“Nar bağı” filminin yaradıcı heyəti Admiu tələbələri ilə görüşüb

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kinorejissor İlqar Nəcəfin “Nar bağı” filmi nümayiş olunub. Universitetin professor-müəllim və tələbə heyətinin iştirak etdiyi tədbirdə ekran əsərinin nümayişindən sonra yaradıcı heyət tələbələr ilə görüşüb.Tədbirdə Elm və yaradıcılıq işləri üzrə prorektor, professor Məryəm Əlizadə Teatrşünaslıq kafedrasının professoru, Əməkdar incəsənət xadimi Aydın Talıbzadə və Əməkdar incəsənət xadimi, dosent Əli Əmirli […]

Admiu tələbəsinin “Suyun rəngli yuxuları” adlı layihəsi

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin III kurs tələbəsi Nərmin Fərəcovanın Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında “Suyun rəngli yuxuları” adlı layihəsi baş tutub.Layihənin açılışında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun nümayəndəsi Mübariz Qadirov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov və Universitetin Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının müəllimi Aslan Xəlilov çıxış edərək, layihə […]

Admiu-da teatr rejissoru Karin Çapmanın ustad dərsləri yekunlaşıb

British Council Azerbaijan-ın təşkilatçılığı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 30 noyabr və 4 dekabr tarixinədək Birləşmiş Krallıqların teatr rejissoru Karin Çapman tərəfindən ustad dərsləri keçirilib. Universitetin SABAH qrupu Aktyor sənəti ixtisası üzrə təhsil alan tələbələrinin və fiziki məhdudiyyətli gənclərin iştirak etdiyi layihənin əsas məqsədi istedadlı gənclərdən ibarət qarışıq tərkibli qrup ilə işləyərək birgə […]

Admiu-nun müəllim və tələbə heyəti Baku Fashion Club-ın növbəti görüşündə

Excelsior Hotel & Spa-da moda sahəsinin ekspertləri, professional və həvəskarları üçün Lyubov Kutrovanın rəhbərlik etdiyi Baku Fashion Club-ın növbəti görüşü keçirilib.Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbə heyətinin iştirak etdiyi tədbirdə Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının dosenti, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova və digər modelyer rəssamlar “Gənc dizaynerin ilk addımları. Nədən başlamaq lazımdır?”, […]

Admiu-da Heydər Əliyevin anım gününə həsr olunmuş “Zirvədən zirvəyə və əbədiyyətə” adlı elmi seminar

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Ümumilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Zirvədən zirvəyə və əbədiyyətə” adlı elmi seminar keçirilib. Seminardan öncə professor-müəllim və tələbə heyəti Universitetdə yerləşən Heydər Əliyev büstünün qarşısına əklil qoyublar.“Heydər Əliyev Mədəniyyət və İncəsənət Məktəbi”ndə baş tutan tədbirdə Universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva “Heydər Əliyevin mədəniyyət […]

Admiu müəlliminin “Azərbaycan bədii tikmə sənəti” mühazirəsi

Heydər Əliyev Mərkəzi və Regional İnkişaf İctimai Birliyinin (RİİB) təşkilatçılığı ilə Masallı rayonu “ASAN Həyat” kompleksindəki Heydər Əliyev İncəsənət Məktəbində “Azərbaycan bədii tikmə sənəti” mövzusunda mühazirə təşkil olunub. Mühazirəni Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin dekan müavini, Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının müəllimi Türkan Abbasova aparıb. Tədbirdə Azərbaycan bədii tikmə sənətinin meydana […]

Admiu-da “Heydər Əliyev irsi: elmi-praktik seminarlar” layihəsi çərçivəsində növbəti seminar keçirilib

Heydər Əliyev Mərkəzinin “Heydər Əliyev irsi: elmi-praktik seminarlar” layihəsi çərçivəsində növbəti seminarı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində baş tutub.“Heydər Əliyev Mədəniyyət və İncəsənət Məktəbi”ndə keçirilən seminarda Universitetin professor-müəllim və tələbə heyəti üçün eyni zamanda Masallı rayonunda keçirilən tədbir ilə bir başa canlı əlaqə yaradılaraq, “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatının inkişaf strategiyası” mövzusunda müzakirələr dinlənilib.Azərbaycan […]

Admiu müəllim və tələbələrinin “Klassik musiqi axşamı” konserti

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı ilə növbəti konsert proqramı baş tutub. Musiqi sənəti fakültəsinin professor-müəllim və tələbə heyətinin iştirak etdiyi “Klasssik musiqi axşamı” konsertində ön söz ilə Musiqi tarixi və nəzəriyyəsi kafedrasının müəllimi Sara Muradova çıxış edib.Konsertdə ilk olaraq müəllim Təranə Yusifovanın rəhbərliyi altında Universitetin xor kollektivi “Blamann” əsərini ifa […]

Admiu-nun əməkdaşları Hindistanda keçirilən “Ruhiyyat” adlı sufi və mistik musiqi festivalında

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşları Hindistanın Mumbai və Dehli şəhələrində keçirilən “Ruhiyyət” adlı Sufi və Mistik Musiqi Festivalında iştirak edib.Artıq 18 ildir ki, mütəmadi olaraq hər il Hindistanın 10-dan çox şəhərlərində (Kolkata, Dehli, Mumbayi, Banglaur və digər) keçirilən festival Türkiyə, Azərbaycan, Misir, Afrika, Kəşmir, Rusiya, Hindistan və digər ölkələrdən tanınmış musiqiçilər dəvət olunur.Festivalın […]

Admiu-da tələbələrarası “Poliqon” intellektual yarışı keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə tələbələrarası “Poliqon” intellektual yarışı keçirilib. “Kəşfiyyat”, “Hədəf”, “Girov” və “Zəfər” mərhələlərindən ibarət olan yarışda Aktyor sənəti, Musiqi sənəti, Kino və televiziya, Rəssamlıq, Kulturologiya fakültələrinin tələbələrindən ibarət 6 kamanda iştirak edib.Yarışın əsas məqsədi gənclərdə vətənpərvərlik ruhunun aşılanmasına həsr olunub. Sonda Kino və televiziya fakültəsinin tələbələri […]

Admiu-da “İdarəetmədə səmərəlilik və motivasiya” mövzusunda seminar keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “İdarəetmədə səmərəlilik və motivasiya” mövzusunda seminar keçirilib. Kulturologiya fakültəsinin Sosiologiya ixtisasının I, II və Sosial iş ixtisasının I, II, III kurs tələbələrinə hazırda sosial idarəetmə sahəsində kifayət qədər aktual səslənən, hər kəsin diqqətini çəkən mühüm məsələlərə aydınlıq gətirilib.İnteraktiv seminar xarakteri daşıyan tədbirdə təlimçi və mühazirəçi Universitetin müəllimi, sosioloq-menecer, sosial […]

Admiu-da teatr rejissoru Karin Çapmanın ustad dərsi keçirilir

30 noyabr və 4 dekabr tarixində British Council Azerbaijan-ın təşkilatçılığı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ustad dərsi keçirilir. Universitetin SABAH qrupu Aktyor sənəti ixtisası üzrə təhsil alan tələbələrinin və fiziki məhdudiyyətli gənclərin iştirak etdiyi ustad dərsi Birləşmiş Krallıqların teatr rejissoru Karin Çapman tərəfindən aparılır.Layihənin əsas məqsədi həm sağlam, həm də fiziki məhdudiyyətli istedadlı […]