ADMİU-nun müəllim və tələbələri Şuşa Humanitar Kollecində konsert proqramı ilə çıxış ediblər
Noyabrın 16-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Musiqi sənəti fakültəsinin İnstrumental ifaçılıq kafedrasının müəllim və tələbələrinin iştirakı ilə Şuşa Humanitar Kollecində konsert proqramı təşkil olunub.
Musiqi sənətinin təbliği, tələbələrin ifaçılıq bacarıqlarının nümayiş etdirilməsi və gənc musiqiçilərin yaradıcılıq imkanlarının genişləndirilməsi məqsədi daşıyan konsertdə Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.
Konsert proqramında ADMİU-nun tələbələri Nurcan Abdurahmanlı, Əsmayə Əfəndizadə, Nigar Ramazanova, Günel Əhmədova, Şəbnəm Cəlilova, Xanna Quliyeva, Murad Heybətov, Anar Kazımov, Günel Seyidli və Vüsal Əliyev çıxış ediblər.
Tələbələrin musiqi nömrələri İnstrumental ifaçılıq kafedrasının müəllimləri Günel Quliyeva və Zaur Məmmədovun rəhbərliyi ilə hazırlanıb. Konsertin aparıcısı Nərgiz İslamzadə olub.
Müxtəlif musiqi nümunələrini əhatə edən proqram iştirakçılar tərəfindən maraqla qarşılanıb.

