ADMİU-nun dosenti Bişkekdə keçirilən XIV Respublika Teatr Festivalında münsif kimi iştirak edib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Keyfiyyət təminatı və strateji planlama departamentinin müdir müavini, Teatrşünaslıq kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Cəfərov 26-30 oktyabr 2026-cı il tarixlərində Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən XIV Respublika Teatr Festivalında münsiflər heyətinin üzvü kimi iştirak edib. Qırğız Respublikasının Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti Nazirliyinin təşkilatçılığı ilə keçirilən festival […]

ADMİU-da britaniyalı ekspertlə görüş keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) britaniyalı ekspert, kreativ sənayelər və mədəniyyət siyasəti üzrə beynəlxalq məsləhətçi, Tom Fleming Creative Consultancy şirkətinin direktoru Dr. Tom Fleminqlə görüş keçirilib. O, kreativ sənayelərin inkişafı, mədəniyyət siyasətinin formalaşdırılması və yaradıcı iqtisadiyyatın imkanlarının genişləndirilməsi sahəsində beynəlxalq səviyyədə tanınan mütəxəssisdir. Onun peşəkar fəaliyyəti 60-dan çox ölkədə kreativ sənayelərin inkişafına yönəlmiş […]

ADMİU-nun dosenti beynəlxalq festivalda münsif olub

19-22 oktyabr tarixində “Əndican – 2026 Türk Dünyasının Mədəniyyət Paytaxtı” tədbirləri çərçivəsində Özbəkistanda IV TÜRKSOY Beynəlxalq Teatr Festivalı keçirilib. TÜRKSOY, Özbəkistan Mədəniyyət Nazirliyi və Əndican Vilayəti əməkdaşlığı ilə baş tutan festivalda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistandan teatr kollektivləri iştirak ediblər. Azərbaycanı münsiflər heyətinin tərkibində ADMİU-nun Teatrşünaslıq kafedrasınnın dosenti Fəridə Cəlilova təmsil edib. Türk Dünyasının […]

ADMİU-nun müəllimləri MDB Ölkələrinin Milli Kulinariya Festivalında iştirak ediblər

Oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub. MDB Ölkələrinin Milli Kulinariya Festivalı Türkmənistanın 2026-cı ildə bu quruma sədrliyi ilə bağlı təşkil etdiyi tədbirlər çərçivəsində keçirilir. Festivalda səkkiz ölkə təmsil olunur. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə festival məkanında iki […]

ADMİU-nun müəllimləri FantazEU Mədəni İrs Festivalında iştirak ediblər

Oktyabrın 12-də Bakıda Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin, Avropa İttifaqına üzv dövlətlərin səfirliklərinin və Arts Council Azerbaijan təşkilatının tərəfdaşlığı ilə FantazEU Mədəni İrs Festivalı keçirilib. Festival Avropa İttifaqı ilə Azərbaycan arasında mövcud olan güclü tərəfdaşlığın daha da inkişafına, Avropa mədəni müxtəlifliyinin təbliğinə, həmçinin Avropa və Azərbaycan mədəni irsi arasındakı əlaqələrin nümayişinə töhfə vermək məqsədi ilə təşkil […]

ADMİU-nun dosenti beynəlxalq teatr festivalında münsif kimi iştirak edib

1-7 oktyabr 2026-cı il tarixlərində Astana şəhərində Qazaxıstanın Xalq artisti, “Parasat” və “Qurmet” ordenlərinin laureatı, görkəmli teatr və kino aktrisası Meruert Utekeşevanın 75 illik yubileyinə həsr olunmuş IV “TEATR ALL” Beynəlxalq Teatr Festivalı baş tutub.Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Özbəkistan və digər ölkələrdən aparıcı teatr kollektivlərinin, tanınmış mədəniyyət xadimlərinin qatıldığı beynəlxalq festivalda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət […]

ADMİU-da Elmi Şuranın növbəti iclası keçirilib

Oktyabrın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Elmi Şuranın növbəti iclası keçirilib. İclasın əvvəlində sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülən universitetin müəllimləri Vəfa Abbasova və Abbasağa Əlizadə təbrik ediliblər. Gündəlik üzrə 2025–2026-cı tədris ilinin məzunlarına elektron diplom və əlavələrinin verilməsi, 2026–2027-ci tədris ilində doktoranturaya və əcnəbilərin universitetə qəbulunun nəticələri barədə məlumatlar […]

ADMİU tələbələri TÜRKSOY Beynəlxalq Tələbə Teatr Festivalında mükafata layiq görülüblər

Qazaxıstanın Türkistan şəhərində Türk dünyasının gənc teatr nümayəndələrini bir araya gətirən IV Beynəlxalq TÜRKSOY Tələbə Teatr Festivalı başa çatıb.Festivalda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Türkiyədən teatr kollektivləri iştirak edib. Festival günlərində iştirakçı universitetlərin tələbə kollektivləri müxtəlif tamaşalar təqdim edib, nümayişlərdən sonra ustad dərsləri və peşəkar müzakirələr keçirilib.Festivalın bağlanış mərasimində iştirak edən kollektivlərə və qaliblərə […]

ADMİU-nun əməkdaşları “Almaniya təhsil və tədqiqat sahəsində tərəfdaş kimi” adlı info-sessiyada iştirak ediblər

7 oktyabr 2026-cı il tarixində Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təşkilatçılığı ilə “Germany as a Partner for Study and Research” (“Almaniya təhsil və tədqiqat sahəsində tərəfdaş kimi”) mövzusunda info-sessiya keçirilib. Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Beynəlxalq layihələr və əcnəbilərlə iş şöbəsinin müdiri Namiq Kərimov və Keyfiyyət təminatı və strateji planlama departamentinin Keyfiyyət […]

ADMİU tələbələri TÜRKSOY Festivalında çıxış ediblər

Qazaxıstanın Türküstan şəhərində keçirilən IV Beynəlxalq TÜRKSOY Tələbə Teatr Festivalı çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbələri “Ququ quşunun yuvası üzərindən uçuş” tamaşasını təqdim ediblər. Festival proqramında üçüncü tamaşa olaraq nümayiş olunan səhnə əsəri amerikalı yazıçı Ken Kizinin eyniadlı romanı əsasında Deyl Vassermanın səhnə uyğunlaşdırması əsasında hazırlanıb. Tamaşanın quruluşçu rejissoru ADMİU SABAH mərkəzinin […]