaatçılar pr. 39 |
| 13:45 – 15:15 | Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti M.F.Axundzadə “Vəziri-xani-həngamə” Məkan: ADMİU, Kiçik səhnə Ünvan: İnşaatçılar pr. 39 |
| 15:30 – 16:15 | Azərbaycan Dillər Universiteti J.Kokto “İnsan səsi” Məkan: ADMİU, Böyük səhnə Ünvan: İnşaatçılar pr. 39 |
| 16:45 – 17:30 | Xəzər Universiteti С.Cabbarlı “Almaz” Məkan: ADMİU, Kiçik səhnə Ünvan: İnşaatçılar pr. 39 |
| 18:30 – 20:00 | Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Elçin “Cəhənnəm sakinləri” (tələbə-rejissor işi) Məkan: C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı Ünvan: H.Ağamalıyev küç. 5 |
| 7 may | |
|---|---|
| 10:00 – 11:00 | Tamaşaların müzakirəsi Məkan: ADMİU – H.Əliyev məktəbi, Vernisaj Ünvan: İnşaatçılar pr. 39 |
| 11:25 – 12:00 | Qarabağ Universiteti F.Xudumova “Səninlə fəxr edirəm” Məkan: ADMİU, Böyük səhnə Ünvan: İnşaatçılar pr. 39 |
| 12:15 – 13:15 | Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti R.Akutaqava “Güzgünün o üzü” Məkan: ADMİU, Kiçik səhnə Ünvan: İnşaatçılar pr. 39 |
| 14:15 – 15:30 | Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) N.Qoqol “Dəlinin qeydləri” Məkan: ADMİU, Böyük səhnə Ünvan: İnşaatçılar pr. 39 |
| 15:45 – 16:30 | Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti J.Kokto “Laqeyd gözəl” (rus dilində; tələbə-rejissor işi) Məkan: ADMİU, Kiçik səhnə Ünvan: İnşaatçılar pr. 39 |
| 17:00 – 18:00 | Mingəçevir Dövlət Universiteti M.Şamxalov “Qayınana” Məkan: ADMİU, Böyük səhnə Ünvan: İnşaatçılar pr. 39 |
| 8 may | |
|---|---|
| 10:00 – 11:00 | Tamaşaların müzakirəsi Məkan: ADMİU – H.Əliyev məktəbi, Vernisaj Ünvan: İnşaatçılar pr. 39 |
| 14:00 – 15.30 | Bağlanış və mükafatlandırma mərasimi Məkan: Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, Əsas səhnə Ünvan: Zərifə Əliyeva küç. 8 |
Proqramın PDF formatını yükləmək üçün linkə keçid edə bilərsiniz :

