ADMİU-nun tələbələrinin Mir Teymur Məmmədov ilə görüşü

     Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin IV kurs “Kulturologiya” fakültəsinin “Sənətşünaslıq” ixtisasında təhsil alan tələbələr keramika və qrafika ustası, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunun baş rəssamı, tarixçi, karikaturaçı, etnoqraf Mir Teymur Məmmədovun sənət əsərinə çevrilmiş emalatxanasının qonağı olublar. Görüş zamanı tələbələr keramika sənətinin incəliklərini və yaratdığı əsərləri haqqında ətraflı məlumat əldə edərək, qarşılıqlı sual cavab […]

Aqşin Babayevin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

18 noyabr 2016-cı il tarixində Beynəlxalq Mətbuat Mərkəzində Universitetimizin kafedra müdiri, professor Aqşin Babayevin 80 yubileyinə həsr olunmuş tədbir təşkil olunub.     Tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov çıxış edərək Aqşin Babayevin zəngin yaradıcılıq irsindən və pedaqoji fəaliyyətindən danışıb. Daha sonra Mətbuat Şurası İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar […]

ADMİU-nun tələbələri BSU-da Beynəlxalq Tolerantlıq günü ilə bağlı tədbirdə iştirak ediblər

Beynəlxalq Tolerantlıq Günü ilə bağlı Bakı Slavyan Universitetində tədbir keçirilib. Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetin Musiqi sənəti fakültəsinin tələbələri iştirak edib.     II kurs tələbələri: Məmmədov Məlik, Səfərli Məftun, Məlikli Cəlal, III kurs tələbəsi Ağalarova Aytən çıxış ediblər. Natiq Yusubov, Məhəmməd Məhəmmədli, Murtuzayev Polad, Alpaslan Yeşilbaş Doğukanın müşayiəti ilə “Bana-bana gəl”, “Nazəndə sevgilim”, “Zibeydə” […]

ADMİU-da Polşa mütəxəssisləri tərəfindən ustad dərsləri keçirilir

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH qruplarının tələbələrinə Şərqi Avropa İfaçılıq Sənətləri Platforması, müasir Polşa teatrı üzrə tədris proqramı çərçivəsində ustad dərsləri keçirilir. Dərslər teatr və rəqsə həsr olunmuş mühazirə, təlim və praktiki məşğələlər əsasında təşkil olunur, tələbələrə səhnə hərəkəti fənninin müasir metodologiyaları öyrədilir. Layihənin məqsədi tələbələri Polşa teatrının yeni hadisələri ilə tanış etmək, […]

ADMİU-da TEC-in növbəti iclası keçirilib

     17 noyabr 2016-cı il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Tələbə Elmi Cəmiyyətinin növbəti iclası keçirilib. İclasda hər fakültə üzrə TEC sədri müəyyənləşib və təyin olunub. Hər sədrin öz komandası və bu komanda ilə birgə layihələri olacağı qeyd olunub. Qəbul olunan layihələr ilk olaraq universitetin Elm və yaradıcılıq işləri üzrə prorektoru Məryəm Əlizadəyə […]

ADMİU-nun tələbələri Milli Kitabxanada

     18 noyabr 2016-cı il tarixində ADMİU-nun “Kulturologiya” fakültəsinin “Kitabşünaslıq və kitabxanaçılıq” kafedrasının müəlliməsi- Tamilla Əsgərova “Kitabşünaslıq” ixtisası üzrə təhsil alan 3-cü kurs tələbələri ilə Milli Kitabxanada təcrübədə olublar. “Kitabxanaşünaslıq elmi-tədqiqat ” şöbəsinin müdiri Aygün Hacıyeva tələbələri kitabxananın şöbələrinin işi ilə yaxından tanış edərək, tələbələrin suallarını cavablandırıb. Həmçinin, onlara ”Elektron dissertasiya fondunun təşkili və ondan […]

Rəssamlıq fakültəsinin tələbələrinə ustad dərsi keçilib

     Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin II kurs “geyim dizaynı” ixtisasının tələbələrinə Universitetin müəlliməsi, rəssam Nigar Babayeva tərəfindən ustad dərsi keçirilib. Onun, Azərbaycanın xalq rəssamı Bədurə Əfqanlının çəkdiyi rəsmlər əsasında hazırladığı kuklalar izahlı şəkildə tələbələrə nümayiş olunub.

ADMİU-nun kulturologiya fakültəsində tələbə elmi cəmiyyətinin (TEC) iclası keçirilib

15 noyabr 2016-cı il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kulturologiya fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) iclası keçirilib.     İclasda TEC-in əsasnaməsi oxunub və tələbələrə bu barədə ətraflı məlumat verilib. TEC-in kulturologiya fakültəsi üzrə sədri II kurs sosial iş ixtisasının tələbəsi Bayramlı Fətmət təyin olunub və kulturologiya fakültəsi üzrə işçi şöbələr müəyyənləşdirilib.     Sonda, Universitetin hər […]

ADMİU-da görkəmli şair Musa Yaqubla görüş

16 noyabr 2016-cı il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində görkəmli şair Musa Yaqubla “Payız ətirli poeziya” adlı yaradıcılıq görüşü keçirilib. Qonağı əvvəlcə Universitetin prorektoru, professor Gülşən Əliyeva salamlayaraq onun universitetə təşrifindən böyük məmnunluq hissi duyduğunu qeyd edib. Söz sərrafları, şair və yazıçılarla tələbələrin görüşünün xüsusi əhəmiyyətə malik olduğunu deyib. Professor Nizaməddin Şəmsizadə Musa […]

Dünənlə bugünün qovuşduğu yer

     NUR Art House Qalereya mədəni özünəməxsusluğa, çeşidliliyə, dostluğa, yaradıcılığa, eləcə də dəyərlərin mənimsənilməsinə və tanıdılmasına xidmət edən, ölkənin mədəni həyatında bütün təbəqələrin iştirakını dəstəkləyən mənəvi körpü anlayışıdır. Eyni zamanda qalereya bütün xalqların mədəni dəyərlərinin tanıdılmasına və nümayişinə, mədəniyyətlərarası dialoqa meydan açan dostluq körpüsüdür. Misal üçün çoxlarımız Moskvanın məşhur Tretyakov qalereyasında dünya rəssamları ilə bir […]

ADMİU-da “İncəsənət tarixi: XXI əsrdən baxış” silsiləsindən barokko tarixi və əhəmiyyəti mövzusunda elmi-praktiki seminar keçirilib

     15 noyabr 2016-cı il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsində “İncəsənət tarixi: XXI əsrdən baxış” silsiləsindən Barokko tarixi və əhəmiyyəti mövzusunda elmi-praktiki seminar keçirilib. Seminarda universitetin rektoru, professor Fərəh Əliyeva, Musiqi sənəti fakültəsinin dekanı Ellada Hüseynova, Musiqi tarixi və nəzəriyyəsi kafedrasının müdiri Kamilə Dadaşzadə və kafedranın müəllimləri iştirak ediblər. Tələbələrin […]