Xalq çalğı alətləri ifaçılığın tədrisi sahəsində zəngin ənənələrə malik olan kafedra müxtəlif illərdə “Xalq musiqisi və çalğı alətləri”, “İnstrumental ifaçılıq və dirijorluq” adları altında fəaliyyət göstərmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Elmi Şurasının 12 dekabr 2012-ci il tarixli iclasının qərarına əsasən kafedranın adı dəyişdirilərək, “Xalq çalğı alətləri ifaçılığı” kafedrası adlandırılmışdır. Kafedraya müxtəlif dönəmlərdə sənətşünaslıq doktoru, professor İradə Köçərli, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Kamilə Dadaş-zadə rəhbərlik etmişlər. 2015-ci ildən etibarən bu günə qədər həmin vəzifəni dosent Umud İbrahimov icra edir.
Xalq çalğı alətləri ifaçılığı kafedrası tədris prosesi ilə yanaşı rəngarəng məzmunlu tədbir və konsertlərin təşkil olunmasına da böyük önəm verir. Belə ki, kafedranın təşəbbüsü ilə Heydər Əliyev ili çərçivəsində silsilə konsertlər (2023), Rəşid Behbudov adına Mahnı teatrında Xalq artisti, professor Zamiq Əliyevin “Ömür təranələri” adlı yaradıcılıq gecəsi (2019), Beynəlxalq Muğam Mərkəzində “Yeni nəsil dəvət edir” (2018), “Ənənələr: dünən, bugün, sabah” (2022), Azərbaycan Dövlət Filarmoniyasında Şuşa ili çərçivəsində konsert (2022), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyinə həsr olunmuş konsert (2023), Kamera və Orqan musiqi zalında Xalq çalğı alətləri ifaçılığı kafedrasının tələbələrinin konserti (2023) və s. bu kimi tədbirlər keçirilmişdir. Kafedranın nəzdində fəaliyyət göstərən Xalq çalğı alətləri orkestrin (dirijor Mustafa Aşurov) konsert və layihələri özünün orijinallığı ilə seçilir.
Xalq çalğı alətləri ifaçılığı kafedrasının əməkdaşlarının zəngin təcrübəsi musiqi pedaqogikasının müasir prinsiplərinə əsaslanan tədris vəsaitlərində öz əksini tapmışdır. Professorlar Vamiq Məmmədəliyev və Abbasqulu Nəcəfzadənin “Muğam”, dosent Mehriban Qasımovanın “Azərbaycanda xalq çalğı alətləri orkestr üzrə dirijorluq sənətinin təşəkkülü və əsas inkişaf mərhələləri”, dosentlər Umud İbrahimov və Gülnaz Rzayevanın “Dirijorluq”, dosent Sərxan Abıyevin “Milli musiqidə instrumental ifaçılıq ənənələri”, professor Mirnazim Əsədullayev və dosent Toğrul Əsədullayevin “Xarici ölkə bəstəkarlarının əsərləri”, Cəbrayıl Göyüşovun “Rast ailəsinə aid olan muğamların müşayiəti”, dosent Mehriban Qasımovanın “Dirijorluq texnikası”, Təhmasib Məmmədovun Nağara ixtisas üzrə “Məşğələ, ansambl və
nağara ilə fortepiano üçün işləmələr”, Samirə Əliyevanın “Qanun üçün pyeslər “ adlı dərs vəsaitləri böyük maraq kəsb edir.
Professor-müəllim heyətinin tərkibi:
- Umud İbrahimov – Əməkdar müəllim, dosent, kafedra müdiri
- Vamiq Məmmədəliyev – Xalq artisti, professor
- Zamiq Əliyev – Xalq artisti, professor
- Mirnazim Əsədullayev – Əməkdar artist, professor
- Toğrul Əsədullayev – Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
- Afət Kazımova – Əməkdar müəllim, dosent
- Əlağa Sədiyev – Əməkdar artist, dosent
- Ələkbər Ələkbərov – Əməkdar artist, baş müəllim
- Sərxan Abıyev – Əməkdar artist, dosent
- Fəridə Məlikova – Əməkdar artist, dosent
- Mehriban Qasımova – sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
- Gülnaz Rzayeva – sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
- Fikrət Manafov – dosent
- Famil Əliyev -baş müəllim
- Cəbrayıl Göyüşov -baş müəllim
- Təhmasib Məmmədov -baş müəllim
- Fariz Baxşəliyev – baş müəllim
- Mustafa Aşurov – baş müəllim
- Ruslan Zarbaliyev – baş müəllim
- Samirə Əliyeva -baş müəllim
- Ülkər Aşurbəyova –baş müəllim
- Səxavət Məmmədov -müəllim
- İsmayıl Zülfüqarov -müəllim
- Araz Fətaliyev-müəllim
- Nurlan Cəfərli – müəllim
- Azər Məlikov – müəllim
- Fərrux Haşımlı-müəllim
Konsertmeysterlər
- Elnarə Qədiməliyeva
- Aygün Səfərzadə
- Leyla Camalova
- Firuzə Hüseynova
- Şəlalə Kərimova
- Məsumə Əliyeva
- Rəbiyə İmanquliyeva
- Heyran Qədirli
- Məmməd Nəcəfov
- Nubar Çakçak-laborant
Tədris Olunan Fənlər:
Bakalavriat üzrə:
- İxtisas-not ifaçılığı
- İxtisas-sahələr üzrə
- Kamera ansamblı
- Azərbaycan xalq rəqsləri
- Müşayiət sinfi
- Xüsusi pedaqoji hazırlıq
- Orkestr
- Dirijorluq
- XÇA orkestrinin partitura qiraəti
- İxtisasın tədrisi metodikası
- Orkestrləşdirmə və köçürmə
- XÇA öyrənilməsi metodikası
- Təcrübə
- İstehsalat təcrübəsi
- Alətşünaslıq və partitura qiraəti
- Alətşünaslıq və orkestrləşdirmə
- Partitura qiraəti
- Konsertmeyster sinfi və ansambl
- Orkestr/ansambl
- Xor partiturasının oxunuşu
Magistratura üzrə:
- İxtisas-not ifaçılığı
- Muğam-ifaçılığı
- Etnoorqanologiya
- Orqanologiyanın müasir problemləri
- XÇA-nın tədris metodikası
- Ansambl
- Xça ifaçılığının müasir istiqamətləri
- Elmi Pedeqoji təcrübə
- Pedeqoji təcrübə
- Ansambl aranjımanının metodikası