“Xoreoqrafiya sənəti və səhnə plastikası” kafedrasının əsası 1968-ci ildə qoyulmuş və “Səhnə hərəkəti” kafedrası adı ilə fəaliyyət göstərmişdir.

1945-ci ilin iyun ayında Bakıda 1948-ci ilə kimi özfəaliyyətini davam etdirən teatr texnikumunun bazasında Azərbaycan Dövlət Teatr İnstitutu yaradılmışdır.  İnstitutda aktyorluq, rejissorluq və teatrşünaslıq fakültələri fəaliyyət göstərməyə başladı. Tədris işinə tanınmış teatr xadimləri və pedoqoqlar – Aleksandr Tuqanov, Rza Təhmasib, Kazım Ziya, Əli Sultanlı, Mikayıl Rəfili, Fuad Qasımzadə, Almurad Muradov  və  başqaları cəlb olundular.

 1946-1947-ci illərdə İnstitutda pedaqoji fəaliyyətə tanınmış rejissorlardan Ədil İsgəndərov, Mehdi Məmmədov, Məhərrəm Haşımov cəlb olundular. Əsas ixtisas fənlərini öz ətrafına birləşdirən kafedraya xalq artisti Rza Təhmasib rəhbərlik edirdi. 1948-ci ildə “Rejissorluq ” kafedrası sərbəst fəaliyyət göstərməyə başladı .

 1945-ci ildə Rejissorluq fakültəsinə 15 nəfər qəbul edilib, sonralar bu ixtisas üzrə təhsil almışdır.

 1948- ci ildə Azərbaycan Dövlət Teatr instituna  tələbə qəbulu daha intensiv

davam etdirilib. 1951-ci ildə İnstitutun ilk məzunlarının bir sıra tələbələri qısa zaman içərisində ölkənin ən tanınmış teatr  rejissorları olan xalq artisti Gülcahan Güləhmədova, əməkdar incəsənət xadimləri Ulduz Əliyeva, Əşrəf Quliyev, Yusif Bağırov, Nəsir Sadıqzadə, Rüfət Şabanov, Adil Babayev o vaxtlar özlərinin diplom müdafiələrində əla qiymətlərə layiq görülmüşdülər.

İnstitutun müxtəlif fəaliyyət illərində Fikrət Sultanov, Zəminə Hacıyeva, Azər Paşa Neymətov, Yusif Əkbərov, Fuad Hacıyev, Rafiq Atakişiyev, Vaqif Şərifov, Zülfüqar Abbasov, Əliqismət Lalayev, İranə Tağızadə, Bəhram Osmanov, Mehriban Ələkbərzadə, Firudin Məhərrəmov həmin fakültəni bitirib rejissor ixtisasına yiyələnmişlər. 

2017-ci ildən kafedra Xoreoqrafiya kafedrası ilə birləşərək “Dram rejissoru və səhnə plastikası” kafedrası adlanmağa başlayıb.

Hazırda kafedrada  sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov, Əməkdar İncəsənət xadimi, pedaqogika üzrə fəlsəfə doktoru, professor Fikrət Sultanov, Əməkdar İncəsənət xadimi, dosent Bəhram Osmanov, Əməkdar İncəsənət xadimi, dosent Hafiz Quliyev, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayev, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ofeliya Zeynalova, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əsəd Rzayev, dosent Fikrət Məlikov, Əməkdar mədəniyyət işçisi, baş müəllim Esmiralda Osmanova, baş müəllim Sahib Novruzov, müəllim Mirzə Abasov, Hilal Dəmirov, Etibar Məmmədov, Nurlan Rüstəmov, Tural Mustafayev , Gümrah Ömərov, akkompaniator Zülfiyyə Araz qızı Muxtarova, böyük laborantlar Gülşən Əliyeva və Lamiyə İsrafilova fəaliyyət göstərirlər.

Kafedrada bakalavr səviyyəsi üzrə 25, magistr təhsili üzrə isə 23 fənn tədris olunur.

 Kafedranın müdiri  sənətşünaslıq doktoru, professor İsrafil İsrafilovdur.     

Professor-müəllim heyətinin tərkibi:

  • İsrafil İsrafilov -professor
  • Bəhram Osmanov – Əməkdar İncəsənət xadimi, dosent
  • Əliqismət Lalayev- sən.üzrə.,fəl.dok, dosent
  • Hafiz Quliyev -Əməkdar İncəsənət xadimi, dosent
  • Fikrət Məlikov- dosent
  • Əsəd Rzayev – sən.üzrə.,fəl.dok, dosent
  • Ofeliya Zeynolova – sən.üzrə.,fəl.dok, dosent
  • Esmiralda Osmanova -Əməkdar mədəniyyət işçisi, baş müəllim
  • Sahib Novruzov – baş müəllim
  • Gümrah Ömər- müəllim
  • Tural Mustafayev – müəllim
  • Mirzə Abasov- müəllim
  • Etibar Məmmədov- Əməkdar məşqçi, müəllim
  • Nurlan Rüstəmov- müəllim
  • Zülfiyyə Muxtarova-akkompaniator

 

Tədris Olunan Fənlər:

  • Rejissor sənəti 1,2,3,4,5,6,7
  • Rejissor sənətinin əsasları
  • Rejissor sənətinin əsasları
  • Rejissor sənəti (əməli təlim) 1,2,3,4,5,6
  • Rejissorun aktyorla işi (Rejissor ixtisasında) 1,2,3,4,
  • Rejissorun aktyorla işi (Aktyor ixtisasında) 1,2
  • Tamaşada rəssam işi
  • İxtisasa giriş
  • Opera sinfi
  • Aktyor sənəti 1,2
  • Səhnə texnikası
  • Səhnə döyüşü
  • Səhnə hərəkətinin əsasları
  • Səhnə plastikası
  • Səhnə hərəkəti
  • Rəqs
  • Qılınc təlimi
  • Tamaşanın musiqi tərtibatı
  • Azərbaycan və dünya xalq rəqsləri
  • Ritmika
  • Tarixi məişət və müasir bal rəqsi
  • Modern rəqslər
  • Azərbaycan milli rəqsləri
  • Dünya xalq rəqsləri
  • Kompleks rəqslər
  • Plastika pantomima

Magistr pilləsi üzrə

·        Rejissor sənəti 1,2 (1.5il)

·        Rejissor sənəti  (2il)

·        Rejissor sənətinin müasir problemləri

·        Rejissor sənətinin müasir inkişaf istiqamətləri

·        Rejissorun aktyorla işi 1-2-3

·        Rejissorla iş

·        Rejissorla iş (aktyorlar üçün)

·        Rejissorla iş (Solo oxu üçün)

·        Psixotexnikanın əsasları (1.5 il)

·        Musiqili tamaşada rejissor işi (1.5 il)

·        Musiqili teatr rejissorluğunun əsasları

·        Tamaşanın plastik və bədii həlli

·        Səhnə texnologiyaları (1.5 il)

·        Səhnə texnologiyalarının funksional parametrləri

·        Texniki vasitə və  istehsalat texnikası

·        Səhnə texnikası

Kafedra Rəhbəri

İsrafil İsrafilov

Professor