“MÜASİR İNCƏSƏNƏT MƏKANINDA SÜNİ İNTELLEKT: PROBLEMLƏR VƏ PERSPEKTİVLƏR”

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti İnformasiya Texnologiyaları İnstitutu və Azərbaycan Texniki Universiteti ilə birgə “Müasir incəsənət məkanında süni intellekt: problemlər və perspektivlər” mövzusunda beynəlxalq elmi konfrans keçirməyi planlaşdırır. Konfrans 11 aprel 2025-ci il tarixində baş tutacaq. XXI əsrdə süni intellektin tətbiqi ictimai və iqtisadi baxımdan avtomatlaşdırmanı artırır, əmək bazarına, səhiyyəyə, dövlət idarəçiliyinə, sənayeyə, təhsilə, təbliğat və dezinformasiyaya […]

ADMİU-nun “Musiqi terapiyası” layihəsinin ilk tədbiri keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində  tətbiq olunan yeni “Musiqi terapiyası” layihəsinin ilk tədbiri Bakı Reabilitasiya Mərkəzində  əlilliyi olan şəxslərin psixoloji rifah halının yüksəldilməsi və onların sosiallaşmasına dəstək olmaq məqsədilə keçirilib. Konsertdə  ADMİU-da “Musiqi terapiyası” fənnini tədris edən Aysel Əzizova və Bakı Reabilitasiya Mərkəzinin rəhbəri Vüsalə Kazımova giriş sözü ilə çıxış ediblər. Daha sonra  ADMİU-nun “Xalq […]

Gender bərabərliyi mədəniyyətinin təbliği mövzusunda elmi seminar keçirilib

24 dekabr 2024-cü il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllimlər və tələbələr üçün “Gender bərabərliyi mədəniyyətinin təbliği və beynəlxalq təcrübə” adlı elmi seminar keçirilib.    Universitetin Elm və yaradıcılıq işləri üzrə prorektoru, əməkdar mədəniyyət işçisi, dosent Sədaqət Əliyeva seminarı giriş sözü açaraq, dövrümüzün aktual problemlərinə toxunub, gender bərabərliyi mədəniyyətinin təbliği istiqamətində tədbirlərin davamlı […]

ADMİU-nun əməkdaşı İsveçdə beynəlxalq tədbirdə iştirak edib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Beynəlxalq layihələr və əcnəbilərlə iş şöbəsinin müdiri Namiq Kərimov İsveçin Kral Texnologiya İnstitutunda (Royal Institute of Technology, KTH) baş tutan beynəlxalq tədbirdə iştirak edib.  Tədbirin əsas məqsədi Azərbaycanın ali təhsil müəssisələrində sahibkarlıq ekosisteminin gücləndirilməsi, akademik heyətin və tələbələrin sahibkarlıq düşüncəsinin inkişaf etdirilməsi, eyni zamanda innovativ yanaşmanın təkmilləşdirilməsi olub. Görüşün ilk […]

ADMİU-nun tələbələri “Beynəlxalq Əlillər Günü”nə həsr olunmuş tədbirə könüllü dəstək olublar

Noyabrın 28-də “Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyi Hilton Baku oteli ilə birlikdə 3 dekabr “Beynəlxalq əlillər günü”nə həsr olunmuş tədbir təşkil edib. Tədbirdə fiziki məhdudiyyətli gənclər üçün intellektual yarış keçirilib. Sonda Hilton Baku oteli tərəfindən iştirakçılara hədiyyələr və sertifikat təqdim olunub. ADMİU-nun sosial iş ixtisasının tələbələri tədbirə könüllü olaraq dəstək olublar.Gələcəkdə də əlilliyi […]

ADMİU-nun müəllimi Xarkov Dövlət Mədəniyyət Akademiyası tərəfindən keçirilən beynəlxalq elmi onlayn konfransda iştirak edib

Noyabrın 21-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kulturologiya fakültəsinin Muzeyşünaslıq kafedrasının müəllimi Əli Abuzərov onlayn formatda keçirilən və Xarkov Dövlət Mədəniyyət Akademiyasının 95 illiyinə həsr olunmuş “Mədəniyyətşünaslıq və sosial kommunikasiyalar: innovativ inkişaf strategiyaları” adlı beynəlxalq elmi onlayn konfransda iştirak edib. Müəllim konfransın açılışında çıxış edərək Xarkov Dövlət Mədəniyyət Akademiyasının 95 illik yubileyini təbrik […]

