ADMİU tələbəsi Qazaxıstanda keçirilən beynəlxalq forumda Azərbaycanı təmsil edib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinin Xanəndə ixtisası II kurs tələbəsi Əşrəfova Sevda Qazaxıstanda «Saralshyq Upgrade 2026» Beynəlxalq Gənclər Forumunda Azərbaycanı təmsil edib. Beynəlxalq forum çərçivəsində müxtəlif ölkələrdən olan gənclərlə fikir və təcrübə mübadiləsi aparılıb, mədəniyyətlərarası əməkdaşlığın inkişafına töhfə verən görüşlər və tədbirlər keçirilib.

ADMİU tələbələri “Yay düşərgəsi – 2026”da fəal iştirak ediblər

7–12 sentyabr 2026-cı il tarixlərində Nabran qəsəbəsində yerləşən Təhsil İstirahət Mərkəzində “Yay düşərgəsi – 2026” təşkil olunub. Düşərgədə ölkənin müxtəlif ali təhsil müəssisələrini təmsil edən 700-ə yaxın tələbə iştirak edib.Düşərgənin əsas məqsədlərindən biri müxtəlif ali təhsil müəssisələrinin tələbələri arasında qarşılıqlı ünsiyyətin, əməkdaşlığın və təcrübə mübadiləsinin gücləndirilməsi olub.Proqram çərçivəsində tələbələr müxtəlif idman və intellektual yarışlarda, mədəni […]

ADMİU-nun baş müəllimi Mir Azər Abdullayev beynəlxalq incəsənət simpoziumunda iştirak edib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) baş müəllimi, Azərbaycan Rəssamlar İttifaqının üzvü, tanınmış rəssam Mir Azər Abdullayev Bolqarıstan Respublikasında keçirilən Beynəlxalq İncəsənət Simpoziumunda Azərbaycanı təmsil edib. Qara dəniz sahilində, Varna şəhərinin şimalında yerləşən “Rusalka” incəsənət mərkəzində ənənəvi olaraq keçirilən simpozium bu il 24 avqust – 2 sentyabr tarixlərini əhatə edib. 26-cı dəfə təşkil olunan […]

ADMİU-da süni intellekt əsaslı “Sintez” proqramı təqdim olunub

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) dörd əsas fakültəni əhatə edən, süni intellekt əsaslı “Sintez” proqramının rəsmi təqdimatı keçirilib. Rektorun və universitet rəhbərliyinin iştirak etdiyi görüşdə ənənəvi sənət təhsili ilə rəqəmsal texnologiyaların vəhdətindən doğan yeni imkanlar ətrafında geniş və səmərəli müzakirələr aparılıb.Proqramı Audiovizual sənətlər fakültəsi üzrə Anar Verdiyev, Fərhad Quliyev, Azər Həsənov, İctimaiyyətlə əlaqələr […]

Qazax tələbələr ADMİU-da elmi-tədqiqat təcrübəsi keçirlər

Kulyaş Bayseitova adına Qazaxıstan Milli İncəsənət Universitetinin 22 nəfər magistr tələbəsi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) elmi-tədqiqat təcrübəsi keçmək məqsədilə Azərbaycana səfər ediblər.Bu münasibətlə fevralın 16-da təcrübəçi tələbələrlə universitetin fakültə dekanları və kafedra müdirlərinin ilkin görüşü keçirilib.Görüşü salamlama nitqi ilə açan ADMİU-nun Tədris işləri üzrə prorektoru dosent Nigar Rüstəmova qeyd edib ki, 09.09.2023-cü […]

