ADMİU tələbələri ADA Məktəbinin şagirdləri üçün master-klass keçiriblər

ADA Universiteti ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən, ADA Məktəbinin şagirdləri üçün master-klass təşkil olunub.

ADMİU-nun Rəssamlıq fakültəsinin tələbələri Ülviyyə Xeyrullazadə, Azərin Əsgərli, Mədinə Rəhimli və Şəfiqə Səlimzadənin təşkilatçılığı ilə keçirilən master-klass şagirdlərin yaradıcılıq bacarıqlarının inkişafına və incəsənətə marağının artırılmasına yönəlib.

Tədbir iki təhsil müəssisəsi arasında əməkdaşlıq çərçivəsində şagirdlərin yaradıcı fəaliyyətə cəlb olunması və tələbələrin öz bilik və bacarıqlarını bölüşməsi məqsədilə həyata keçirilib.