Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor, Əməkdar incəsənət xadimi Fərəh Əliyeva Universitetin bakalavr və magistr pilləsini fərqlənmə diplomu ilə bitirən tələbələr ilə görüşüb.Univeritetin tərkibindəki “Heydər Əliyev Mədəniyyət və İncəsənət Məktəbi”ndə baş tutan tədbirdə rektor tələbələri təbrik edib və onları təhsil aldıqları müddətdə yüksək nailiyyətlər əldə edərək, Universiteti fərqlənmə diplomu ilə bitirdiklərinə görə Fəxri […]
Admiu-nun rektoru Londonda ənənəvi incəsənət üzrə şahzadə məktəbinin tədbirində iştirak edib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor, əməkdar incəsənət xadimi Fərəh Əliyeva “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə London şəhərində Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbinin illik yekunlarına həsr olunmuş hesabat sərgisində iştirak edib.Ənənəvi olaraq hər il Şəhzadə Çarlzın iştirakıyla keçirilən, məzunların fəaliyyətinin nəticələrini təbliğ və beynəlxlaq […]
Admiu-nu 2017-ci il fərqlənmə diplomu ilə bitirən məzunları
Əlizadə Abbasağa Fazil oğlu 13 yanvar 1995-ci ildə Bakı şəhərində anadan olub. 2002-2013-cü illərdə Suraxanı rayonu 282 nömrəli orta məktəbdə təhsil alıb. 2013-2017-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bakalavr pilləsində təhsil alıb və bu il Kino və televiziya fakültəsinin Kinoşünaslıq ixtisasını fərqlənmə (91 A) diplomu ilə bitirir.Universitetdə təhsil aldığı müddətdə Azərbaycan Televiziyasında “MAG” […]
Meksika Birləşmiş Ştatlarının səfiri Admiu-nun qonağı olub
Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı xoşməramlı ilk səfiri Xuan Rodriqo Labardini Flores Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin qonağı olub və Universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva ilə görüşüb.Görüş zamanı hər iki ölkənin tarixi və mədəniyyəti haqqında məlumatlar verilib və ölkəmizin Meksika üçün vacib tərəfdaş olduğu vurğulanıb.İncəsənətin bütün sahələrini əhatə edən yeganə Universitet olduğunu […]
Admiu tələbələrinin beynəlxalq müsabiqədə növbəti uğuru
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbə heyəti Macarıstanın Balaton və Vesperm şəhərlərində keçirilən “Renessans” Beynəlxalq Festivallar çərçivəsində “XVII Balaton-Youth-Art” festivalında iştirak edib.Musiqi sənəti fakültəsinin İnstrumental ifaçılıq kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Səbinə Mehdiyeva beynəlxalq festival-müsabiqəyə münsiflər heyətinin üzvü kimi dəvət olunub.Müsabiqədə kafedranın dosenti Zəhra Qarayevanın müşayiəti ilə I kurs tələbələri […]
Admiu-da elmi şura iclası keçirilib
11 iyul 2017-ci il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində növbəti Elmi şura iclası keçirilib. Universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva şura üzvlərini salamlayaraq və 3-7 iyul tarixində Macarıstanın Balaton və Vesperm şəhərlərində keçirilmiş “Renessans” Beynəlxalq Festivallar çərçivəsində “XVII Balaton-Youth-Art” festival-müsabiqəsindən uğurla dönən, ölkəmizi layiqlə təmsil etdiklərinə görə orada iştirak edən Musiqi […]
Admiu-nun əməkdaşı “Avropada sosial iş təhsili: çətinliklər və maneələr” adlı beynəlxalq konfransda
27-29 iyun 2017-ci il tarixində UNESCO-un dəstəyi ilə Avropa Sosial İş Məktəbləri Assosiasiyası, Fransada Sosial İş Təhsili və Tədqiqatı üzrə Milli Birlik Fransanın Paris şəhərində elmi-praktik konfrans keçirib.“Avropada sosial iş təhsili: çətinliklər və maneələr” mövzusunda keçirilən konfransda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini Kulturologiya kafedrasının müdiri, dosent Sədaqət Əliyeva təmsil edib.Avropanın müxtəlif ölkələrini, Kanada, Filippin, […]
İsrafil İsrafilov birinci ümumdünya teatr festivalında iştirak edir
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatrşünaslıq kafedrasının professoru, sənətşünaslıq üzrə elmlər doktoru, Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının üzvü İsrafil İsrafilov Qazaxıstanda Birinci Ümumdünya Teatr Festivalında iştirak edib. O, Astanada keçirilən “EKSPO 2017 beynəlxalq sərgisi” proqramı çərçivəsində SSRİ və Qazaxıstanın xalq artisti, Dövlət mükafatı laureatı, professor Asanali Aşimovun 80 illik yubileyinə həsr olunmuş Teatr Festivalına […]
Admiu-nun rektoru “Böyük İpək yolu: Şərq və Qərb mədəniyyətlərinin qarşılıqlı əlaqələri” II forumunda iştirak edib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor, əməkdar incəsənət xadimi Fərəh Əliyeva Qazaxıstan Milli İncəsənət Universitetində keçirilən İpək yolu ölkələrinin musiqi və incəsənət tədris ocaqlarının “Böyük İpək yolu: Şərq və Qərb mədəniyyətlərinin qarşılıqlı əlaqələri” («Великий Шелковый путь: взаимодействие культур Запада и Востока») II Forumunda iştirak edib. ADMİU-nun rektoru ilə yanaşı foruma 13 ölkənin ali […]
Admiu-nun müəllimi VIII beynəlxalq ustad sənət simpoziumunda iştirak edib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Rəssamlıq fakültəsi Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının müəllimi Vüqar Əliyev Belarusiyanın Mogilev şəhərində 29 may-10 iyun 2017-ci il tarixlərində keçirilən “Mogilev qonaqların gözü ilə” beynəlxalq simpoziumda iştirak edib. Mogilev şəhərinin 750 illiyinə həsr olunan simpoziuma dünyanın doqquz ölkəsindən, Belarus, Rusiya, Azərbaycan, Çin, Hindistan, Litva, Makedoniya, Ukrayna və Özbəkistandan rəssamlar […]
Admiu-nun dosenti Yeganə Eyvazovanın monoqrafik broşurası işıq üzü görüb
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Muzeyşünaslıq kafedrasının müdiri, pedaqogika elmlər üzrə fəlsəfə doktoru, dosent Yeganə Eyvazovanın LAP Lambert Academic Publishing nəşriyyatının sifarişi ilə türk dilində “Tarih ve kültür abidesi fenomenine muzeal yaklaşım” adlı monoqrafik broşurası işıq üzü görüb. Monoqrafik broşurada “Tarix və mədəniyyət abidəsi” fenomeninin status aspektləri muzeyşünaslıq kontekstində təhlil olunur, bu statuslu mədəni […]
Admiu-nun professor-müəllim və tələbə heyətinin konserti
M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin İnstrumental ifaçılıq kafedrasının professor-müəllim, tələbələrinin iştirakı ilə konsert keçirilib. Konsertdə Teymur Göyçayevin rəhbərliyi altında Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə İnstrumental ifaçılıq kafedrasının müəllimi Leyla Əliyevanın, II kurs tələbəsi Zülfiyyə Muxtarova və I kurs magistr tələbəsi Günel Quliyevanın, III kurs tələbələri Lalə […]


