Dram Teatrı və Kino Aktyoru Kafedrası

Kafedraya Əməkdar artist, professor Gülşad Baxşıyeva rəhbərlik edir

Dram Rejissoru və Səhnə Plastikası Kafedrası

“Xoreoqrafiya sənəti və səhnə plastikası” kafedrasının əsası 1968-ci ildə qoyulmuş və “Səhnə hərəkəti” kafedrası adı ilə fəaliyyət göstərmişdir.

Teatrşünaslıq Kafedrası

Teatrşünaslıq kafedrası 1945-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutu təsis edilərkən Teatrşünaslıq fakültəsi şəklində yaradılıb.

Aşıq Sənəti Kafedrası

Bu kafedra 2011-ci ildə təsis edilmişdir. Şifahi ənənəvi musiqimizin ulu kökünü təşkil edən bu qolunun tədrisi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kifayət qədər zəngin ənənələrə malikdir.

Dizayn və Tətbiqi-Dekorativ Sənət Kafedrası

Dizayn və dekorativ-tətbiqi sənət kafedrası 1976-cı ildən fəaliyyət göstərir.

Estrada Sənəti Kafedrası

Bütün tədris prosesi kafedranın əməkdaşları tərəfindən çağdaş metodoloji prinsiplərə istinadən hazırlanmış proqramlar, dərs vəsaitləri, metodiki tövsiyələr və dərsliklər əsasında icra edilir.

Ədəbiyyat və Dillər Kafedrası

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aparıcı kafedralarından olan Ədəbiyyat və dillər kafedrası 1966-cı ildə yaradılıb.

Xalq Çalğı Alətləri İfaçılığı Kafedrası

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 19 iyun 2004-cü il tarixli iclasının 9 saylı protokoluna müvafiq olaraq Elmi Şuranın qərarı ilə “Xalq musiqisi və çalğı alətləri” və “Musiqişünaslıq” kafedrası əsasında “İnstrumental ifaçılıq” kafedrası yaradılmışdır.

İnstrumental İfaçılıq Kafedrası

İnstrumental ifaçılığın tədrisi sahəsində özünəməxsus ənənələrə malik olan kafedra müxtəlif illərdə “Musiqi fənləri və dirijorluq”, “İnstrumental ifaçılıq və dirijorluq” adları altında fəaliyyət göstərmişdir.

Kinoşünaslıq və Ekran Dramaturgiyası Kafedrası

ADMİU-da 2000-ci ildə Kinoşünaslıq, 2005-ci ildə Ədəbi yaradıcılıq və ekran dramaturgiyası kafedraları fəaliyyətə başlayıb.

Kino-Televiziya Sənətləri Kafedrası

1990-cı ildə yaradılan Kino və televiziya kafedrasına əvvəlcə professor Tofiq İsmayılov, 1994-cü ildə professor Musa Bağirov rəhbərlik edib.

Muğam Sənəti Kafedrası

Muğam sənəti kafedrası 2001-ci ildən fəaliyyət göstərir. Bu illər ərzində kafedrada muğam sənətini təbliğ edən, dünyaya tanıdan çox ünlü sənətkarlar çalışıb.

Musiqi Tarixi və Nəzəriyyəsi Kafedrası

Bütün tədris prosesi kafedranın əməkdaşları tərəfindən çağdaş metodoloji prinsiplərə istinadən hazırlanmış proqramlar, dərs vəsaitləri, metodiki tövsiyələr və dərsliklər əsasında icra edilir.

Musiqili Teatr Aktyoru Kafedrası

1962-ci ildə “Dram-kino aktyorluğu” fakültəsinin tərkibində “Musiqili teatr aktyorluğu” şöbəsi açıldı.

Muzeyşünaslıq Kafedrası

Azərbaycanda ilk dəfə “Muzey, arxiv işi və abidələrin qorunması” ixtisasında peşəkar kadr və mütəxəssis hazırlayan “Muzeyşünaslıq” kafedrası 1991-ci ildən fəaliyyət göstərir.

Səhnə Danışığı Kafedrası

“Səhnə danışığı” kafedrası 1968-1969-cu tədris ilində yaradılıb.

Sosial-Mədəni Fəaliyyət Kafedrası

Kafedra 1959-cu ildə “Mədəni-maarif işi” adı ilə yaradılmış, struktur dəyişikliyi ilə əlaqədar 2012-ci ildən “Kulturologiya” kafedrası, 2018-ci ildən “Sosial-mədəni fəaliyyət” kafedrası adlandırılmışdır.

Sosial-Siyasi Elmlər Kafedrası

Kafedraya 2015-ci ildən Əməkdar müəllim, kulturologiya üzrə fəlsəfə doktoru, professor Xaləddin Sofiyev rəhbərlik edir.

Təsviri Sənət Kafedrası

ADMİU Elmi Şurasının 12 sentyabr 2006-cı il tarixli iclasında qəbul edilmiş qərara əsasən “Rəsm və rəngkarlıq” adı ilə fəaliyyətə başlayan kafedra 01 oktyabr 2014-cü il tarixindən “Təsviri sənət” adlanır.

Təsviri Sənət Tarixi və Nəzəriyyəsi Kafedrası

 Hal-hazırda "Təsviri sənət tarixi və nəzəriyyəsi" kafedrasına dosent Aslan Xəlilov rəhbərlik edir.

Turizm və Kitabxana-İnformasiya Fəaliyyəti Kafedrası

Kafedrada ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə təhsil proqramlarında humanitar, ixtisasın peşə hazırlığı və ixtisaslaşma bölümü üzrə 120-a yaxın fənn tədris olunur.