“Kukla art” ustad dərsləri ADMIU-da

Mayın 1-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) SABAH qruplarının təşkilatçılığı ilə “Kukla ART” ustad dərslərinə start verilib. Ustad dərslərində Aktyor sənəti ixtisası II təhsil ilinin tələbələri iştirak edirlər.İlk gündə tələbələr kukla sənətinin nəzəriyyəsi və növləri haqqında məlumat alaraq, fərqli texnikalarla hazırlanmış kukla nümunələri ilə tanış olublar. Sistemli şəkildə davam edəcək dərsləri Azərbaycan Dövlət […]

“Sosial proqram və xidmətlərin yaradılması” mövzusunda mühazirələrə start verilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Sosial proqram və xidmətlərin yaradılması” mövzusunda mühazirələrə start verilib. Mühazirələr ABŞ-ın Dominik Universitetinin professoru, Sosial iş mütəxəssisi Letisia Villareal Sosa tərəfindən aparılır. Siyasi iş üzrə tədrisin keyfiyyətinin yüksəldilməsi, beynəlxalq təcrübə ilə tanışlıq məqsədi ilə aparılan mühazirələrdə Universitetin ilk sosial iş ixtisası üzrə təhsil alan I kurs tələbələri ilə yanaşı, […]

Ustad dərsləri

ADMİU-nun Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının müdiri, professor, Əməkdar incəsənət xadimi Əli Əmirlinin «Ustad dərsləri» adlı yeni kitabı çap olunub.

Admiu-da teatr rejissoru Karin Çapmanın ustad dərsləri yekunlaşıb

British Council Azerbaijan-ın təşkilatçılığı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 30 noyabr və 4 dekabr tarixinədək Birləşmiş Krallıqların teatr rejissoru Karin Çapman tərəfindən ustad dərsləri keçirilib. Universitetin SABAH qrupu Aktyor sənəti ixtisası üzrə təhsil alan tələbələrinin və fiziki məhdudiyyətli gənclərin iştirak etdiyi layihənin əsas məqsədi istedadlı gənclərdən ibarət qarışıq tərkibli qrup ilə işləyərək birgə […]

Admiu-da teatr rejissoru Karin Çapmanın ustad dərsi keçirilir

30 noyabr və 4 dekabr tarixində British Council Azerbaijan-ın təşkilatçılığı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ustad dərsi keçirilir. Universitetin SABAH qrupu Aktyor sənəti ixtisası üzrə təhsil alan tələbələrinin və fiziki məhdudiyyətli gənclərin iştirak etdiyi ustad dərsi Birləşmiş Krallıqların teatr rejissoru Karin Çapman tərəfindən aparılır.Layihənin əsas məqsədi həm sağlam, həm də fiziki məhdudiyyətli istedadlı […]

Fransalı həmyerlimiz pianoçu Adilə Əliyevanın Admiu-da ustad dərsi

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin növbəti qonağı Fransada yaşayan həmyerlimiz, Əməkdar artist, dünya şöhrətli pianoçu Adilə Əliyeva olub.Universitetlə yaxından tanış olan pianoçu, “Vernisaj” zalında professor-müəllim və tələbə heyəti ilə görüşüb. Adilə Əliyeva İnstrumental ifaçılıq kafedrasının tələbələri Leyla Fərəcovanın ifasında L.M.Gottschalkın “Souvenirs d’Andalousie”, Rafiq Bəkərovun ifasında Raxmaninovun op.33 nom.8 dis moll, Sahib Məmmədovun ifasında Şopen […]

Admiu-da litvalı rejissor Audrius Stonisin ustad dərsi

Tanınmış rejissorun ADMİU-nun “Heydər Əliyev: Mədəniyyət və İncəsənət Məktəbi”ndə “Kino-televiziya sənətləri” kafedrasının müdiri professor Rafiq Quliyevin bələdçiliyi ilə ustad dərsi keçirilib. Kino və televiziya, Teatr sənəti fakültələrinin müxtəlif kurs tələbələrinin və Universitetin professor-müəllim heyətinin iştirak etdiyi dərsdə əvvəlcə Audrius Stonis tələbələrə özü haqqında – sənədli film sahəsində nə zamandan çalışdığı, fəaliyyəti ilə bağlı ətraflı məlumat […]

Lisa Leemanın 7-13 fevral tarixində keçiriləcək ustad dərsləri haqqında tələbələrə ətraflı məlumat verilib

25 yanvar tarixində Amerika səfirliyinin nümayəndəsi, mədəniyyət proqramları üzrə direktor, mütəxəssis Fərqani Əliyevin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino və televiziya fakültəsinin II, III kurs və “Sabah” qrupu tələbələri ilə görüşü keçirilib. 7-13 fevral tarixində keçiriləcək görkəmli Amerika rejissoru, sənədli filmlər üzrə tanınmış mütəxəssis Lisa Leemanın ustad dərsləri haqqında tələbələrə ətraflı məlumat verib. Görüş […]

Dünya Gözəllik Konqresinin prezidenti Zamir Hüseynov ADMİU tələbələrinə ustad dərsi keçib

Rəssamlıq fakültəsinin tələbələrinə dünya gözəllik konqrensinin prezidenti Zamir Hüseynov ustad dərsi keçib. Dərsin əsasını, dünyanın tanınmış moda evlərində modeliyerlər işə necə qəbul olunur; Beynəlxalq Moda yarışmalarında iştirak etmək üçün nələri bilmək mütləqdi; gənc dizaynerlər öz işlərini beynəlxalq moda bazarına necə çıxara bilər – mövzuları təşkil edib.

ADMİU-da türk film ustadları ilə görüş

     Türkiyənin Yerli Düşüncə Dərnəyinin təşkilatçılığı, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin baş kino şöbəsinin, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Bakı Yunus Əmrə İnstitunun dəstəyi ilə 22-27 noyabr tarixlərində Bakıda “Türk filmləri həftəsi” keçirilir. Layihə çərçivəsində ölkəmizə gələn türk aktyor, rejisor, prodüser, ssenarist və kinoşünaslar 24-25 noyabr tarixlərində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində […]

ADMİU-da Polşa mütəxəssisləri tərəfindən ustad dərsləri keçirilir

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH qruplarının tələbələrinə Şərqi Avropa İfaçılıq Sənətləri Platforması, müasir Polşa teatrı üzrə tədris proqramı çərçivəsində ustad dərsləri keçirilir. Dərslər teatr və rəqsə həsr olunmuş mühazirə, təlim və praktiki məşğələlər əsasında təşkil olunur, tələbələrə səhnə hərəkəti fənninin müasir metodologiyaları öyrədilir. Layihənin məqsədi tələbələri Polşa teatrının yeni hadisələri ilə tanış etmək, […]