AzEdu.az Təhsil Portalı və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birgə təşkilatçılığı ilə ADMİU-da təhsil alan “Brend tələbə”lər təltif ediliblər. Tədbirdə AzEdu.az Təhsil Portalının direktoru Ləman Novruzova, ADMİU-nun Elm və yaradıcılıq işləri üzrə prorektoru Sədaqət Əliyeva, Audiovizual sənətlər fakültəsinin dekanı Gülnarə Hüseynova, Rəssamlıq fakültəsinin dekanı Səyalı Quliyeva, Musiqi sənəti fakültəsinin dekanı İradə Xəlilova, Kulturologiya […]
ADMİU-DA NÖVBƏTİ TƏLİMLƏR KEÇİRİLİB
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) professor-müəllim heyətinin peşəkar inkişafını dəstəkləmək məqsədilə iki istiqamətdə növbəti təlimlər keçirilib. Universitetin professor-müəllim heyətinin iştirak etdiyi bu təlimlər ADMİU-nun təhsil sahəsindəki dinamik inkişaf strategiyasına uyğun olaraq, tədris metodlarının modernləşdirilməsi və akademik heyətin elmi fəaliyyətinin beynəlxalq müstəvidə gücləndirilməsi məqsədilə təşkil olunub. Tədbiri giriş sözü ilə açan ADMİU-nun Tədris işləri […]
ADMİU-da ARUCAD Universiteti ilə əməkdaşlıq çərçivəsində görüş keçirilib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) ilə Şimali Kiprin Arkin Yaradıcı İncəsənət və Dizayn Universiteti (ARUCAD) arasında mövcud əməkdaşlıq əlaqələri çərçivəsində ARUCAD Universitetinin Sosial və Beynəlxalq əlaqələr üzrə prorektoru, Asst. Prof. Dr. İbrahim Dalkılıç ADMİU-nun qonağı olub. Universitetə səfəri zamanı İbrahim Dalkılıç tələbələrlə görüş keçirib, onlarla mövcud əməkdaşlıq imkanları, yaradıcılıq və təhsil istiqamətləri üzrə […]
ADMİU ilə Qazax Milli İncəsənət Akademiyası arasında növbəti müqavilə imzalanıb
Qazaxıstan Respublikasının Temirbek Jürgenov adına Qazax Milli İncəsənət Akademiyasının rektoru Arman Adelxanoviç Jidebaev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) qonaq olub və rektor Ceyran Mahmudova ilə görüşüb. Rəsmi görüşdə ADMİU-nun prorektorları Nigar Rüstəmova, Sədaqət Əliyeva, Sevil Kərimova, Fərhad Əliyev, Rektorun tədrisdə innovasiyalar üzrə müşaviri Validə Məmmədova və digər əməkdaşlar, eləcə də Qazax Milli İncəsənət […]
ADMİU-nun müəllimləri Almaniyada keçirilən konsertdə iştirak ediblər
Azərbaycanın Almaniyadakı səfirliyi Vətən müharibəsində şanlı Zəfərin 5-ci ildönümü və dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyi münasibətilə Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində “Sülh və birgəyaşayış” adlı təntənəli konsert təşkil edib. Gecədə Almaniyanın dövlət qurumlarının təmsilçiləri, xarici ölkələrin səfirləri, hərbi attaşeləri, media nümayəndələri, elm və mədəniyyət xadimləri, eləcə də Almaniyada yaşayan Azərbaycan, türk və […]
SABAH-da tamaşa günləri
Şanlı Zəfərimizin 5 illiyi münasibətilə ADMİU SABAH qruplarında keçirilən tamaşa həftəsi çərçivəsində “90 60 90. Niyə biz?” tamaşası uğurla təqdim olunub.Tamaşa izləyicilər tərəfindən böyük maraq və səmimi alqışlarla qarşılanıb. Gənclərin səhnədə yaratdığı enerji, duyğu və səmimiyyət tamaşanın əsas gücünə çevrilibTamaşanın quruluşçu rejissoru və kurs rəhbəri, Əməkdar artist Yaqut Paşazadə, gənc aktyorlar isə SABAH qrupları Aktyor […]
Zəfərimizin 5 ili münasibəti ilə “Allaha salam” filmi nümayiş olunub
