Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin IV kurs “Təsviri incəsənət müəllimliyi” ixtisası tələbələri 2025-2026-cı tədris ilinin 16 fevral – 22 may tarixlərində Bakının Yasamal rayonunda yerləşən 175, 176 və 225 nömrəli tam orta ümumtəhsil məktəblərində pedaqoji təcrübəni keçməkdə davam edirlər.4-5 may 2026-cı il tarixlərində ADMİU-nun Təsviri sənət kafedrasının baş müəllimi Kəmalə Cəfərzadənin […]
“Pillə 4” Respublika Tələbə Tamaşaları Festivalının ikinci günü maraqlı tamaşalarla yadda qalıb
Mayın 4-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşkilatçılığı, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Akademik Musiqili Teatrının tərəfdaşlığı ilə keçirilən “Pillə 4” Respublika Tələbə Tamaşaları Festivalı öz işini uğurla davam etdirir.Mayın 5-i- festivalın 2-ci günü də tamaşa müzakirələri və müxtəlif […]
İsrafil İsrafilovun Türkiyədə çap olunmuş kitabının təqdimat mərasimi keçirilib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində sənətşünaslıq elmləri doktoru, professor, Əməkdar incəsənət xadimi İsrafil İsrafilovun Türkiyədə çap olunmuş “Stanislavski ve Oyunculuk sanatının grameri” (“Stanislavski və aktyor sənətinin qrammatikası”) kitabının təqdimat mərasimi keçirilib.Təqdimat mərasimində müəllif İsrafil İsrafilov, tərcüməçilər Ali Asker və Mahire Asker, Elm və yaradıcılıq işləri üzrə prorektor Sədaqət Əliyeva, universitetin professor-müəllim heyəti, Teatr sənəti […]
Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş konfrans keçirilib
Mayın 5-də ADMİU-nun Kulturologiya fakültəsinin Muzeyşünaslıq və turizm kafedrasının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr edilmiş “Ağıllı mədəniyyət: mövcud vəziyyət və inkişaf perspektivləri” mövzusunda tələbə elmi konfransı keçirilib.Konfrans universitetin kitabxanasında baş tutub. Tədbirin açılışında Kulturologiya fakültəsinin dekanı, dosent Səyavuş Məhişov çıxış edərək rəqəmsal texnologiyaların müasir dövrdə mədəniyyət və turizm sahələrinin […]
ADMİU-nun rektoru “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının icrası çərçivəsində keçirilən iclasda çıxış edib
Mayın 5-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının icrası çərçivəsində “İncəsənətin inkişafına dair dövlət proqramı layihəsinin hazırlanması” yarımbəndinin həyata keçirilməsi məqsədilə yaradılmış Komissiyanın ilk iclası və proqram üzərində çalışan İşçi qrupunun növbəti toplantısı keçirilib.İclasda mədəniyyət naziri Adil Kərimli, kollegiyanın üzvləri – Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu, Azərbaycan Dövlət Mədəniyyət və […]
PİLLƏ 4 Respublika Tələbə Tamaşaları Festivalı öz işinə başladı
Mayın 4-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşkilatçılığı, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Akademik Musiqili Teatrının tərəfdaşlığı ilə keçirilən “Pillə 4” Respublika Tələbə Tamaşaları Festivalının açılış mərasimi baş tutub.Tədbirdə qeyd olunub ki, 2022-ci ildə universitetin 100 illik yubileyinə töhfə […]
Elmi Şuranın növbəti iclası baş tutub
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Elmi Şurasının növbəti iclası keçirilib.İclasın əvvəlində universitetin rektoru professor Ceyran Mahmudova Rəssamlıq fakültəsinin Təsviri sənət kafedrasının baş müəllimi, Samir Qafarovu 60 illik yubileyi münasibəti ilə təbrik edib, ona can sağlığı, uğurlar arzu edib.Davamında rektor Rəssamlıq fakültəsinin Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının müdiri, Xalq rəssamı, professor Arif Əzizə Türk […]
ADMİU “Bakı Marafonu 2026″da…
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU)Tələbə Elmi Yaradıcılıq Cəmiyyəti (TEYC) üzvləri Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan“Bakı Marafonu 2026″da iştirak ediblər.Tədbirin əsas məqsədi cəmiyyətdə sağlam həyat tərzinin təbliği, gənclərin fiziki aktivliyə təşviqi və ictimai həmrəyliyin gücləndirilməsidir. TEYC üzvlərinin bu tədbirdə iştirakı tələbələrin sosial və ictimai fəaliyyətlərə aktiv inteqrasiyasının göstəricisidir.Qeyd edək ki, bu kimi […]
“Şəhər mühitində mədəni irs və müasir incəsənət dialoqu” mövzusunda panel müzakirələr keçirilib
Mayın 1-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı ilə “Şəhər mühitində mədəni irs və müasir incəsənət dialoqu” mövzusunda panel müzakirələr keçirilib.Müzakirələr Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına hazırlıq məqsədilə BMT-nin Məskunlaşma Proqramı və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşəbbüsü olan Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində baş tutub.Konfransın əvvəlində Azərbaycan Respublikasının Dövlət […]
ADMİU-nun SABAH qruplarının uğurları “Mədəniyyət” kanalında
ADMİU-nun SABAH Mərkəzinin rəhbəri, Əməkdar artist Nofəl Vəliyev, müəllim Mikayıl Mikayılov, tələbələr Rahib Allahquliyev və Atilla İbrahimli “Mədəniyyət” kanalının “Səhərçağı” verilişinin qonağı olublar.Onlar proqramda fevralın 17-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) SABAH qrupları tələbələrinin ifasında nümayiş olunmuş “Hamlet” kriminal-dramı, eləcə də yaxın günlərdə Qırğızıstanın Bişkek şəhərində keçirilən […]
ADMİU-nun tələbələri Şuşa Humanitar Kollecinin səhnəsində
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Yaradıcılıq Layihələrinin İdarə Olunması şöbəsinin təşəbbüsü ilə universitetin istedadlı tələbələri Şuşa Humanitar Kollecinin akt zalında tanınmış dramaturq Rövşən Ağayevin müəllifi olduğu “Bir gecənin nağılı” tamaşası ilə çıxış ediblər.Tamaşa kollecin tələbələri və müəllim heyəti tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Səhnə əsəri gənclərin diqqətini cəlb etməklə yanaşı, onlarda teatr […]
ADMİU-da 25-ci dəfə “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” mövzusunda konfrans keçirilib
Aprelin 30-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” mövzusunda XXV Beynəlxalq elmi-praktiki konfrans keçirilib. Konfransa ölkə daxilindən və xaricdən müxtəlif ali məktəb və mədəniyyət ocaqlarını təmsil edən elm adamları qatılıblar. Konfransı giriş sözü ilə açan ADMİU-nun rektoru, professor Ceyran Mahmudova qonaqları salamlayıb və konfransın işində uğurlar diləyib. Rektor […]













