Kafedrada ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə təhsil proqramlarında humanitar, ixtisasın peşə hazırlığı və ixtisaslaşma bölümü üzrə 120-a yaxın fənn tədris olunur.
ADMİU-nun Kultrologiya fakültəsinin Turizm və kitabxana-informasiya fəaliyyəti kafedrası 1 sentyabr 2001-ci ildən “İqtisadiyyat və informatika” kafedrası kimi təşkil olunub. 12 sentyabr 2018-ci ildə universitetdə yeni struktur dəyişikliyi ilə əlaqədar olaraq “İqtisadiyyat və informatika” kafedrası ilə “Kitabşünaslıq və kitabxanaçılıq” kafedrası birləşdirilərək “Turizm və kitabxana-informasiya fəaliyyəti” kafedrası yaradılıb. Kafedrada 2001-2022-ci illər ərzində iqtisad üzrə fəlsəfə doktoru, dosent Məleykə Hacı qızı Həsənova müdir vəzifəsində çalışıb. 29 mart 2022-ci ildən sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Səyavuş Elman oğlu Məhişov kafedraya rəhbərlik edir.
Kafedra respublikamızda cəmiyyətin və əmək bazarının tələbatı nəzərə alınmaqla, ali təhsilin bakalavriat səviyyəsində “Turizm işinin təşkili”, “Turizm bələdçiliyi” və “Kitabxanaçılıq və informasiya fəaliyyəti” ixtisasları, magistratura səviyyəsində “Turizm və otelçilik” ixtisasının “Sosial-mədəni sahələrdə xidmətin təşkili”, “Turizmin bələdçisi”, “Turizm və sosial-mədəni servis xidməti” ixtisaslaşmaları və “Menecment” (kino və televiziya, teatr, musiqi və muzey və qalereya sahələri üzrə) ixtisası üzrə yüksəkixtisaslı mütəxəssis kadrlar hazırlayır.
Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə təhsil proqramlarında humanitar, ixtisasın peşə hazırlığı və ixtisaslaşma bölümü üzrə 120-a yaxın fənn tədris olunur. Bu fənlərin tədrisi sosial fəaliyyətin müxtəlif sahələrində mövcud problemləri və prosesləri araşdırmağı və ixtisasa dair standart və qeyri-standart məsələləri həll etmək üçün lazımi bilik, bacarıq və vərdişlərin öyrənilməsini təmin etməyə imkan verir.
Kafedranın fəaliyyəti dövründə professor-müəllim heyətinin müxtəlif irihəcmli elmi-tədqiqat işləri ilə yanaşı, bir çox monoqrafiya, dərslik, dərs vəsaiti, tədris proqramı və metodik vəsaiti, eləcə də ölkəmizdə və xaricdə keçirilən beynəlxalq elmi konfransların materiallarında məruzələri və nüfuzlu elmi jurnallarda məqalələri dərc edilmişdir. Bunlardan “Turizmin əsasları”, “Mədəniyyət və incəsənət sahələrinin menecmenti”, “İctimaiyyətlə əlaqələr”, “Kompüter texnologiyaları”, “Azərbaycan milli adət və ənənələrinin bədii-estetik mahiyyəti”, “Dünya mədəniyyət siyasəti”, “Avtomatlaşdırılmış kitabxana-informasiya prosesləri” və s. göstərmək olar.
Professor-müəllim heyətinin tərkibi:
- Məhişov Səyavuş Elman oğlu – Kafedra müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
- Hüseynov İlqar Həsrət oğlu – Kulturologiya elmləri doktoru, professor
- İsfəndiyarov Ağamirzə Məsim oğlu – İqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent
- Əsədov Nizami Şakir oğlu – İqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent
- İsmayılov Vüqar Ağamusa oğlu – iqt.üzrə fəls.dok.dosent
- Babayeva Səbinə Rafikovna – Sənətşünaslıq üzrə fəlsəfə doktoru, baş müəllim
- Məmmədov Eldəniz Elman oğlu – Tarix üzrə fəlsəfə doktoru, baş müəllim
- İmamverdiyeva Çinarə Rüfət qızı- iqt.üzrə fəls.dok.baş müəllim
- Əliyeva Nəzirə Məmmədqulu qızı – Baş müəllim
- Babayev Nüsrət Salman oğlu – Baş müəllim
- Məmmədova Kəmalə Ənvər qızı – Baş müəllim
- Bağırova Gülgün Elçin qızı – Müəllim
- Hacıyeva Gülşən Əbülfət qızı – Müəllim
- Həsənova Aysel Vaqif qızı – Müəllim
- Kərimov Namiq Əsəd oğlu – Müəllim
- Mustafayeva Könül Mahmud qızı – Müəllim
- Mürsəlov Natiq Rəşid oğlu – Müəllim
- Rəfizadə Nuranə İqbal qızı – Müəllim
- Rəhimova Nigar Rasim qızı – Müəllim
- Zeynalova Ülkər İbrahim qızı – Müəllim
