Universitetin xarici siyasətini həyata keçirən əsas struktur kimi ADMİU-nun Beynəlxalq prorektorluğunun tərkibində 2000-ci ildən “Beynəlxalq əlaqələr şöbəsi” fəaliyyətə başlamışdır.

2015-ci ildən universitetdə təhsil alan əcnəbi tələbələrə nəzarət və onların idarə edilməsi strukturun fəaliyyət istiqamətlərinə daxil olduğu üçün şöbənin adı dəyişdirilərək “Beynəlxalq əlaqələr və əcnəbi tələbələrlə iş şöbəsi” adı altında fəaliyyət göstərmiş, 2023-cü ildən isə universitetin beynəlxalq arenada layihələr üzrə fəaliyyətlərini nəzərə alaraq “Beynəlxalq layihələr və əcnəbilərlə iş şöbəsi” adlandırılmışdır.

Beynəlxalq layihələr və əcnəbilərlə iş şöbəsi universitetin fəaliyyət istiqamətinə uyğun olaraq beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması, yerli və xarici müəssisələrlə, beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək müxtəlif layihələrin işlənməsi və icrasını təmin edir. Layihə və qrant sahəsində qabaqcıl yerli və beynəxalq təcrübənin öyrənilməsi, qrant müsabiqələri və beynəlxalq layihələrdə universtetin pofessor-müəllim, tələbə, inzibati heyətini məlumatlandırma işinin təşkili, potensialının artırılması, iştiraklarının təmin edilməsi də Beynəlxalq layihələr və əcnəbilərlə iş şöbəsinin fəaliyyətinin prioritet istiqamətlərindəndir.

Şöbənin qarşısında duran öhdəliklərdən biri də universiteti, onun struktur bölmələrinin, inzibati və akademik heyətinin, tələbələrinin beynəlxalq layihə və qrantlarda uğurlu iştirakı üçün potensialın artırılması məqsədilə layihələrin idarəedilməsi və digər əlaqəli mövzular üzrə təlimlərin keçirilməsini təşkil etməkdir.

Şöbənin rəhbəri

Namiq Kərimovdur