ADMİU-da “Study in Azerbaijan” platformasının direktoru ilə görüş keçirilib

18 iyun 2026-cı il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Study in Azerbaijan” platformasının direktoru Şəbnəm Səfərova ilə görüş keçirilib.

Görüşdə ADMİU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Sevil Kərimova, Beynəlxalq layihələr və əcnəbilərlə iş şöbəsinin, eləcə də Beynəlxalq əməkdaşlıq şöbəsinin nümayəndələri iştirak ediblər.

Görüş zamanı xarici tələbələrin Azərbaycanda təhsil almağa təşviq edilməsi, xüsusilə ADMİU-ya cəlb olunması, universitetin beynəlxalq təhsil məkanında daha geniş tanıdılması, xarici ölkələrdə keçirilən təhsil sərgilərində iştirak imkanları və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Tərəflər “Study in Azerbaijan” platforması ilə ADMİU arasında əlaqələrin genişləndirilməsinin universitetin beynəlmiləlləşmə strategiyasına, həmçinin xarici tələbələrin sayının artırılması istiqamətində aparılan işlərə mühüm töhfə verəcəyini qeyd ediblər.

Görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi və gələcək birgə fəaliyyət istiqamətlərinin