Dizayner tələbələrin buraxılış müdafiəsi keçirilib

ADMİU-nun Rəssamlıq fakültəsində magistratura səviyyəsi üzrə İnteryer dizaynı və Geyim dizaynı ixtisasları tələbələrinin buraxılış müdafiəsi keçirilib. Müdafiə prosesində magistrantlar tərəfindən hazırlanmış yaradıcılıq layihələri və tədqiqat işləri təqdim olunaraq, onların peşəkar bilik və bacarıqları nümayiş etdirilib. Qeyd edək ki, Geyim dizaynı ixtisası üzrə magistrantların elmi rəhbəri sənətşünaslıq üzrə fəlsəfə doktoru, baş müəllim Nəzakət Səfərovadır.Təqdim olunan işlər […]

ADMİU-nun prorektoru Sevil Kərimova və Xalq artisti Zamiq Əliyev mükafatlandırılıb

Bu günlərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sevil Kərimova və ADMİU-nun professoru, Xalq artisti Zamiq Əliyev yubileyləri münasibətilə Mədəniyyət Nazirliyinin Fəxri diplomları ilə təltif olunublar.Yubilyarlara mükafatları mədəniyyət naziri Adil Kərimli təqdim edərək onları əlamətdar yubileyləri münasibəti ilə təbrik edib, uzun ömür, can sağlığı və fəaliyyətlərində daha böyük […]

Bakı 2026: Dünya Şəhər Forumu ilə qlobal diqqət mərkəzində

2026-cı ildə Azərbaycanın paytaxtı Bakı şəhəri dünyanın aparıcı şəhərsalma mütəxəssislərini və beynəlxalq təşkilatların yüksək nümayəndələrini bir araya gətirəcək. Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Məskənləri Proqramı – UN-Habitat tərəfindən keçirilən Ümumdünya Şəhər Forumu – WUF13 ilk dəfə olaraq ölkəmizdə təşkil olunacaq. Forumun tədbirlər planına Azərbaycan üzrə cəmi iki universitet cəlb olunub ki, onlardan biri Azərbaycan Dövlət […]

Müəllif Hüquqları Agentliyinin İdarə Heyətinin sədri professor Kamran İmanov dəyərli nəşrlərini kitabxanamıza hədiyyə edib

Azərbaycan tarixşünaslığında və mədəni irsinin qorunması istiqamətində aparılan tədqiqatlarda saxtalaşdırılmış faktların ifşası mühüm yer tutur. Bu baxımdan, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri, intellektual mülkiyyət hüququ üzrə ekspert, professor Kamran İmanov tərəfindən hazırlanan tarixi-siyasi məzmunlu nəşrlər xüsusi əhəmiyyət kəsb edir. Bugünlərdə tanınmış dövlət xadimi K.İmanovun müəllifi olduğu 12 adda elmi əsər Azərbaycan Dövlət […]

ADMİU tələbələrinin Antalyada böyük uğuru

Türkiyənin Antalya şəhərində keçirilmiş “Akdeniz Sounds 2025” II Beynəlxalq Gənclər Festivalı və Müsabiqəsi Azərbaycan nümayəndə heyəti üçün əlamətdar uğurla yadda qalıb.Müsabiqə Akdeniz Universiteti və Qazaxıstan Milli Sənət Universitetinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbirin əsas məqsədi musiqi sahəsində gənc istedadların üzə çıxarılması, ölkələr arasında mədəni əməkdaşlığın genişləndirilməsi və beynəlxalq yaradıcılıq mühitinin inkişafına töhfə vermək olub.Festival […]

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Təhsilin İnkişafı Fondu “TəhsilPlus” layihəsi ilə bağlı müzakirə keçirilib

30 iyun 2025-ci il tarixində Təhsilin İnkişafı Fondunun (TİF) nümayəndələri tərəfindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) professor-müəllim və inzibati heyəti ilə müzakirə formatlı görüş keçirilib. “TəhsilPlus” layihəsi barədə məlumat verilib və layihə ilə bağlı universitet heyətinin təklifləri müzakirə olunub.Təhsil işçiləri üçün “TəhsilPlus” kartı proqramını pedaqoji heyəti, idarəedici heyəti, ümumiyyətlə, təhsil sahəsində çalışan bütün […]