Təsviri sənət kafedrası ADMİU-nun Rəssamlıq fakültəsinin tədris-elm struktur bölmələrindən biri olub, tələbələrin yetişməsində mühüm rol oynayır.
Burada (050117) Təsviri incəsənət müəllimliyi, (050318) Rəngkarlıq, (050319) Qrafika ixtisasları üzrə kadr hazırlığını, tədris olunan bir sıra fənlər üzrə tədris, metodiki, elmi-tədqiqat fəaliyyətini həyata keçirir.
2014-2018-ci illərdə Təsviri sənət kafedrasının müdiri tanınmış Xalq rəssamı Xanlar Əhmədov olmuşdur.
2018-2019-cu illərdə sənətşünaslıq üzrə fəlsəfə doktoru Afət Aslanova Təsviri sənət kafedrasının müdiri vəzifəsində çalışmışdır.
2019-cu il 17 dekabr tarixinə əsasən Əməkdar rəssam Rəşad Cabarov Təsviri sənət kafedrasının müdiri vəzifəsinə təyin edilmişdir. Hazırda kafedra müdiri vəzifəsini icra etməkdədir.
Təsviri sənət kafedrasında tədris olunan fənlər:
Bakalavriat səviyyəsi üzrə: Rəsm, Rəngkarlıq, Kompozisiyanın əsasları, Heykəltəraşlıq, Plastik anatomiya (anatomik rəsm), Plastik anatomiya (nəzəri), Kurikulumun əsasları, Kompzisiya (Ümumi kurs), Rəngkarlıq (Ümumi kurs), Təsviri incəsənətin tədrisi metodikası, Dekorativ Tətbiqi sənət (Batika), Kitab kompozisiyası, Kitab qrafikasında rəngkarlıq, Kitab qrafikasında materialda iş, Material üzərində iş (ümumi kurs), Filmdə rəngkarlıq, Dəzgah kompozisiyası, Dəzgah rəngkarlığı, Dəzgah rəngkarlığında material texnologiyası, Rəngkarliq materaillarının texnika və texnologiyası, Film rəngkarlığında kompozisiya, Dekorativ Tətbiqi sənət, Animasiyanın əsasları (2D), Şriftin əsasları, Kitab tərtibatında şrift, Məktəbdə bədii tərtibat;
Magistratura səviyyəsi üzrə: Akademik rəsm, Akademik rəngkarlıq, Dəzgah rəngkarlığında mürəkkəb quruluşlu kompozisiya, Rəngkarlıq əsərlərinin bərpası, Film rəngkarlığında mürəkkəb quruluşlu kompozisiya, Səhnə dekorasiyası rəngkarlığı, Səhnə kompozisiyası, Kitab qrafikasında rəsm, Kitab qrafikasında rəngkarlıq, Kitab qrafikasında kompozisiya, Mətnin vizuallaşdırılması, Rəngkarlıq əsərlərinin texnika və texnologiyası, Rəngkarlıq əsərlərinin fiziki-kimyəvi bərpa metdoları, Rəngkarlıq əsərlərinin bərpası, Müasir bərpaçılıq üsulları və vasitələri, Bərpa obyektlərinin ikonoqrafiya və atribusiyası, Bərpa və ekspertizanın sənədləşməsi;
Professor-müəllim heyətinin tərkibi:
- Cabarov Rəşad – Kafedra müdiri, Əməkdar rəssam, dosent
- Əhmədov Xanlar – Xalq rəssamı, professor
- Abdullayev Həmzə – Əməkdar rəssam, dosent
- Hacızadə Elşən – Əməkdar rəssam, dosent
- Məmmədova Xanımbacı – sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
- Əsədov Rəfail – Əməkdar mədəniyyət işçisi, müəllim
- Məmmədov Əziz – Əməkdar mədəniyyət işçisi, müəllim
- Səfərov Natiq – Ali dərəcəli bərpaçı, müəllim
- Qəhrəmanlı Fəxrəddin – dosent
- Rzaquliyeva Aytən – baş müəllim
- Cabbarov Zöhrab – baş müəllim
- Cəfərzadə Kəmalə – baş müəllim
- Şərifov Mətin – baş müəllim
- Əliyev Cavid – baş müəllim
- Qafarov Samir – baş müəllim
- Cəfərov Səmədağa – müəllim
- Abbasova Şəhla – müəllim
- Cabarov Elçin – baş müəllim
- İsmayılov Coşqun – müəllim
- Ağadadaşova Təranə – müəllim
- Atababayev Səbuhi – müəllim
- Bayramov Asim – müəllim
- Quliyev Şahin – müəllim
- Mirəliyeva Aynur – müəllim
- Əliyeva Gülşən – tədris ustası
- Türkan Məmmədli – laborant
Tədris Olunan İxtisaslar:
Bakalavriat üzrə:
- Təsviri incəsənət müəllimliyi ixtisası
- Qrafika ixtisası (Kitab tərtibatı və illüstrasiyası)
- Qrafika ixtisası (Animasiya və kompüter qrafikası)
- Qrafika ixtisası (Dəzgah qrafikası)
- Rəngkarlıq ixtisası (Dəzgah rəngkarlığı)
- Rəngkarlıq ixtisası (Kino və televiziya rəssamı
- Rəngkarlıq ixtisası (Teatr dekorasiyasi rəngkarliğı)
Magistratura üzrə:
- Rəngkarlıq ixtisası (Dəzgah rəngkarlığı
- Rəngkarlıq ixtisası (Kino və televiziya rəngkarlığı
- Rəngkarlıq ixtisası (Teatr-dekorasiya rəngkarlığı
- Rəngkarlıq ixtisası (Rəngkarlıq əsərlərinin bərpası və ekspertizası)
- Qrafika ixtisası (Kitab tərtibatı və illüstrasiyası)
- Qrafika ixtisası (Animasiya və komputer qrafikası
- Qrafika ixtisası (Dəzgah qrafikası)