Ümumi şöbə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sənəd dövriyyəsinin təşkili və tənzimlənməsində əsas struktur şöbələrdən hesab olunur.
Müxtəlif illərdə fərqli adlarla mövcud olan şöbə, Universitetin 45 nömrəli, 15.09.2015-ci il tarixli əmrinə müvafiq olaraq Ümumi şöbə adı altında fəaliyyətini davam etdirir. Şöbəyə müxtəlif illərdə Sədaqət Əlixanova, Lalə Səlimova, Səyavuş Məhişov rəhbərlik ediblər.
Şöbənin fəaliyyətinin əsas məqsədi Universitetdə kargüzarlıq, sənəd dövriyyəsi, vətəndaşların müraciətlərinə baxılması və arxiv işinin təşkili təkmilləşdirilməsinin həyata keçirilməsini təmin etməkdir, universitetin struktur bölmələrinin bu sahədəki fəaliyyətinə əməli və metodiki rəhbərliyi həyata keçirmək, habelə təsdiq üçün rəhbərliyə təqdim olunan bütün sənədlərin tərtibinin keyfiyyətini yoxlamaq, mərkəzi və yerli icra hakimiyyəti və idarəetmə orqanlarından, ali təhsil müəssisələrindən, ictimai təşkilatlardan, hüquqi və fiziki şəxslərdən daxil olan sənədləri qəbul etmək və qeydə almaq, rəhbərliyin sərəncam və əmrlərini rəsmiləşdirmək, müvafiq bölmələr üzrə göndərmək, sənədlərin icrasına nəzarəti təmin etmək, Universitetin bütün arxiv sənədlərinin komplektləşdirilməsini, qeydiyyatını, mühafizəsini və istifadəsini təşkil etmək, elektron sənəd dövriyyəsinə hazırlığı həyata keçirmək və sənədlərinin məxfiliyinin qorunmasını təmin etməkdir.
Şöbədə hazırda aparıcı mütəxəssis vəzifəsində Həşimova Sənubər İlqar qızı, kargüzar Hüseynova Reyhan Sabir qızı və çapar vəzifəsində Əhmədova Samirə Əkrəm qızı çalışırlar.