ADMİU-da “Ətraf mühitin təsiri” mövzusunda interaktiv təlim keçirilib

7 may tarixində ADMİU-nun SABAH qruplarının tələbələri İlham Alışzadə, Xavər Verdiyeva və Aysel İbrahimli tərəfindən universitetin Kulturologiya fakültəsinin tələbələri üçün “Ətraf mühitin təsiri” mövzusunda interaktiv təlim keçirilib. Təlimin moderatoru psixoloq Aynur Rəhimova olub.

Tədbirin əvvəlində mövzu rejissor Fikrət Məlikovun quruluş verdiyi səhnəcik vasitəsilə iştirakçıların diqqətinə çatdırılıb və aktual aspektləri ön plana çıxarılıb. Səhnəcik universitetin aktyorluq ixtisası üzrə təhsil alan tələbələri Məryam Mirzəyeva, Şəhla Məmmədova və Firuzə Hüseynzadə tərəfindən təqdim olunub.

Daha sonra interaktiv formada davam edən təlim zamanı ətraf mühitin insan davranışına, düşüncə tərzinə və sosial münasibətlərə təsiri ilə bağlı fikir mübadiləsi aparılıb. Tələbələrin fəal iştirakı ilə keçən tədbir maraqla qarşılanıb, mövzu ətrafında geniş müzakirələr aparılıb.