ADMİU-nun kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib

Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar fevralın 26-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rəhbərliyi, professor-müəllim heyəti və tələbələr “Ana harayı” abidəsini ziyarət edib.Ziyarət zamanı soyqırımı qurbanlarının əziz xatirələri dərin ehtiramla anılıb, abidənin önünə qərənfillər düzülüb.

“UNİVERSİTETDƏN İŞ DÜNYASINA: GÜCLÜ CV-nin SİRLƏRİ” adlı təlim keçirilib

Fevralın 25-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Tədris şöbəsinin Ömürboyu təhsil, karyera və məzunlarla iş bölməsinin təşkilatçılığı ilə “UNİVERSİTETDƏN İŞ DÜNYASINA: GÜCLÜ CV-nin SİRLƏRİ” adlı təlim baş tutub.Təlim ADMİU-nun məzunu, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzinin, Təlim və ASAN İnnovativ İnkişaf Mərkəzi üzrə iş departamentinin […]

ADMİU-da rejissor Konstantin Soldatovla tələbələrin görüşü keçirilib

Fevralın 23-də Azərbaycanda yaşayan və yaradıcılıq fəaliyyətini ölkəmizdə davam etdirən rusiyalı teatr və kino rejissoru, prodüser və müəllim, “Qızıl maska” mükafatı laureatı Konstantin Soldatovun Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbələri ilə görüşü keçirilib.Konstantin Soldatov Bakıda müasir Teatr O2-ni yaradaraq ölkənin teatr mühitində eksperimental səhnə dili və innovativ yanaşmaları ilə fərqlənən layihələr həyata keçirir.Onun […]

Xocalı soyqırımına həsr olunmuş tamaşa nümayiş olunub

Tələbə Elmi Yaradıcılıq Cəmiyyətinin təşkilatçılığı ilə Teatr sənəti fakültəsinin I tədris ili tələbələrinin iştirakında “Qaranlıqdan İşığa” tamaşası nümayiş olunub.Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Sonda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudovanın adından Xocalı soyqırımı həqiqətlərinə həsr olunmuş “Qaranlıqdan […]

“Təhsil tələbə kreditləri üzrə məlumatlandırma və peşəkar bacarıqların təkmilləşdirilməsi” mövzusunda təlim keçirilib

Fevralın 24-də Təhsil Tələbə Krediti Fondu-nun təşkilatçılığı ilə “Təhsil tələbə kreditləri üzrə məlumatlandırma və peşəkar bacarıqların təkmilləşdirilməsi” mövzusunda növbəti təlim keçirilib. Təlimdə ali, orta ixtisas və peşə təhsili müəssisələrinin https://e-ttkf.edu.az/ portalı üzrə yeni təyin olunmuş 25 məsul şəxsi iştirak edib.Təlimdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini (ADMİU) fakültələr üzrə dekan müavinləri Əli Hacılı, Eldar Məmmədzadə, […]

Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Xocalı soyqırımının 34-cü ildönümünə həsr edilmiş anım tədbiri keçirilib. Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.ADMİU-nun Elm və Yaradıcılıq işləri üzrə prorektoru, dosent Sədaqət Əliyeva açılış […]

ADMİU-da Xocalı soyqırımına həsr olunmuş maarifləndirici görüş keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kulturologiya fakültəsi Sosial-siyasi elmlər kafedrasının müdiri, dosent Əfşan Şəfiyeva tərəfindən tələbələr üçün Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş maarifləndirici söhbət keçirilib.Görüş zamanı Ə. Şəfiyeva 1992-ci il fevralın 25-dan 26-na keçən gecə Xocalıda törədilmiş qanlı faciənin tarixi faktlardan söz açaraq, Azərbaycan xalqının başına gətirilmiş müsibətlərdən, faciə nəticəsində həlak olmuş […]

Beynəlxalq Turizm Bələdçiləri gününə həsr olunmuş təlim-treninq keçirilib

21 fevral Beynəlxalq Turizm bələdçiləri günü münasibətilə 21-24 fevral 2026-cı il tarixlərində AMEA Arxeologiya və Antropologiya İnstitutu və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birgə təşkilatçılığı ilə “Milli, maddi-mədəni irsin qorunması və bələdçilik praktikası” mövzusunda elmi-praktik təlim-treninq layihəsinə həyata keçirilib.Layihənin iki treninqi (21, 22 fevral) AMEA Arxeologiya və Antropologiya İnstitutunun İçərişəhərdə yerləşən muzey-sərgi zalında, […]

ADMİU-da Təqaüd Komissiyasının iclası keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) tələbəyönümlü təhsil mühitinin formalaşdırılması, akademik göstəricilərin yüksəldilməsi və sosial dəstək tədbirlərinin gücləndirilməsi universitetin inkişaf strategiyasının mühüm istiqamətlərindəndir. Fevralın 23-də ADMİU-da tələbələrin akademik nailiyyətlərinin qiymətləndirilməsi, sosial müdafiə mexanizmlərinin təmin edilməsi və təqaüd təyinatı prosesinin normativ sənədlərə uyğun həyata keçirilməsi məqsədilə Təqaüd Komissiyasının iclası keçirilib.Komissiyanın gündəliyinə cari semestr üzrə tələbələrin […]

ADMİU-da süni intellekt əsaslı “Sintez” proqramı təqdim olunub

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) dörd əsas fakültəni əhatə edən, süni intellekt əsaslı “Sintez” proqramının rəsmi təqdimatı keçirilib. Rektorun və universitet rəhbərliyinin iştirak etdiyi görüşdə ənənəvi sənət təhsili ilə rəqəmsal texnologiyaların vəhdətindən doğan yeni imkanlar ətrafında geniş və səmərəli müzakirələr aparılıb.Proqramı Audiovizual sənətlər fakültəsi üzrə Anar Verdiyev, Fərhad Quliyev, Azər Həsənov, İctimaiyyətlə əlaqələr […]

ADMİU-da 21 Fevral – Beynəlxalq Ana Dili Günü münasibəti ilə tədbir keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru professor Ceyran Mahmudovanın təşəbbüsü, ADMİU Tələbə Elmi Yaradıcılıq Cəmiyyətinin (TEYC) təşkilatçılığı ilə 21 Fevral – Beynəlxalq Ana Dili Günü münasibəti ilə geniş tərkibli elmi-ictimai tədbir təşkil olunub. Tədbir ana dilimizin dövlətçilik tariximizdə, milli-mənəvi dəyərlər sistemimizdə və milli kimliyimizin formalaşmasında tutduğu mühüm yerə həsr edilib. Azərbaycan Respublikasının Dövlət […]

ADMİU tələbələri Akademik Milli Dram Teatrının səhnəsində…

Fevralın 17-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) SABAH qrupları tələbələrinin ifasında V.Şekspirin “Hamlet” faciəsinin motivləri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunub.Tədbirdə millət vəkilləri, digər ali təhsil ocaqlarının rəhbərləri, incəsənət xadimləri, tanınmış ictimaiyyət nümayəndələri, ADMİU-nun rəhbərliyi və professor-müəllim heyəti, jurnalistlər iştirak ediblər.Tamaşadan öncə çıxış edən Mədəniyyət və İncəsənət […]