Sedaqet-Aliyeva

Elm Və Yaradıcılıq İşləri Üzrə Prorektor

Əməkdar mədəniyyət işçisi, dosent

Əliyeva Sədaqət Ağa Səfər qızı 1963-cü ildə Bakı şəhərində anadan olub. 1981-ci ildə Bakı şəhəri 190 saylı orta məktəbi, 1985-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu fərqlənmə diplomu ilə bitirib.

1985-ci ildən gənc mütəxəssis kimi Mədəni-maarif işi kafedrasında baş laborant, saathesabı müəllim kimi iş fəaliyyətinə başlayıb. 1997-ci ildən müəllim, 2002-ci ildə baş müəllim, 2007-ci ildən kafedra müdiri kimi çalışıb.

2006-cı ildə 6219.01 – Kulturologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini, 2011-ci ildə isə Mədəniyyətşünaslıq kafedrası üzrə “dosent” elmi adını alıb. 2012-ci ildə ADMİU-nun doktoranturasına daxil olub, 6219.01 “Kulturologiya və onun ümumi məsələləri” ixtisası üzrə “Mədəniyyətdə qadın problemi: tədqiqatların istiqaməti və problematikası mövzusunu işləyib.

2012-ci ildə Ukraynanın Luqansk Mədəniyyət İnstitutunun beynəlxalq konfransında, 2017-ci ildə AMEA-da “Qafqazşünasların I Beynəlxalq Forumu”nda məruzə ilə çıxış edib. 2017-ci ildə UNAFORIS-2017 Fransanın Deskartes Universitetində “Avropada sosial-iş təhsili: çətinliklər və maneələr” mövzusunda keçirilən konfransda iştirak edib.

2018-ci ildə Amerika Birləşmiş Ştatlarının Dominik Universitetinin dəvəti ilə təcrübə mübadiləsi proqramında iştirak edib.

2019-cu ildə Sankt-Peterburqda “Rusiya dövlətinin tarixi” Mədəni-Tarixi Universitetinin keçirdiyi XVI təhsil proqramında iştirak edib.

2019-cu ildə Yuxarı Avstriyanın Linz Universitetində “Beynəlxalq sosial iş” təhsil proqramında iştirak edib.

2019-cu ildə BMT-nin Uşaq fondu, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Dövlət İdarəçilik Akademiyasının dəstəyi ilə “Gənclər sektorunun idarə edilməsi və gənclər siyasəti” üzrə I magistr proqramının tərtibində iştirak edib və diploma layiq görülüb. 2018-ci ildən AAK-ekspertidir.

Bir monoqrafiya, 3 dərsliyin həmmüəllifi, 4 dərsliyin, 50-ə yaxın proqram və elmi məqalələrin müəllifidir.

2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.

Ailəlidir. İki övladı var