Oktyabrın 10-da Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunun (ÖDSMİ) rektoru Nodirbek Seyfullayevin başçılığı ilə nümayəndə heyəti Azərbaycab Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) qonaq olublar. Görüşdə iki universitetin rəhbərliyi, professor-müəllim heyətindən nümayəndələr iştirak ediblər. Görüşü giriş sözü ilə açan ADMİU-nun rektoru professor Ceyran Mahmudova qonaqları salamlayıb, dost ölkənin tanınmış ali təhsil müəssisəsinin nümayəndələrini rəhbərlik etdiyi […]
ADMİU-nun müəllimləri beynəlxalq ekspertin təlimində iştirak ediblər
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı” nın 5.1.4 və 5.1.13-cü bəndlərinə əsasən, uşaqların zərərli informasiyadan qorunması istiqamətində tədbirlərin gücləndirilməsi məqsədilə, ayrı-ayrı sahələrdə çalışan mütəxəssislər üçün beynəlxalq ekspert Sophie Kiladzenin iştirakı ilə təlim keçirilib. Təlimlərdə uşaqların zərərli informasiyadan qorunması sahəsində Azərbaycan Respublikasında […]
Xalq artisti Həmidə Ömərovanın yeni kitabları
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) ilə Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) arasında əməkdaşlıq son illərdə kino təhsili, tədqiqat fəaliyyəti və yaradıcı layihələrin həyata keçirilməsi istiqamətində mühüm nəticələr vermişdir. Bu əməkdaşlıq Azərbaycanda audiovizual sənətlərin inkişafına, gənc mütəxəssislərin peşəkar formalaşmasına və kino irsinin qorunmasına xidmət edən çoxşaxəli fəaliyyətlərlə müşayiət olunur. Nəticədə, ADMİU ilə Azərbaycan Kinematoqrafçılar İttifaqı […]
ADMİU-da “Natamamlıq kompleksi və onun izləri” mövzusunda təlim keçirilib
Oktyabrın 8-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) “SABAH” qruplarının tələbələri üçün universitetin psixoloqu Aynur Rəhimova tərəfindən “Natamamlıq kompleksi və onun izləri” mövzusunda təlim təşkil olunub. Təlim zamanı natamamlıq hissi, natamamlıq və üstünlük kompleksi, həmçinin neqativ emosiyalar və onların yaratdığı psixoloji və davranış problemləri haqqında ətraflı məlumat verilib. Görüş zamanı tələbələrin mövzu ilə bağlı […]
ADMİU XI Bakı Beynəlxalq Kitab Sərgisində iştirakını müvəffəqiyyətlə başa vurub
Müasir dünyanın aktual çağırışlarına uyğun olaraq “Texno-insan: dünənin əfsanəsi, bugünün hadisəsi” mövzusuna həsr edilmiş XI Bakı Beynəlxalq Kitab Sərgisi işini yekunlaşdırıb. Oktyabr ayının 1-7 tarixlərində Bakı Ekspo Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş sərgidə ADMİU-nun Kitabxana-informasiya mərkəzi öz stendi ilə təmsil olunub. Ziyarətçilər dövlətçiliyimizə aid nəşrlər və ADMİU-nun akademik heyətinin 2020-2025-ci illərdə çapdan çıxmış əsərlərindən […]
ADMİU-da süni intellekt və kino mövzusunda görüş keçirildi
Bu gün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Süni intellekt və kino” mövzusunda maraqlı görüş keçirilib. Tədbirin qonağı İstanbul Nişantaşı Universitetinin İncəsənət və Dizayn fakültəsinin Radio, Kino və Televiziya bölməsinin rəhbəri Burcu Kurtiş olub.Görüşdə Burcu Kurtiş kino sənayesində süni intellektin rolu, yaradıcı proseslərə və istehsal mərhələlərinə təsiri, həmçinin bu texnologiyanın gələcəkdə rejissor və sənətçilər […]
ADMİU-nun prorektoru “Qoruqlar və Muzeylər– Keçmişdən Gələcəyə Körpü” adlı III Quba Simpoziumunda iştirak edib
Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə “Qoruqlar və Muzeylər– Keçmişdən Gələcəyə Körpü” adlı III Quba Simpoziumu keçirilib. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin, Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin təşkilatçılığı ilə keçirilən simpoziumda Quba Rayon İcra Hakimiyyətinin başçısının müavini xanım Səidə Abasova, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin […]
ADMİU-da Beynəlxalq Müəllimlər günü münasibəti ilə tədbir keçirilib
Oktyabrın 3-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Beynəlxalq Müəllimlər günü münasibəti ilə tədbir keçirilib. ADMİU Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti iştirak ediblər. ADMİU-nun rektoru professor Ceyran Mahmudova tədbiri giriş sözü ilə açaraq bütün müəllimləri bayram münasibəti ilə təbrik edib. “Müəllim” adının ucalığından danışan rektor bildirib ki, universitet […]
ADMİU-nun tələbələri Bakı İqlim Həftəsi çərçivəsində tədbirdə iştirak ediblər
Oktyabrın 2-də Bakı İqlim Həftəsi çərçivəsində “Dayanıqlı Expo: Planet üçün Sənət və İnnovasiya” tədbiri keçirilib. Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin tələbələri də öz əl işləri ilə iştirak ediblər.
ADMİU-nun rektoru Özbəkistanda keçirilən beynəlxalq elmi konfransda çıxış edib
Sentyabrın 27-də Özbəkistan Respublikasında “Sənətşünaslıq və kulturologiyanın aktual məsələləri: problemlər və həllər” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Özbəkistanın Elm, Təhsil və İnnovasiya Nazirliyi, Mədəniyyət Nazirliyi və Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət Universitetinin təşkilatçılığı ilə keçirilən Konfransda Özbəkistan, Azərbaycan, Türkiyə, Cənubi Koreya, Çin, Rusiya və başqa ölkələrin nümayəndələri çıxış ediblər. “Sənətşünaslıq və kulturologiyanın aktual məsələləri: problemlər […]
ADMİU-nun dosenti Qarabağ Universitetində elmi seminar keçib
Sentyabrın 26-da 27 Sentyabr – Anım günü münasibətilə Qarabağ Universitetində ADMİU-nun “Təsviri sənət tarixi və nəzəriyyəsi” kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aslan Xəlilovun “Müasir Azərbaycan rəngkarlığında tarixi zəfərin tərənnümü” mövzusunda elmi seminarı baş tutub. Seminarda 44 günlük Vətən müharibəsi, tarixi zəfər və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin portretlərinə həsr olunmuş əsərlərdən bəhs […]
ADMİU-nun tələbələri AMEA MEK-in Qarabağ Fondunu ziyarət ediblər
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kulturologiya fakültəsinin I kurs tələbələri və fakültənin müəllimi Günel İbrahimova AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) fəaliyyət göstərən Qarabağ Fondunu ziyarət ediblər. Ziyarət zamanı fondun rəhbəri Röksanə Səfərzadə tələbələrlə görüşərək fondun yaranma məqsədi, fəaliyyəti və toplanan materiallar barədə ətraflı məlumat verib. Qeyd edək ki, Röksanə Səfərzadə Vətən Müharibəsi şəhidi, […]












