İctimaiyyətlə Əlaqələr və Marketinq Şöbəsi

2024-cü ilin fevral ayında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Elmi şurasının qərarı ilə universitet həyatının və fəaliyyətinin tanıdılması məqsədi ilə İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi yaradılmışdır. Şöbənin yaradılmasına qədər hazırda daxilində çalışan əməkdaşlar universitetin konfransları, tədbirləri, konsertləri və tələbələrin uğurlarının təqdir olunması məqsədi ilə sertifikatlaşdırma prosesi, foto-video çəkilişləri, mətbuatla əlaqə və s. kimi […]

Tәsәrrüfat Şöbәsi

Universitetin bu şöbәsi tәhsil ocağının maddi-texniki bazasının yaxşılaşdırılması işindә mәqsәdyönlü tәdbirlәr hәyata keçirir. Qurumun cavabdehlik daşıyan işçilәri universitetin balansındakı beş müxtәlif sәciyyәli binanın sәliqә-sahmanlı, avadanlıq vә qurğuların işlәk vәziyyәtdә olmasına sәylә çalışırlar. Universitetin profilinә uyğun olaraq xarakterik texniki avadanlıqlar tәlәb olunur. Şöbә bu incәliklәri hәssaslıqla reallaşdırmaqda xüsusi tәcrübәyә malikdir. Şöbənin rəhbəri Nofəl Rzayev Email info@admiu.edu.az […]

İnformasiya-Kommunikasiya Texnologiyaları və Texniki Xidmət Şöbəsi

İnzibati-tәsәrrüfat işlәri üzrә prorektorluğun tabeliyində olan strukturlardan biri də İnformasiya-kommunikasiya texnologiyaları və texniki xidmət şöbəsidir. Otuz ilə yaxındır universitetdә kompüterlәşdirilmә vә informasiyalaşdırılma istiqamətində sәmәrәli fәaliyyәt həyata keçirilir. Burada ardıcıl olaraq seminarlar keçirilir, universitetin kompüter şәbәkәsinin texniki cәhәtdәn saz vә işlәk vәziyyәtdә olması tәmin edilir. Universitetin kompüterlәşmә şәbәkәsi mütәmadi qaydada genişlәndirilir, avadanlıqlar yenilәşdirilir. 100 yaşı tamam […]

Mühasibat Uçotu və Hesabat Şöbəsi

Şöbə maliyyə-uçot, ştat, smeta sənədlərinin mövcud qaydada hazırlanmasını və icraya nəzarəti təmin edir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektorunun 17 fevral 2016-cı il tarixli əmri ilə Universitetin mühasibatlığının strukturuna yenidən baxılmış və mühasibatlıq bölməsinin adı universitetin strukturunda “Mühasibat uçotu və hesabat şöbəsi” kimi təsdiq edilmişdir. Şöbə maliyyə-uçot, ştat, smeta sənədlərinin mövcud qaydada hazırlanmasını və […]

Ümumi Şöbə

Ümumi şöbə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sənəd dövriyyəsinin təşkili və tənzimlənməsində əsas struktur şöbələrdən hesab olunur. Müxtəlif illərdə fərqli adlarla mövcud olan şöbə, Universitetin 45 nömrəli, 15.09.2015-ci il tarixli əmrinə müvafiq olaraq Ümumi şöbə adı altında fəaliyyətini davam etdirir. Şöbəyə müxtəlif illərdə Sədaqət Əlixanova, Lalə Səlimova, Səyavuş Məhişov rəhbərlik ediblər. Şöbənin fəaliyyətinin əsas […]

İnsan Resursları Şöbəsi

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mövcud olduğu bütün dövrlərdə Kadrlar şöbəsi fəaliyyət göstərmiş, 30 dekabr 2016-cı il tarixindən İnsan resursları adı ilə işini davam etdirir.  Şöbə bilavasitə ADMİU-nun rektoruna tabedir. İnsan resursları şöbəsi öz fəaliyyətini “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Əmək Məcəlləsi və digər normativ hüquqi sənədlər, ADMİU-nun Nizamnaməsi və şöbənin Əsasnaməsinə […]

