Vatikan Muzeylərində “Səmavi Dinlər” layihəsi çərçivəsində Azərbaycan xalçaları sərgilənib

Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacdakı Səfirliyi və Vatikan Muzeylərinin təşkilatçılığı ilə “Səmavi Dinlər” layihəsi çərçivəsində yəhudilik, xristianlıq və islam dinlərinə həsr olunmuş Azərbaycan xalçaları sərgisinin açılış mərasimi keçirilib.