Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin müəllimləri Mir Azər Abdullayev və Röya Həsən, eləcə də Təsviri incəsənət müəllimliyi ixtisası məzunu Aydan Babayeva “AMİSS” İctimai Birliyi, “Leyla Khazary” Art qallery və “Arts Council Azerbaijan”-ın dəvəti ilə BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) fəal şəkildə iştirak ediblər.Forumda onların əsərləri sərgilənib, eyni zamanda forum […]
ADMİU-nun tələbəsinin ifası beynəlxalq səviyyədə yüksək qiymətləndirilib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) İnstrumental ifaçılıq kafedrasının təşkilatçılığı ilə keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş “Gələcəyin müəllimi” III Musiqi Müsabiqəsinin I yer qalibi, ADMİU-nun I tədris ili tələbəsi Vüsal Mahmudovun ifası beynəlxalq səviyyədə yüksək qiymətləndirilib.Müsabiqədə səsləndirilən əsərin müəllifi — müasir özbək bəstəkarı, Özbəkistan Dövlət Konservatoriyasının Bəstəkarlıq kafedrasının […]
ADMİU-nun prorektoru Özbəkistanda keçirilən beynəlxalq forumda iştirak edib
Mayın 18–19-da Daşkənddə Özbəkistan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Musiqi təhsili: qlobal miqyasda vahid məkana doğru” adlı I Beynəlxalq Forum keçirilib. Tədbirdə müxtəlif ölkələrin aparıcı yaradıcılıq və təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini (ADMİU) forumda beynəlxalq əlaqələr üzrə prorektor, dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimova təmsil edib.Forumun təntənəli açılış mərasimi […]
ADMİU-nun təşkilatçılığı ilə keçirilən “Gələcəyin müəllimi” III musiqi müsabiqəsi uğurla yekunlaşıb
5–14 may 2026-cı il tarixlərində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Musiqi sənəti fakültəsinin İnstrumental ifaçılıq kafedrasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş “Gələcəyin müəllimi” III musiqi müsabiqəsi keçirilib.Müsabiqənin bağlanış mərasimi mayın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) baş tutub. Tədbir çərçivəsində ilk olaraq müsabiqəyə həsr olunmuş videoçarx […]
ADMİU-nun müəllimi Stokholmda Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş konsertdə çıxış edib
Stokholmda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş klassik musiqi konserti keçirilib. Stokholm Tarix Muzeyinin “Barokko” zalında keçirilən tədbirdə Azərbaycanın İsveçdəki səfirliyinin əməkdaşları, Şimali Kipr Türk Cümhuriyyətinin Stokholmdakı nümayəndəliyinin rəhbəri Hakan Aksoy, İsveçin müxtəlif şəhərlərindən Azərbaycan diasporunun nümayəndələri, Danimarkadan gələn qonaqlar və İsveçin klassik musiqi həvəskarları iştirak ediblər. Diasporla İş üzrə Dövlət […]
“Startup School 4” layihəsinə həsr olunmuş təlim keçirilib
Mayın 13-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Sahibkarlıq və İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə “Startup School 4” layihəsinə həsr olunmuş maarifləndirici təlim keçirilib.Təlimin əsas məqsədi tələbə və müəllim heyətini innovasiya, startap ekosistemi və sahibkarlıq imkanları barədə məlumatlandırmaq, gənclərin innovativ təşəbbüslərə marağını artırmaq və onları beynəlxalq startap platformalarına inteqrasiya imkanları ilə tanış etmək olub.Təlim İqtisadi […]
ADMİU-nun dosenti Aslan Xəlilov Xalq rəssamı Maral Rəhmanzadəyə həsr olunmuş seminarda çıxış edib
13 may 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycanın ilk qadın Xalq rəssamı Maral Rəhmanzadənin yaradıcılığı” mövzusunda seminar keçirilib. Tədbir muzeyin Təsviri materiallar fondunun müdiri, memarlıq üzrə fəlsəfə doktoru, dosent Nardanə Yusifova tərəfindən fond materialları əsasında təşkil olunub.Seminarda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə […]
ADMİU-nun dosenti Naxçıvanda teatr festivalında iştirak edib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Keyfiyyət təminatı və strateji planlama departamentinin müdir müavini, Teatrşünaslıq kafedrasının dosenti Elçin Cəfərov 9-11 may tarixlərində Naxçıvan şəhərində keçirilən “Şərqin qapısı” teatr festivalında iştirak edib. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə və Naxçıvan Dövlət Milli Dram Teatrının 143 illiyinə həsr olunmuş festivalda Azərbaycan və Türkiyədən olan […]
ADMİU-nun müəllimi Türkiyədə keçirilən beynəlxalq simpozium və sərgidə iştirak edib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının baş müəllimi Tamilla Abdullayeva 28-30 aprel 2026-cı il tarixlərində Türkiyənin Hatay şəhərində keçirilən “Beynəlxalq Həbib-i Neccar Ənənəvi Türk Sənətləri Simpoziumu və Sərgisi”ndə seminar rəhbəri və qrup sərgi iştirakçısı olub.Tədbir Hatay Valiliyi, Hatay Vilayət Mədəniyyət və Turizm Müdirliyi, Hatay Böyükşəhər Bələdiyyəsi və […]
ADMİU-nun müəllimi “Virtual sərgilər və müasir təqdimat” mövzusunda ustad dərsi keçib
Mayın 13-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi, Əməkdar müəllim Nəzirə Əliyeva “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu və Soyqrım Memorial Kompleksinin təşkilatçılığı ilə “Virtual sərgilər və müasir təqdimat” mövzusunda ustad dərsi keçib.Tədbirin əsas məqsədi müasir rəqəmsal texnologiyaların muzey, sərgi və mədəniyyət sahəsində tətbiqi imkanlarını nümayiş etdirmək, virtual ekspozisiyaların hazırlanması prinsiplərini iştirakçılara təqdim etmək olub.Ustad […]
ADMİU tələbəsinin layihəsi- Heydər Əliyev təqaüdçülərinin ilk birgə konserti
Azərbaycan Milli İncəsənət Muzeyində ilk dəfə Heydər Əliyev təqaüdçülərinin birgə iştirakı ilə Ümummilli Liderin anadan olmasının 103 illiyinə həsr olunan instrumental kamera konserti keçirilib.Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən Universitetin rektoru professor Ceyran Mahmudova bu mötəbər layihədə çıxış edən gənc musiqiçilərin incəsənət sahəsində artıq ilk uğurlu addımlarını ataraq, […]
“Eco-Art” Festivalı keçirilib
Mayın 11-də Azərbaycan Milli Xalça Muzeyində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşkilatçılığı ilə Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) öncəsi keçirilən Bakı Şəhərsalma Kampaniyası çərçivəsində “Eco-Art” Festivalı keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Açılış nitqi ilə çıxış edən Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova şəhərin inkişafının yalnız memarlıq və infrastrukturla deyil, […]













