Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru professor Ceyran Mahmudovanın təşəbbüsü, ADMİU Tələbə Elmi Yaradıcılıq Cəmiyyətinin (TEYC) təşkilatçılığı ilə 21 Fevral – Beynəlxalq Ana Dili Günü münasibəti ilə geniş tərkibli elmi-ictimai tədbir təşkil olunub. Tədbir ana dilimizin dövlətçilik tariximizdə, milli-mənəvi dəyərlər sistemimizdə və milli kimliyimizin formalaşmasında tutduğu mühüm yerə həsr edilib. Azərbaycan Respublikasının Dövlət […]
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Tədris şöbəsinin Tələbələrlə iş bölməsi aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir
Tələblər: Tələblərə uyğun namizədlər öz CV-lərini info@admiu.edu.az elektron ünvanına göndərə və ya ADMİU-nun İnsan resursları şöbəsinə sənədlərini şəxsən təqdim edə bilərlər. Müraciət üçün son tarix: 10.03.2026-ci il saat 18:00 Yalnız vakansiyanın tələblərinə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Ünvan: Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (Bakı, İnşaatçılar pr. 39)
ADMİU tələbələri Akademik Milli Dram Teatrının səhnəsində…
Fevralın 17-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) SABAH qrupları tələbələrinin ifasında V.Şekspirin “Hamlet” faciəsinin motivləri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunub.Tədbirdə millət vəkilləri, digər ali təhsil ocaqlarının rəhbərləri, incəsənət xadimləri, tanınmış ictimaiyyət nümayəndələri, ADMİU-nun rəhbərliyi və professor-müəllim heyəti, jurnalistlər iştirak ediblər.Tamaşadan öncə çıxış edən Mədəniyyət və İncəsənət […]
Qazax tələbələr ADMİU-da elmi-tədqiqat təcrübəsi keçirlər
Kulyaş Bayseitova adına Qazaxıstan Milli İncəsənət Universitetinin 22 nəfər magistr tələbəsi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) elmi-tədqiqat təcrübəsi keçmək məqsədilə Azərbaycana səfər ediblər.Bu münasibətlə fevralın 16-da təcrübəçi tələbələrlə universitetin fakültə dekanları və kafedra müdirlərinin ilkin görüşü keçirilib.Görüşü salamlama nitqi ilə açan ADMİU-nun Tədris işləri üzrə prorektoru dosent Nigar Rüstəmova qeyd edib ki, 09.09.2023-cü […]
“PİLLƏ 4” respublika tələbə tamaşaları festivalı başlayır
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti “Pillə 4” Respublika Tələbə Tamaşaları Festivalına tamaşa qəbulu elan edir. 4-8 may 2026-cı il tarixinəd baş tutacaq festival tələbələri yaradıcılığa ruhlandırmaq, gənc istedadları aşkarlamaq, teatr mədəniyyətini təbliğ etmək və ali təhsil müəssisələri arasında yaradıcılıq mühiti formalaşdırmaq məqsədi daşıyır. Festival “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasında müəyyən olunan […]
ADMİU-nun 2026-cı ilə olan ilk Elmi Şura iclası keçirilib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Elmi Şurasının 2026-cı ildə ilk iclası keçirilib.İclasın əvvəlində universitetin rektoru professor Ceyran Mahmudova Təsviri sənət kafedrasının baş müəllimi Cavid Əliyevin 65 illik yubileyi münasibəti ilə təbrik edib, ona uzun ömür, can sağlığı, pedaqoji və elmi fəaliyyətində uğurlar arzulayıb.Sonra xanım rektor Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının müdiri, Əməkdar incəsənət […]
ADMİU-da Doktorantların illik attestasiyası baş tutub
Fevralın 11-i ADMİU-nun rektoru professor Ceyran Mahmudovanın iştirakı ilə doktorantların illik attestasiyası keçirilib. İclasda Elm və yaradıcılıq işləri üzrə prorektor dosent Sədaqət Əliyeva, Beynəlxalq əlaqələr üzrə prorektor dosent Sevil Kərimova, Teatrşünaslıq kafedrasının müdiri professor Aydın Talıbzadə, Musiqi tarixi və nəzəriyyəsi kafedrasının müdiri dosent Ellada Hüseynova da iştirak ediblər.Hazırda ADMİU-da 14 doktorant təhsil almaqdadır. Onlardan 2 […]
Əli Əmirli “Ən yaxşı dramaturq” mükafatına layiq görülüb
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı TÜRKSOY və “Anadolu” Qəzetinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Beynəlxalq TÜRKSOY Teatr Mükafatları sahiblərinə təqdim edilib. Türk Dünyasının müxtəlif coğrafiyalarından teatr sənətkarlarını bir araya gətirən mərasimə çok sayda iştirakçı qatılıb. Türk Dünyasında teatr sənətinə əmək verən sənətkarları təltif etməyi hədəfə alan mükafatlar bu il 11-ci dəfə təqdim olunub. TÜRKSOY üzvü ölkələrdən […]
Kitabxana-informasiya mərkəzi tərəfindən tədris nəşrləri sərgilənib
ADMİU-nun Kitabxana-informasiya mərkəzi mütəmadi olaraq universitet ictimaiyyətinin informasiya təminatının gücləndirilməsi, elmi-tədris resurslarına əlçatanlığın artırılması məqsədilə kitabxanaya daxil olan yeni ədəbiyyatın təbliği istiqamətində ardıcıl fəaliyyət həyata keçirir. Bu fəaliyyətlər çərçivəsində həm ənənəvi, həm də virtual formatda kitab sərgiləri təşkil olunur.Cari ilin fəaliyyət planına uyğun olaraq, 12-27 yanvar tarixlərində son 5 il ərzində çap olunmuş tədris nəşrlərinin […]
Ssenari yaradıcılığına həsr olunmuş yeni nəşr
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kitabxana-informasiya mərkəzinə Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) tərəfindən rus yazıçısı və dramaturqu Aleksandr Çervinskinin “Yaxşı ssenarini yaxşı qiymətə necə satmaq olar?” adlı kitabından 30 nüsxə hədiyyə edilmişdir. Sözügedən nəşr ssenari sənətinin nəzəri və praktiki əsaslarını əhatə etməklə, bu sahədə təhsil alan tələbələr, gənc ssenaristlər və yaradıcı mütəxəssislər üçün mühüm […]
Dizayner tələbələrin buraxılış müdafiəsi keçirilib
ADMİU-nun Rəssamlıq fakültəsində magistratura səviyyəsi üzrə İnteryer dizaynı və Geyim dizaynı ixtisasları tələbələrinin buraxılış müdafiəsi keçirilib. Müdafiə prosesində magistrantlar tərəfindən hazırlanmış yaradıcılıq layihələri və tədqiqat işləri təqdim olunaraq, onların peşəkar bilik və bacarıqları nümayiş etdirilib. Qeyd edək ki, Geyim dizaynı ixtisası üzrə magistrantların elmi rəhbəri sənətşünaslıq üzrə fəlsəfə doktoru, baş müəllim Nəzakət Səfərovadır.Təqdim olunan işlər […]