- Salmanova Aydan Vidadi qızı – Müəllim
Tədris Olunan Fənlər:
Bakalavriat üzrə:
- Azərbaycan coğrafiyası
- Azərbaycanın iqtisadi və sosial coğrafiyası
- Beynəlxalq turizm bazarlarında inkişaf trendləri
- Bələdçiliyin əsasları
- Biblioqrafiyaşünaslıq
- Biznes riyaziyyatı
- Biznesdə keyfiyyət təminatı
- Dayanıqlı turizm
- Demoqrafiya
- Əqli mülkiyyət xidmətinin təşkili
- Əməyin sosiologiası
- Xarici turizmin təşkili texnologiyaları
- İqtisadiyyatın əsasları
- İnformasiya resursları
- İnformasiya sistemləri
- İnformasiya texnologiyaları
- İnformatika
- Keyfiyyət əsaslı tədqiqat metodları
- Kitab və kitabxana tarixi
- Kitabxana fondlarının idarəedilməsi və inkişafı
- Kitabxana işi innovasiya və metodik təminat
- Kitabxana işinin hüquqi əsasları
- Kitabxana təsnifatı və mövzu göstərici sistemləri
- Kitabxana-informasiya elmlərinə giriş
- Kitabxana-informasiya fəaliyyətinin iqtisadiyyatı
- Kitabxana-informasiya fəaliyyətinin menecmenti
- Kitabxana-informasiya xidmətləri və yayımının təşkili
- Kitabxanalarda asudə vaxtın təşkili
- Kitabxanalarda informasiya texnologiyalarının tətbiqi
- Kitabxanaların fiziki qüsurlu oxuculara xidməti
- Kitabxanaların reklam fəaliyyəti və KİV-lə işi
- Kitabxananın kompüterləşməsinin əsasları
- Kompüter texnologiyaları
- Makroiqtisadiyyat
- Metaverilənlər
- Mədəniyyət və incəsənət sahələrinin marketinqi
- Məlumatların təhlili və ölçmə nəzəriyyəsi
- Mikroiqtisadiyyat
- Milli mətbəx turizmi
- Müasir informasiya-kommunikasiya texnologiyaları və informasiya təhlükəsizliyi
- Mühasibat uçotu
- Mühasibat və mühasibat məsələləri
- Nəşriyyat layihələrin hazırlanması və təqimat mədəniyyəti
- Nəşriyyat məhsullarının marketinqi
- Normativ texniki xüsusi növ nəşrlərin təsviri və təsnifləşdirilməsi
- Normativ texniki və patent informasiya xidməti
- Rekreasiya turizmi
- Rəqəmsal bilgi və tədqiqat bacarıqları
- Rəqəmsal repozitarilərin təşkili
- Riyaziyyat və statistika
- Servis fəaliyyəti
- Sənədşünaslıq
- Səyahət agentlikləri və turoperatorluq
- Sosial işdə riyazi metodlar
- Sosial menecment
- Sosial sferada menecment
- Sosial statistika
- Sosial və iqtisadi mühitin sosial işə təsiri
- Təhsildə İKT
- Turizm maliyyələşdirilməsi
- Turizm marşrutları
- Turizm məhsulunun hazırlanması
- Turizm sahəsində reklamlar
- Turizm siyasəti və planlaşdırılması
- Turizmdə nəqliyyat
- Turizmdə nəqliyyat xidmətləri
- Turizmdə vasitəçilər
- Turizmə giriş
- Turizmin coğrafiyası
- Turizmin növ müxtəlifliyi
- Veb proqramlaşdırma
Magistratura üzrə:
- Azərbaycan turizm sahəsində regional siyasəti
- Beynəlxalq turizm və logistika
- Bələdçilik işinin tarixi və metodologiyası
- Dünya turizm bazarı
- Ekran sənətində prodüserlik sistemi
- Ekskursiya fəaliyyətinin idarəolunması
- Ekskursiya-sərgi fəaliyyətinin təşkili və texnologiyası
- Etnomədəni regionşünaslıq
- İdarəetmə uçotu və korporativ qərarların verilməsi
- Marketinq (sahələr üzrə)
- Menecmentin müasir problemləri
- Mədəniyyət və incəsənət sahələri üzrə sahibkarlıq fəaliyyəti və biznes planlaşdırma
- Mədəniyyət və incəsənət sahələrinin menecmentində tədqiqatın aparılması metodları
- Prodüserlik fəaliyyətinin əsasları
- Regional-səyyar ekskursiyaların təşkili
- Servisologiya
- Sosial-mədəni turizmin marketinqi
- Sosial-mədəni turizmin menecmenti
- Sosial-mədəni turizmin və turizm xidmətlərinin standartlaşdırılması və sertifikatlaşdırılması
- Strateji və maliyyə menecmenti
- Tədqiqat işinin aparılması
- Turizm fəaliyyətinin proqnozlaşdırılması və planlaşdırılması
- Turizm müəssisələrində PR
- Turizm, mehmanxana və restoran biznesində təşkilati davranış
- Turizmin, turizm sənayesinin müasir problemləri
- Turizmin, turizm sənayesinin tarixi və metodologiyası
- Valeologiya