ADMİU-nun növbəti beynəlxalq uğuru…

Bu günlərdə ADMİU-nun “Mədəniyyətin ekoloji dayanaqlığa töhfəsi” mövzusunda keçirilmiş elmi-nəzəri konfransın məqalələrindən ibarət kitab “Atlantis Press” nəşriyyatında çap olunub. Belə ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin razılığına əsasən, 10 dekabr 2024-cü il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunmuş “Mədəniyyətin […]

ADMİU Gələcəyin Peşələri Sammitində təmsil olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə ikinci “Gələcəyin Peşələri Sammiti: Bakı-2025” keçirilib.“Gələcəyə Tərəf” şüarı ilə keçirilən sammitdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini (ADMİU) Tədris şöbəsinin Ömürboyu təhsil, karyera və məzunlarla iş bölməsinin rəhbəri Gülnarə Məmmədova təmsil edib. “Peşələrin gələcəyi bizdən nə tələb edir?”, “Gələcəyin bacarıqları” və “Gələcəyin iş […]

ADMİU-nun müəllimləri “Geniş düşün” festivalında…

Noyabrın 28-də Zaman Art Gallery-də “Geniş düşün” incəsənət festivalının açılış mərasimi keçirilib.Mərasimdə qeyd olunub ki, festivalda 30-dan çox azərbaycanlı rəssamın 90 əsəri nümayiş olunur.Həmin rəssamlar arasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin müəllimləri – Əməkdar rəssam Vüqar Əli və baş müəllim Mirazər Abdullayev də var.Festival 2026-cı ilin 31 yanvarına qədər davam edəcək.

ADMİU-nun prorektoru Qarabağ Universitetində seminar keçib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Beynəlxalq əlaqələr üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sevil Kərimova Qarabağ Universitetinin İncəsənət fakültəsində “Müasir geyim dizaynında etno üslub” adlı seminar keçib.Seminarda fakültə rəhbərliyi və tələbələr iştirak ediblər.Seminarda müxtəlif mədəniyyətlərin etno üslublarından, etno üslubun müasir geyim dizaynına inteqrasiyasından danışılıb.Daha sonra S.Kərimova tələbələrin və seminar iştirakçılarının suallarını cavablandırıb.

Akademik Yusif Məmmədəliyevə həsr olunmuş elmi seminar keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kulturologiya fakütəsində görkəmli alim və ictimai xadim, Azərbaycan Respublikası Elmlər Akademiyasının təşkilatçılarından biri, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, SSRİ Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, kimya elmləri doktoru, akademik Yusif Heydər oğlu Məmmədəliyevə həsr olunmuş elmi seminar keçirilib.“Akademik Yusif Məmmədəliyevin 120 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin […]

ADMİU-nun dosenti Türkiyədə ustad dərsi keçib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Keyfiyyət təminatı və strateji planlama departamentinin müdir müavini, Teatrşünaslıq kafedrasının dosenti Elçin Cəfərov Türkiyənin İstanbul şəhərində işgüzar səfərdə olub. Səfər çərçivəsində “Film heç bitməsin” beynəlxalq film festivalına hazırlıq məsələləri, ADMİU və Nişantaşı Universitetinin birgə həyata keçirməyi planlaşdırdığı “Teatr və kino yaradıcılığı üçün Süni intellekt – tədqiqat və analiz […]

“Sazlı, sözlü Göyçəm” adlı konsert keçirilib

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Musiqi sənəti fakültəsinin Aşıq sənəti kafedrası tərəfindən hazırlanmış “Sazlı, sözlü Göyçəm” adlı konsert keçirilib. Qərbi Azərbaycanın aşıq sənəti irsinin daha geniş tanıdılmasına həsr olunmuş konsertdə ADMİU rəhbərliyi, tanınmış mədəniyyət xadimləri, incəsənət nümayəndələri, saz sənətini sevərlər iştirak ediblər. ADMİU-nun professoru, Əməkdar artist […]

ADMİU-nun Elmi Şurasının növbəti iclası…

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Elmi Şurasının növbəti iclası keçirilib. İclasın əvvəlində Kitabxana-informasiya mərkəzinin illik hesabatı dinlənilib. Daha sonra Elm və yaradıcılıq işləri üzrə prorektor, dosent Sədaqət Əliyeva ADMİU-nun professor-müəllim heyətinin 2025-ci il üçün elmi-tədqiqat işlərinin yekun hesabatını məruzə edib. İclas cari məsələlərlə davam edib. Cari məsələlərdə Azərbaycan Respublikasının Prezident Aparatından daxil olmuş […]

ADMİU-da akademik Y.Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) görkəmli alim, akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan ADMİU-nun Elm və yaradıcılıq işləri üzrə prorektoru dosent Sədaqət Əliyeva qeyd edib ki, tədbirin keçirilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yusif Məmmədəliyevin anadan olmasının 120 illiyi ilə bağlı imzaladığı sərəncama əsaslanır. […]

ADMİU “İnklüziv Vyana balı”nda təmsil olunub

Azərbaycan Milli İncəsənət Muzeyində Avstriyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə gözəllik, musiqi və mühüm humanist ideyanı birləşdirən “İnklüziv Vyana balı” keçirilib.Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Ədəbiyyat və Dillər kafedrasının müdiri professor Fəridə Səfiyeva, həmçinin kafedranın müəllimləri Pərvin Bədəlbəyli, Pərvin Nəsirova, Günel Əliyeva və tələbələr Atilla İbrahimov, Ərgün Camalzadə, Banu Əlibəyova, Qnyaz Göyüşlü və […]

“Rəsm sehrinin altında”…

Azerbaycan Dövlət Mədəniyyət və İncəsənət UniversitetininMusiqi sənəti fakültəsinin İnstrumental ifaçılıq kafedrasının müəllim və tələbələrinin iştirakı ilə “Rəsm sehrinin altında: barokkodan bu günə…” adlı konsert proqramı təqdim olunacaq.Konsert zamanı XVII–XXI əsr bəstəkarlarının əsərləri səsləndiriləcək.Konsert 2 dekabr 2025-ci il saat 17:00 – da Azərbaycan Milli İncəsənət Muzeyinin İtalyan zalında baş tutacaq. Giriş sərbəstdir.

“Şəbi-hicran”

Dekabrın 5-i saat 19:00-da R.Behbudov adına Mahnı Teatrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbələrinin ifasında “Şəbi-hicran” adlı konsert-tamaşa keçiriləcək.Dahi bəstəkar, musiqişünas, pedaqoq Ü.Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş tədbirin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, xormeyster Əməkdar müəllim Təranə Yusifova, vokalçıları hazırlayan Xalq artisti Gülyaz Məmmədovadır. İfaçıları tarda Səxavət Məmmədov, kamançada […]