ADMİU-da COP29-a həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

10 dekabr 2024-cü il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP 29). həsr olunmuş “Mədəniyyətin ekoloji dayanıqlığa töhfəsi” mövzusunda Beynəlxalq elmi-nəzəri konfrans keçiriləcək. Konfransla maraqlananlar, məruzə ilə iştirak edə bilərlər. Son təqdimetmə tarixi: 30 sentyabr 2024-cü il Bildiriş Tarixi: 30 oktyabr 2024-cü il Konfrans […]

Azərbaycanlı xanım beynəlxalq müsabiqənin qaliblərindən olub

Bu günlərdə Özbəkistanın Daşkənd şəhərində keçirilən X Beynəlxalq Müasir İncəsənət Biennalesində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin “Təsviri sənət tarixi və nəzəriyyəsi” kafedrasının müəllimi Məhbarə Abbasovanın “Görünməyən aləmlər” kurator layihəsi ikinci yerə layiq görülüb. Layihənin rəssam iştirakçıları Nərgiz Əsgərova, Emin Mathers, Şəlalə Salamzadədir.  Özbəkistan Rəssamlıq Akademiyasının təşkilatçılığı ilə keçirilən Biennaledə ümumilikdə 42 […]

SABAH tələbələri beynəlxalq konfrasda

ADMİU-nun Yaradıcılıq layihələrin idarə olunması şöbəsinin mütəxəssisi Qasımov Toğrulun SABAH mərkəzinin Bədii yaradıcılıq və ekran dramaturgiyası ixtisası II təhsil ili tələbələri ilə “COP29 VƏ İNCƏSƏNƏT” mövzusunda keçdiyi təlim nəticəsində yazılan məqalələr Beynəlxalq konfransda dərc olunub. Eləcə də oktyabrın 26-da Azərbaycan Respublikası Gənclər Fondu və “ELM”Gənclərin sosial-intellektual inkişafına dəstək ictimai birliyinin təşkilatçılığı ilə keçirilən “Yaşıl Şuşa […]

ADMİU-nun dosenti Türkiyədə beynəlxalq konfransda iştirak edib

Türkiyənin İstanbul şəhərinin İstanbul Universitetində “Mədəni irsin konservasiyasında gənclər – YOCOCU” IX beynəlxalq konfransı keçirilib. Azərbaycanı təmsil edən həmtəşkilatçılardan biri “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin olduğu konfransda – Türkiyə, İtaliya, Yunanıstan, İspaniya, Almaniya, Rumıniya, Fransa, Portuqaliya, Avstriya, ABŞ, Xorvatiya, Rusiya, İran, Böyük Britaniya, Pakistan, Hindistan, Misir, Avstraliya və digər ölkələrdən qatılan 120-dən çox […]

ADMİU-da “Davamlı inkişafda yaşıl dünyanın rolu” adlı Dəyirmi masa keçirilib

Oktyabrın 22-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kulturologiya fakültəsinin Sosial-siyasi elmlər kafedrasının təşkilatçılığı ilə “BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29” mövzusuna həsr olunmuş “Davamlı inkişafda yaşıl dünyanın rolu” adlı Dəyirmi masa keçirilib. İclası giriş sözü ilə kafedranın müdiri, professor Xaləddin Sofiyev açaraq COP29 konfransının dünyəvi əhəmiyyətindən danışıb, […]

ADMİU-da Qadın hüquqları və gənc qızların maarifləndirilməsi üzrə tədbir keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Tələbə Gənclər Təşkilatı tərəfindən Qadın hüquqları və gənc qızların maarifləndirilməsi üzrə tədbir keçirilib. Tədbirdə universitet rəhbərliyi, tələbələr və qonaqlar iştirak ediblər. Görüşdə çıxış edən ADMİU-nun prorektoru dosent Sədaqət Əliyeva cəmiyyətimizdə qadına verilən dəyərdən, qadın hüquqlarının beynəlxalq səviyyədə qorunmasının əhəmiyyətindən bəhs edib. Qeyd edilib ki, Azərbaycanda hər zaman qadın […]