1945-ci ildə teatr məktəbinin bazasında Teatr İnstitutu yaradılıb. 1968-ci ildən Azərbaycan Dövlət İncəsənət İnstitutu adlandırılıb.

“Səhnə danışığı” kafedrası 1968-1969-cu tədris ilində Azərbaycan Dövlət İncəsənət İnstitutunun nəzdində yaradılmışdır. 2015-ci ildən isə “Teatr sənəti” fakültəsinin nəzdində fəaliyyətini davam etdirir.

“Aktyorluq”, “Rejissorluq” və “Teatrşünaslıq” ixtisasları üzrə mütəxəssislər hazırlanmağa başladı. Müxtəlif illərdə (aktyorluq, rejissorluq və s.) ixtisaslar ayrı-ayrılıqda müstəqil fakültələr kimi fəaliyyət göstərmişdilər. Lakin 09 iyun 2015 – ci ildə tədrisin səmərə və keyfiyyətini yüksəltmək məqsədi ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində struktur dəyişikliyi edilərək “Aktyor sənəti”, “Rejissor sənəti” və  “Sənətşünaslıq” fakültələri birləşdirilərək yeni böyük “Teatr sənəti” fakültəsi yaradıldı.

“Teatr sənəti” fakültəsində “Dram teatrı və kino aktyoru”, “Musiqili teatr aktyoru”, “Dram rejissoru və səhnə plastikası”, “Teatrşünaslıq” və “Səhnə danışığı” kafedraları fəaliyyət göstərir.

2024-cü ildən fakültə dekanı vəzifəsinə Kəmalə Mehdiyeva seçilib.

Dekan

Kəmalə Mehdiyeva

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

Ətraflı

Dekan Müavini

Lalə Səlimova

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

Ətraflı