SABAH Səfərdə!
ADMİU-nun SABAH qrupları Aktyor sənəti ixtisasının IV kurs tələbələri Türkiyənin Antalya şəhərində keçirilən 18-ci Beynəlxalq Tələbə Tamaşaları Teatr Festivalında uğurla iştirak ediblər.
Bu festival Akdeniz Universiteti tərəfindən təşkil olunan və hər il keçirilən beynəlxalq tələbə teatr tədbirlərindən biridir. Festivalın əsas məqsədi müxtəlif ölkələrdən gələn teatr kollektivlərini bir araya gətirmək, mədəni mübadiləni gücləndirmək və gənc aktyorlar üçün yaradıcılıq platforması yaratmaqdır.
Mayın 7-də Vilyam Şekspirin “Yay gecəsində yuxu” tamaşası ilə çıxış edən tələbələrimiz uğurlu iştiraka görə diplomla təltif ediliblər.