Noyabrın 14-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Zəfərimizin 5 illiyinə həsr olunmuş “Tarixə çevrilən həqiqət- unutmadıq, unutmarıq …” adlı tədbir və “Allaha Salam” filminin nümayişi keçirilib. Tədbirdə millət vəkilləri, universitet rəhbərliyi, Vətən müharibəsi iştirakçıları, qazilər, tanınmış ictimaiyyət nümayəndələri, müəllimlər və tələbələr iştirak ediblər. Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirdə ölkəmizin müstəqilliyi və […]
ADMİU-da “Uşaq hüquqları: Psixoloji perspektivdən” mövzusunda təlim keçirilib
13 noyabr tarixində Uşaq hüquqları aylığı çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin psixoloqu, Sosial-mədəni fəaliyyət kafedrasının müəllimi psixoloq Aynur Rəhimova tərəfindən “Uşaq hüquqları: Psixoloji perspektivdən” mövzusunda tələbələr üçün maarifləndirici təlim təşkil olunub. Təlimdə uşaq hüquqlarına diqqətin psixoloji, peşəkar və humanistik əhəmiyyəti müzakirə edilib, “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının əsas prinsipləri və bu hüquqların uşaqların […]
Zəfər gününə həsr olunmuş növbəti tədbir…
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kulturologiya fakültəsinin Muzeyşünaslıq və turizm kafedrasının təşkilatçılığı ilə 050209-Kitabxanaçılıq və informasiya fəaliyyəti ixtisası üzrə təhsil alan tələbələrin “8 NOYABR-ZƏFƏR GÜNÜ”nə həsr olunmuş “Vətən bağı al-əlvandır” adlı vətənpərvərlik tədbiri keçirilib. Tədbir Azərbayanın müstəqilliyi və suverenliyi uğrunda canndan keçən qəhrəman şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla anılması və Azərbaycan Respublikasının Dövlət […]
ADMİU-nun prorektoru İkinci Dünya Sosial İnkişaf Sammitində iştirak edib
Qətərin paytaxtı Doha şəhərində BMT-nin İkinci Dünya Sosial Sammiti keçirilib.Sammitdə 8 mindən çox qonaq, o cümlədən dövlət və hökumət başçıları, nazirlər, alimlər, Birləşmiş Millətlər Təşkilatının təmsilçiləri, vətəndaş cəmiyyəti və özəl sektorun, gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.Azərbaycan Prezidentinin tapşırığı ilə sammitdə ölkəmizi Baş nazirin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.Nümayəndə heyətinə Azərbaycan əmək […]
ADMİU-da Zəfərin 5 illiyinə həsr olunmuş tədbirlər keçirilib
Noyabrın 7-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Ölkəmizin 44 günlük Vətən müharibəsində qazandığı şanlı qələbəmizin 5 illiyinə həsr olunan sərgi və tamaşa nümayiş olunub.“Zəfərin rəngi” adlı sərgidə ADMİU-nun Rəssamlıq fakültəsinin müəllimlərinin rəsm əsərləri yer alıb.Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanan tədbirin əvvəlində qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə çıxış edən universitetin […]
Əli Tudənin əsərlərindən ibarət çoxcildlik ADMİU-da
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kitabxana-informasiya mərkəzinə görkəmli ədəbiyyatşünas-alim, Əməkdar incəsənət xadimi, şair Əli Tudənin 20 cildlik “Əsərləri” toplusu bağışlanıb. Bu hədiyyə universitetin elmi-ictimai mühitində milli ədəbiyyat irsinin təbliği və öyrənilməsi baxımından mühüm elmi-mədəni hadisə kimi dəyərləndirilir. Bağışlanan çoxcildlik nəşr Əli Tudənin zəngin ədəbi yaradıcılığını, milli ideya və azadlıq düşüncəsini əhatə edən poeziya, […]













