Hörmətli Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rəhbərliyi və əziz kollektiv!

Sizi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının 25 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edirik! Bu əlamətdar tarix təkcə bir ali təhsil ocağının yubileyi deyil, eyni zamanda Azərbaycan təsviri sənətinin müasir inkişaf yolunun, yaradıcılıq axtarışlarının və formalaşmış sənət məktəbinin mühüm mərhələsidir. Akademiya ötən illər ərzində milli rəssamlıq ənənələrinin qorunması, zənginləşdirilməsi və dünya incəsənət məkanına inteqrasiyası istiqamətində mühüm uğurlara […]

Xalq şairinin xatirəsinə həsr olunmuş “Bəxtiyaram mən” konserti keçirilib

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsi Muğam sənəti kafedrasının təşkilatçılığı ilə Xalq şairi, ictimai xadim, akademik Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr edilmiş “Bəxtiyaram mən” adlı konsert proqramı keçirilib.Konsertdə ADMİU-nun rəhbərliyi, professor-müəllim heyəti, digər universitetlərin rektorları, ictimaiyyət nümayəndələri, musiqisevərlər iştirak ediblər.Konsert proqramında Muğam sənəti kafedrasının tələbələri […]

ADMİU Elmi Şurasının 2025-ci ildə son iclası keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Elmi Şurasının 2025-ci ildə sonuncu iclası keçirilib.İclasın gündəlik məsələlərinə keçməzdən öncə universitetin rektoru professor Ceyran Mahmudova son Elmi Şura iclasından keçən vaxt ərzində dünyasını dəyişmiş Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının müəllimi Dilarə Hüseynova və Səhnə danışığı kafedrasının professor, Əməkdar müəllim Nadir Hüseynovun xatirələrini yad edərək, Allahdan onlara rəhmət […]

SƏNƏTİN ZAMANLA HARMONİYASI: VÜQAR ƏLİ

ADMİU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sevil Kərimovanın Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Zamanın qanadlarında. Vüqar Əli” adlı kitabı çapdan çıxıb. Nəfis tərtibatda nəşr olunan kitab ADMİU-nun dosenti, Əməkdar rəssam Vüqar Əlinin yaradıcılıq yoluna həsr edilmiş sanballı tədqiqat – portret əsəridir. Azərbaycan və ingilis dillərində hazırlanan kitab-albomda milli incəsənətimizin ən maraqlı nəslini […]

“Tələbədən tələbəyə” layihəsi uğurla davam edir

Müasir pedaqoji və psixoloji tədqiqatlar incəsənətin yalnız estetik zövq formalaşdırmadığını, həm də öyrənməni dərinləşdirdiyini təsdiqləyir. Səhnə əsərləri hadisələri emosional şəkildə yaşatdığı üçün biliklərin yaddaşda daha uzun müddət qalmasına səbəb olur. Bu səbəbdən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) “Tələbədən tələbəyə” layihəsinə start verib.ADMİU tələbələri tərəfindən hazırlanan uğurlu tamaşaların, konsert proqramlarının, təsviri sənət nümunələrinin orta […]

ADMİU-nun mətbuat katibi “Azərbaycan milli mətbuatının 150 illiyi” medalı ilə təltif olunub

Bu günlərdə media nümayəndələri “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilir.Təltif olunanlar arasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) mətbuat katibi Şahanə Mahmudzadə (Şahanə Müşfiq) də var.Təltif olunan şəxslər uzunmüddətli və səmərəli fəaliyyəti, peşəkarlığı, operativ və obyektiv informasiya təminatındakı xidmətləri, eləcə də Azərbaycan milli mətbuatının inkişafına verdikləri töhfələrə […]

SƏHNƏNİN AYNASINDA SÖZ: AYDIN TALIBZADƏNİN RESENZİYA POETİKASI

ADMİU-nun Teatrşünaslıq kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Aydın Talıbzadənin “Güzgü effekti” adlı ikicildlik resenziyalar toplusu çap olunub. Nəşrdə müəllifin son 45 ilin teatr prosesləri, səhnə tamaşaları, dramaturji mətnləri və teatrşünaslıq sahəsində aparılan elmi araşdırmaları əhatə edən analitik resenziyaları sistemli şəkildə toplanmışdır. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan peşəkar milli teatrının 150 illik […]

ADMİU Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqresin bədii hissəsində

Dekabrın 19-da Heydər Əliyev Mərkəzində Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) yaranmasının 90 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konqresin açılış mərasimi keçirilib.İlk olaraq Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban verən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Konqresin açılış mərasimində səhiyyə naziri […]

ADMİU-da Keyfiyyət Təminatı Komissiyasının növbəti iclası keçirilib

19 dekabr 2025-ci il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Keyfiyyət Təminatı Komissiyasının növbəti iclası keçirilib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Keyfiyyət Təminatı Komissiyasının növbəti iclası keçirilib. İclasda ali təhsildə keyfiyyətin yüksəldilməsi, tədris və idarəetmə proseslərinin təkmilləşdirilməsi, müasir çağırışlara uyğun strateji yanaşmaların müzakirəsi, eləcə də Keyfiyyət Təminatı Komissiyasının illik fəaliyyət planının […]

Türkiyəli mütəxəssislərin SABAH qruplarında təlimləri yekunlaşıb

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) SABAH qruplarında 15–19 dekabr 2025-ci il tarixlərində keçirilən SABAH Təlim Günləri çərçivəsində Türkiyədən dəvət olunmuş mütəxəssislər Ruteba Doğan və Mustafa Kayabaşının iştirakı ilə “Zaman, Günah və Hekayə” yazı emalatxanası və “Realist aktyor məktəbində təməl prinsiplərin təlimi” mövzusunda təlimlər təşkil edilib.Keçirilən təlimlər tələbələrə hekayə və mətn quruculuğu, dramaturji düşüncə, […]

Görkəmli bəstəkarların xatirəsinə həsr edilmiş “İllər, illər” adlı konsert keçirilib

Dekabrın 22-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Musiqi sənəti fakültəsi Estrada sənəti kafedrası tərəfindən Xalq artisti, bəstəkar Tofiq Quliyev və Xalq artisti, bəstəkar Emin Sabitoğlunun xatirəsinə həsr edilmiş “İllər, illər” adlı konsert keçirilib. Konsertdə ADMİU-nun rəhbərliyi, professor-müəllim heyəti, digər universitetlərin rektorları, ictimaiyyət nümayəndələri, musiqisevərlər iştirak ediblər. […]

Məzunlar Assosiasiyasının tədbiri keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Məzunlar Assosiasiyası tərəfindən “Uğur hekayəsi” adlı silsilə tədbirlərin növbətisi baş tutub.Məzunlar Assosiasiyasının sədri Abbasağa Əlizadənin aparıcı ilə keçən tədbirin əsas məqsədi uğur qazanmış məzunların həyat və karyera yolunu gənclərlə bölüşmək, tələbə–məzun əlaqələrini gücləndirmək və Assosiasiyanın fəaliyyətinin əhəmiyyətini vurğulamaqdır.Tədbirin açılışında ADMİU-nun prorektoru, dosent Nigar Rüstəmova çıxış edərək Məzunlar Assosiasiyasının […]