Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 19 iyun 2004-cü il tarixli iclasının 9 saylı protokoluna müvafiq olaraq Elmi Şuranın qərarı ilə “Xalq musiqisi və çalğı alətləri” və “Musiqişünaslıq” kafedrası əsasında “İnstrumental ifaçılıq” kafedrası yaradılmışdır.

ADMİU-nun 27.12.2012-ci il tarixli 4 saylı Elmi Şura iclasının qərarına əsasən “İnstrumental ifaçılıq” kafedrasının adı dəyişdirilərək “Xalq çalğı alətləri ifaçılığı” kafedrası adlandırılmışdır. “Xalq çalğı alətləri ifaçılığı” kafedrasının bütün əməkdaşlarının qarşısında duran ən mühüm vəzifə müasir tələblərə cavab verən, yüksək ifaçılıq mədəniyyətinə və peşəkarlığa malik olan tar, kamança, qarmon, qanun, nağara, balaban ifaçıları yetişdirməkdir. Kafedrada bu missiyanı yerinə yetirən və respublikamızın mədəni həyatında mühüm rol oynayan instrumental ifaçılarımız çalışır. Hal-hazırda burada 17 tam ştat, 8 yarım ştat, 1 s/h müəllim,10 konsertmeyster fəaliyyət göstərir. Bunlardan Xalq artisti, professor Vamiq Məmmədəliyev, Xalq artisti, professor Zamiq Əliyev, Əməkdar artist, professor Mirnazim Əsədullayev, Əməkdar artist, dosentlər: Sərxan Abıyev, Fəridə Məlikova, Əlağa Sədiyev,Toğrul Əsədullayev, Əməkdar müəllim, dosent Afət Kazımova, dosentlər: Fikrət Manafov, Gülnaz Rzayeva, Mehriban Qasımova, Əməkdar artist Ələkbər Ələkbərov, baş müəllimlər: Famil Əliyev, Cəbrayıl Göyüşov, Təhmasib Məmmədov, Fariz Baxşəliyev, Mustafa Aşurov, Ruslan Zərbalıyev, Ülkər Aşurbəyova, Samirə Əliyeva, müəllimlərdən: Səxavət Məmmədov, İsmayıl Zülfüqarov, Hüseyn Cəfərli, Nurlan Cəfərli, Pərviz Quliyevin adını çəkə bilərik. 2004-cü ildə kafedra yaranan gündən ona Xalq artisti Zamiq Əliyev rəhbərlik etmişdir. 2005-ci ildən 2015-ci ilə qədər isə Xalq çalğı alətləri ifaçılığı kafedrasının müdiri dosent Gülağa Zeynalov olmuşdur. 2015-ci ildən bu günə qədər Əməkdar müəllim, dosent ADMİU-nun Xalq çalğı alətləri ifaçılığı kafedrasında müdir vəzifəsində çalışır, kafedrada tar aləti üzrə “İxtisas” fənnini tədris edir.

Professor-müəllim heyətinin tərkibi:

  • İbrahimov Umud – kafedra müdiri, Əməkdar müəllim, dosent
  • Məmmədəliyev Vamiq – Xalq artisti, professor
  • Əliyev Zamiq – Xalq artisti, professor
  • Əsədullayev Mirnazim – Əməkdar artist, professor
  • Əsədullayev Toğrul – Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
  • Qasımova Mehriban – sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
  • Rzayeva Gülnaz – sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
  • Kazımova Afət – Əməkdar müəllim, dosent
  • Abıyev Sərxan – Əməkdar artist, dosent
  • Məlikova Fəridə – Əməkdar artist, dosent
  • Sədiyev Əlağa –Əməkdar artist, dosent
  • Manafov Fikrət – dosent
  • Ələkbərov Ələkbər – Əməkdar artist, baş müəllim
  • Məmmədov Təhmasib – baş müəllim
  • Göyüşov Cəbrayıl – baş müəllim
  • Əliyev Famil – baş müəllim
  • Zərbalıyev Ruslan – baş müəllim
  • Əliyeva Samirə – baş müəllim
  • Baxşəliyev Fariz – baş müəllim
  • Aşurov Mustafa – baş müəllim
  • Aşurbəyova Ülkər – baş müəllim
  • Məmmədov Səxavət – müəllim
  • Zülfüqarov İsmayıl – müəllim
  • Cəfərli Nurlan – müəllim
  • Quliyev Pərviz – müəllim
  • Cəfərli Hüseyn – müəllim
  • Camalova Leyla – konsertmeyster
  • Əliyeva Məsumə – konsertmeyster
  • Hüseynova Firuzə – konsertmeyster
  • İmanquliyeva Rəbiyə – konsertmeyster
  • Kərimova Şəlalə – konsertmeyster
  • Qədiməliyeva Elnarə – konsertmeyster
  • Qədirli Heyran – konsertmeyster
  • Nəcəfov Məmməd – konsertmeyster
  • Səfərzadə Aygün – konsertmeyster
  • Çakçak Nübar – konsertmeyster
  •  

Tədris Olunan Fənlər:

Bakalavriat üzrə:

  • İxtisas-not ifaçılığı
  • İxtisas-sahələr üzrə
  • Kamera ansamblı
  • Azərbaycan xalq rəqsləri
  • Müşayiət sinfi
  • Xüsusi pedaqoji hazırlıq
  • Orkestr
  • Dirijorluq
  • XÇA orkestrinin partitura qiraəti
  • İxtisasın tədrisi metodikası
  • Orkestrləşdirmə və köçürmə
  • XÇA öyrənilməsi metodikası
  • Təcrübə
  • İstehsalat təcrübəsi
  • Alətşünaslıq və partitura qiraəti
  • Alətşünaslıq və orkestrləşdirmə
  • Partitura qiraəti
  • Konsertmeyster sinfi və ansambl
  • Orkestr/ansambl
  • Xor partiturasının oxunuşu

Magistratura üzrə:

  • İxtisas-not ifaçılığı
  • Muğam-ifaçılığı
  • Etnoorqanologiya
  • Orqanologiyanın müasir problemləri
  • XÇA-nın tədris metodikası
  • Ansambl
  • Xça ifaçılığının müasir istiqamətləri
  • Elmi Pedeqoji təcrübə
  • Pedeqoji təcrübə
  • Ansambl aranjımanının metodikası

Kafedra Rəhbəri

Umud İbrahimov

Əməkdar müəllim, dosent

Ətraflı