Tədrisin Elektron İdarə Edilməsi və İmtahanların Təşkili Şöbəsi

Tədrisin elektron idarə edilməsi və imtahanların təşkili şöbəsi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Elmi Şurasının 14 sentyabr 2017-ci il tarixli qərarı ilə yaradılmışdır. Şöbənin fəaliyyətinin məqsədi təhsilin məzmununun mənimsənilməsi səviyyəsinin səmərəli ölçülməsinə imkan verən mütərəqqi qiymətləndirmə üsul və vasitələrinin hazırlanması, həyata keçirilməsi, eləcə də Universitetdə biliyin qiymətləndirilməsi prosesinin ümumi koordinasiyasının təşkil edilməsidir. Təhsilin elektron […]

Elm və Doktorantura Şöbəsi

Müəyyən olunmuş istiqamətlərdə elmi və yaradıcılıq fəaliyyətinin həyata keçirilməsinə nəzarət, doktorantura və dissertantura istiqamətləri üzrə kadr hazırlığının təşkili Şöbənin əsas vəzifələridir. Şöbə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Ali təhsil müəssisələrinin inşaat, maddi-texniki təchizat, kadr potensialı və strukturuna qoyulan minimum normalar haqqında” 04 aprel 1997-ci il tarixli, 198 saylı əmrini rəhbər tutaraq Azərbaycan Dövlət Mədəniyyət və […]

İnnovasiya və Sahibkarlıq Mərkəzi

İnnovasiya və sahibkarlıq mərkəzi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU-nun) Beynəlxalq Əlaqələr üzrə prorektorluğunun nəzdinə fəaliyyət göstərən mərkəzdir. Mərkəz 2023-cü ilin oktyabr ayında Mingəçevir Dövlət Universitetinin koordinatorluğu ilə keçirilən Azərbaycanın ali təhsil müəssisələrində sahibkarlıq ekosisteminin gücləndirilməsi (ENGAGE) layihəsi çərçivəsində yaradılıb. Mərkəzin əsas məqsədi innovasiya inkişaf proqramlarını həyata keçirməklə elm-təhsil, informasiya-kommunikasiya sahələri, eləcə də intellektual […]

Beynəlxalq Layihələr və Əcnəbilərlə İş Şöbəsi

ADMİU-nun Beynəlxalq Layihələr və Əcnəbilərlə İş şöbəsi beynəlxalq layihələrin icrası və əcnəbi tələbələrlə əlaqələrin inkişafını təmin edir. Universitetin xarici siyasətini həyata keçirən əsas struktur kimi ADMİU-nun Beynəlxalq prorektorluğunun tərkibində 2000-ci ildən “Beynəlxalq əlaqələr şöbəsi” fəaliyyətə başlamış, 2015-ci ildən universitetdə təhsil alan əcnəbi tələbələrə nəzarət və onların idarəedilməsi strukturun fəaliyyət istiqamətlərinə daxil olduğu üçün şöbənin adı […]

Tәdris Şöbәsi

Tədris Şöbəsi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tədrisin təşkilini, tədris prosesinin idarə olunmasını və ona nəzarəti həyata keçirən əsas struktur vahiddir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektorunun 14 sentyabr 2022-ci il tarixli 1/401 nömrəli əmrinə əsasən Tədris şöbəsinin tərkibində aşağıdakı bölmələr yaradılmışdır: Ömürboyu təhsil, karyera və məzunlarla iş bölməsi. Tədrisin təşkili bölməsi. Tələbələrlə […]

Keyfiyyət Təminatı və Strateji Planlama Departamenti

Departamentinin əsasnaməsi Departamentinin iş planı Sorğular Keyfiyyət təminatı və strateji planlama departamenti Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Elmi Şurasının 12 avqust 2022-ci il tarixli iclasının 3/64 №-li protokolu əsasında yaradılıb. Keyfiyyət təminatı və strateji planlama departamenti ali təhsil müəssisəsində tədrisin və dəstək xidmətlərinin keyfiyyətinin planlaşdırılması, nəzarəti və davamlı inkişaf funksiyalarını icra edən tələbəyönümlü tədris […]